21 Mayıs 2008 Çarşamba

Yaşasın Güney Azerbaycandaki 21-22 Mayıs 2006 Direnişi


İki yıl önce, Tahran'da yayınlanan Fars Şövenisti, devlet yayın organı, bir gazete de, Azerbaycan Türklerine yönelik bir hakaret yazısı üzerine, Güney Azerbaycanda, sayıları milyonlarla ifade edilen, protesto gösterileri yapılmıştı. Güney Azerbaycan'ın son 50 yıllık tarihinde önemli yeri olan bir direniş ile ilgili olarak, Avrupada yaşayan, Güney Azerbaycanlı bir dostumuzun yazısını yayınlıyoruz




Xurdad (İran takviminde ay adı, Xurdat ayının 1 i mayıs ayının 21 ine denk geliyor ) dirçəlişinin ikinci il dönümü !

Azərbaycan türk millətinin 22 may 2006 – cı il təbriz şəhərindən başlatdığı mill qalxış milli hərəkətimizin ən böyük addımı, ən böyük başarısı olmuşdur. 30 milyonluq güney Azərbaycanın siyasi potansiyelini və bükülməz biləyini dünyaya göstərən bu dirçəliş haqlı olaraq bir çox vətəndaşımız tərəfindən təhlil edilərək nəticələr alınmışdır. Milli haqlarımızın təmini üçün demokratik qaydalara söykənərək aparılan bu mübarizədə cavanlarımız, hətta yaşlılarımızda böyük çətinliklərə qatlanmalı oldular. Ancaq Azərbaycan milli hərəkatının Babək qalasından sonra başlatdığı bu yürüşlə qazandığı, itirdiyindən qat- qat üstün olmuşdur. Gərçi siyasi zindanilərimizin başına gətirilənlər, millətimizi hədə qorxu ilə duvara qısnıyanların, işkəncələrə məruz qoyanların günahı bağışlanmaz qədər böyükdür və unudulmamalıdır.
Daxildə və xaricdə əli qələm tutan, dağarcığında sözü olan, əlindən bir iş gələn və beynalxalq qurumlarla əlaqəyə girəbilən bütöv Azərbaycanlılar qollarını çırmalıyaraq bu hadisəni anlatdı və milli hərəkətimizin yolunu daha da genişləndirməyə çalışdı. Ancaq xaricdəki potansiyelimizdən yetəri qədər istifadə olunmamamsı da inkar edilməz bir həqiqətdir. Ama bu il müxtəlif ölkələrdə Xurdad qiyami ilə bağlı geçirilməsi nəzərdə tutulan və geçirilən konfranslar, aksiyalar və göstərilərin artması bu əzəmətli hərəkətin düzgün dəyərləndirilməsindən xəbər verməkdədir. London aksiyası, Stokholm konfransı bugünün yüksək dəyərindən söz edəcəksə, Köln toplantısı və özəlliklə Ankarada Tehran səfirliyi yaxınlığında geçirilən yüksək səviyəli yürüyüş Güney Azərbaycanda mayın 22- dəki dirçəlişin diri saxlanamasının vacibliyinin idrakından irəli gəlmişdir. Oradakı tələbələrimizin yürüşündə məzlüm Uygurlar, Kərkük Türkmənləri, haqqı batmış Xorasan Türkləri ilə birgə Balkan Türkləri və özəlliklə hür və azad yaşamanın dadını duymuş olan sevgili şimali Azərbaycan öğrəncilərinin qoşulması bam- başqa məna daşımaqdadır. Avrupa və Amerikadakı soydaşlarımız Güney dərdini qərbə anlatmağa çalışırkən Ankara yürüşü Türk dünyasının ürəyi sayılan Günüey Azərbaycanın artıq çırpınmağa başlamasından xəbər almışdır. Bu isə tariximizin anlamlı bir prossesinin başlanmasından xəbər verdiyi kimi Azərbaycan Milli Hərəkatının arxasına 300 milyon Türk gücünün toplana bilməsi imkanın muşduluqçusu olabilər. Hələ bu yürüşdəki şuarlar və özəlliklə çox dəyərli, zəngin və dərin siyasi məzmun daşıyan bəyaniyə Türk ölkələrinin hakimlərinə bir oyanış qamçısı olduğu kimi özəlliklə bölgədəki Türk dövlətlərinə bir çağırış sayılmalıdır. Gönül istərdiki, gözəl Bakımızda da bu il dönümü münasibəti ilə Azərbaycanın ləyaqətinə yaxışan və ürəklərimizi bir – birinə bağlıyan iplərin daha da güclənməsini sağlıyan addımlar atılsın. Şimali Azərbaycan gənclərinin Güneyi əməli müdafiəsi Fars şovinizminin daha da əyilməsinə zəmin yaradacağı kimi Güneyli gənclərin dirəniş gücünü qat – qat artıracaqdır.
Baxmıyaraq ki, onsuzda, bütün çətinliklərə dözən, asdı – kəsdi siyasətinin qarşısında qəhrəmanca duran və onu əzən Güneydəki milli fəallar, özəlliklə gənclər düzgün xətt üstündə milli hərəkəti irəli aparırlar. Xurdadın birini “ Türk Milli Günü “ kimi təklif eden bu gəncliyin ürəyi ilə beyni arasında məntiq ışıqlarının saçıldığı və hərəkətin gələcək çizgisinin doğru yola hidayət edəbiləcəyi inkar edilməzdir. Bu günü millətimizə təbrik edərək etiraf etmək gərəkirki, bu yüksək anlayış, dərin siyasət, əyilməz iradə və bükülməz bilək yiyəsi Güney mübarizlərinin ölçü dəyəri doğru və tutduğu yol düzgündür. Son zamanlar Güney Azərbaycan bayraq məsələsini irəli sürən bu gənclər milli hərəkətimizin bütün düyünlərini açacaq qabiliyətdə olduqlarını açıqca göstərmişdir.
Bu yolda millətimizə uğurlar diləyərək xurdadın biri ilə bağlı bəzi fikirləri ortaya atmaq niyətindəyəm.
Azərbaycan milli hərəkatının fikir meydanında dəyərli soydaşlarımızın qələm oynatması, yüksək analiz gücünə sahib olanların məsələləri təhlili, gələcəyimizi aydınlığa çıxaran yolun körpüsü kimi qəbul edilməlidir. Bugünlər, özəlliklə Xurdad dirçəlişi kimi milli duygularımızın oyandığı tarixlərdə soydaşlarımızı analitik yazılar yazaraq yolumuzun ışıqlanmasına çağırmaq milli borcumuzdur.
Geçən il olduğu kimi bu ildə Xurdadın birinə yaxınlaşdıqca Güney Azərbaycanda milli fəallara artan təzyiqlər göz qabağındadır. Babək qalasına yürüş ərəfəsində, ana dili günündə, mehrin birində və başqa dirçəliş günlərində də bu basqıların artması inkar edilməzdir, ama nə üçün xurdadın birində bu hücumlar və tutuqlamalar daha da şiddətlənir. Xurdad qiyamını milli hərəkatımızın hədəflərinə yönəliklikdən təhrif edərək onu sadəcə İran qazetinin çirkinliyinə münasibət kimi göstərməyə çalışan Fars hakmiyəti nə üçün bu dirçəlişin ikinci il dönümünə yaxınlaşarkən 08.05.2008 ( 19.02.86) tarixində genədə ittilaat qazetində bizə əhanət etdi.
Bütün bu basqılara rağmən Azərbaycan milli hərəkatının inkişafi, dirçəlişi və dirənişi yuxarıda da anlatdığım kimi göz qabağındadır. Demək, Tehran gözəlcə başa düşürki, bu zalimanə siaysət nəticə verməmişdir və hətta ölkənin dağılma sürəcini dahada yaxınlaşdırmışdır. Bu il daxildə yayılan bildirişlərdə, 22 may il dönümündə yeni bir qalxışın hazırlıq mərhəhələsi bu təhlilin önəmli örnəyini təşkil edəbilər. Bu beledirsə, nə üçün təzyiqlər artan nisbətlərdə artmaqdadır. Bunun bir neçə səbəbi olabilər:
1. hakimiyətin daxilində siyasətdən xəbərsiz, dar dünya görüş sahiblərinin bu metoda üstünlük verməsi.
2. Hakimiyətin daxilində olan, ancaq ölkənin bugünkü durumundan bıxmış kəsim və ya bu hakimiyət daxilində öz gələcəyindən arxayın olmuyanlar.
3. Hakimiyətin daxilində olan, ancaq geçmiş Şah rejiminin aşırı Fars şovinist düşüncənin dəvamçıları.
4. Hakimiyətin daxilində olan və ya olmuyan ancaq maddi basqılar yanında milli kimiliyimizi inkar edərək, milli varlığımızı talıyaraq mənəvi boşluq yaradmaq siyasəti güdənlər.
Təbiidirki bu sıralamanı dahada uzaltmaq olar və islahatçı – mühafizəkar oyunlari ilə
“ İran birliyində demokrasi üçün Azərbaycan cəmiyətləri “ kimi saxtakarlıqları və yüzlər belə oyunları saymaq mümkündür.
Fikrimcə hərəkətimizi əzib- yıpratmaq üçün ən təhlükəli metod dördüncü metoddur. Özəlliklə son günlərdə seçgilərlə bağlı daxildə yarnan qalmaqal və bir – birinə ittiham vuraraq içimizə salınması istənən ayrılıqlar bu metodun ən çirkin üzüdür.
Bütün hadisələri bir az daha dərindən inclədəyimiz zaman, Fars hakimiyəti öz ağalığını sürdürmək üçün bütün yolları dəniyəcəyi açıq - aydın görünməkdədir. Bunun qarşısında ağla uygun olaraq məntiqi hücum taktiklərinin seçilməsi gərərkən qızıl xətt syılmaqdadır. Özəlliklə millətin gözünü qorxudmaq üçün daha çox qan tökmə planları ağla və məntiqə uygun olmasada əl-ayağa düşmüş şovonist təfəkkürlülərin beynini qaşıya bilər. Demokratik mübarizə usuluna dayanaraq, millətimizin daha böyük bölümünü ayıldıb hərəkətə qoşdurmaq qaçınılmazdır, zatən bunların qorxusu bugünkü durumumuzdan deyil yüksək potansiyelimizin gələcək inkişafındandır.
Gənclərimizin kiçik dəstələr formalaşdıraraq məhəllələrdə bir araya gəlməsi və milli təbliqatı artırması riski azaldaraq milli günlərimizin diri saxlanılmasında böyük rol oynuya bilər.
Ancaq bunu bilməliyik ki, Tehranın milli hərəkatımıza bugünkü hücumları onun gücündən deyil özünü itirdiyindən qaynaqlanır. Sistematik fəaliyətimiz onu daha da iflic vəziyətə salacaqdır. Qapanan dərgilərin yerine yayılan yeni yayımlar, həkk olan sitələrimizin yerinə yenilərinin açılması, tutulan mübarizlərin yerinə gələn daha güclü qəhrəmanlar, milli dəyəri şəxsiyət ölçüsünə çevirən aslan ürəkli qadınlarımızın mübarizəyə qoşulması, Zəncanın fəthindən sonra Həmədanın sıra bəkləməsi, Güneydəki seçgilərdə millətimizin başarısı, ruhani alimlərimizin millət yolunda zindanları fəth etməsi, düşməni qorxutduğu kimi “ gələcək bizimdir “ şuarının gərçəkkəşməsi üçün atılan addımlar sayılmaqdadır. Bütün bunlar göstərirki bizim qalibiyət şansımız artan nisbətlərdə artarkən fars şovinizminin sutunları çürüməyə doğru gedir.

Hiç yorum yok: