30 Ağustos 2009 Pazar

‘Hoş Gelişler Ola...’nın öyküsü

OKTAY EKİNCİ
Bugün “Zafer Bayramı”- mız... Bağımsızlığımızın efsane gününü kutlarken yurdun her yöresinde coşkuyla söylenecek türkülerimizden biri de “Hoş Gelişler Ola, Mustafa Kemal Paşa”...Aynı zamanda “halk oyunu” olarak da Atatürk sevgisini kuşaktan kuşağa taşıyan bu Kars türküsü acaba nasıl bestelendi?Karslı halk müzisyeni, emektar akordeoncu Celal Baydak anlattı; ben de okurlarımıza “bayram armağanı” olarak sunuyorum..
Azeri müziğiyle Türkünün sözlerini yazan gazeteci Mehmet Türker’in yazıhanesi, 60’larda Ekinci gazetesini çıkaran Cengiz Ekinci’nin matbaasından dört dükkân aşağıdaydı... Atatürk’ün 6 Ekim 1924’te Kars’a geleceğini öğrenince, Azeri lehçesinde şu şiiri yazmıştı:
“Eskerin milletin rehmin basırsen Kemal
Dâhisi gazisi bilgisi sensen Kemal
Serfi inaz eyle bu gademleri
Tebrik eyleriz Kars’a gelmeni
Min sene yaşa möhterem paşa
Baş eğip tamam tebrik eyleriz...”

Şair gazetecinin müzikten anlayan kardeşi, bir şiir de “beste”ye gelecek şekilde yazmasını isteyince, ünlü türkümüzün sözleri doğar:
“Hoş gelişler ola Mustafa Kemal Paşa
Askerin milletin bayrağınla hür yaşa
Arş ileri, marş ileri / Dönmez geri Türkün askeri
Sağdan sola soldan sağa
Al da bayrağı düşman üstüne...”

Böylece sıra artık “beste”lenmesine gelmiştir. Bunun için de Kars’ta yaşayan Azerbaycanlı sanatçı “Hanenda Tagı Amca”ya başvururlar. Halk arasında “Kör Tagı” denen halk müziği ustası, şiirdeki “ses”lerin ve “vurgu”ların ünlü bir Azeri şarkıyı anımsattığını belirterek söylemeye başlar:
“Olum boyun gurbanı / sensen Şeki ceyranı
Gara gözün garası / oda eşkin fermanı...”

Şarkının melodisi ile “Hoş Gelişler Ola...” öylesine uyumludur ki aynı müziğin “devşirilerek” kullanılması önerisi hemen kabul görür...
Yakında 77. yaşını karşılamaya hazırlanan Celal Baydak diyor ki: “Her ikisini de dinlediğinizde, hem benzerliğini, hem de uyarlamadaki güfteye ve anlamına uygun yeni katkıları hemen fark edersiniz...”
Nitekim Mehmet Türker de bu sonuçtan heyecanlanınca, görev sırası artık dönemin ünlü “akordeoncu”su Seyit ile “nağaracı” (def çalan) İbrahim’in çalıp söylemelerine gelmiştir... Birkaç provadan sonra Ata’yı karşılama konseri muhteşem olur... Müzisyenler arasında “Klarnetçi İsrafil” de yer almış; kızlar oğlanlar geleneksel giysilerle oynamış; binlerce Karslı da türküye “koro” olarak katılmıştır...

29 Ağustos 2009 Cumartesi

TƏBRİZƏ APAR MƏNİ

98-in dekabrında Təbrizdə idim. Gözəl bir Azərbaycanşünaslıq simpoziumu qurulmuşdu Şərəfəxanda – Urmu gölünün kənarında. Əvvəlcə demişdilər Təbrizdə olacaq, sonra şəhərin həyəcanından qorxub izin verməmişdilər. Türkiyədən, Kıbrısdan, Avropadan, Amerikadan, Bakıdan alimlər, yazarlar və b.dəvətlilər var idi. Ilk dəfə idi ki, bu qondarma “İran” adlanan ölkədə, bu xalqlar həbsxanasında, bu mənfur imperiyada Azərbaycan adına bir mədəni tədbir keçirilirdi. Elə ilk və son dəfə də oldu.
30 milyonluq bir millətə ildə bir dənə beynəlxalq toplantı keçirməyə izin verməyən rejimin yaramazlığı haqda daha nə kimi sübutlar lazımdır ki. Bu barədə sonra. Əvvəlcə onu deyim ki, mən Təbrizdə yeri-göyü görmürdüm. Ölkəmizin əsir Güneyini gerçək olaraq görməyə hələ hazır olmadığımından idi, nə idisə Təbrizdə olduğumu sanki idrak etmirdim.
Bu, çox qəribə və izahı zor bir duyğu idi, heç bilmirəm vəsfinə gücüm yetərmi? Bu barədə də sonra... Bakıdakı təbrizli dostlarım mənə demişdilr ki, Təbrizi bilmək istəyirsənsə bazara get, filan bazarda olmamısansa demək Təbrizi görməmisən.
...


26 Ağustos 2009 Çarşamba

Mənim dilim ölən déyil, başqa dilə çönən deyil


Hilal Kanada
Anadili insanoğlunun varlığı, kimiliyidir. Bu qısa sözün içinde insanın yaşamının bütünlüyü yér alır. Her bir dil anlaşma, bağlaşma(irtibat) aracı olabiler, ancaq anadilinin yérine oturabilmez. Anadili insanın duyqu-düşüncesini, bir anlamda yaşamını, kişiliyini(şexsiyetini) besleyib bellirtmekle oluşma, gelişmesini de saqlar. Anadili toplumun kültürel deyerlerinin daşıyıcısı olaraq tarixsel belleyini(hafizeseni) yétişdirib, tekniksel, bilimsel, senetsel, geleneksel ilkelere dayalı uyqarlıq(medeniyet) qurma temelini ulus olma süreci ile qoşut(paralél) sürdürer. Dünyada uyqarlıq yaradmış özdili olmayan héç bir ulus tapılmaz. Anadili ulusların, toplumların géçmişinin uyqarlığı, bugününün kültürü, geleceyinin gösterimci(vizyonucu) yoludur.

Uşaq doğuşdan qabaq ana qarnında dil öyrenmeye başlar. Anadil, bilincaltı duyqu, düşünce yolu ile anadan uşağa géçdiyinden en hasad öyrenilen dil sayılır. Dünyaya yéni gelen uşaq ile anadilinden başqa bir dilde onunla danışılsa, bu, uşağın dil öyreniminde, göre bilmeyeceyimiz axsaqlığa yol açar. Olsun, birisi uşaqlıq çağından éşid düzéyde iki-üç dil ile déyeleksiz(lehcesiz) danışsın. Ancaq, araşdırmalara göre her kes, yalnız bir dili daha doğru-düzgün bilib, bu dilde de düşünmeden –dil özlüyünde düşünce dir-, duraqsamadan, yanlış yapmadan yada yanlış yapma duyqusu olmadan danışar. Bu da her kesin öyrendiyi öz andilinidir. Anadil üstdil olaraq düşünce dizgesi(sistemi), başqa diller ise bu dizgeye bağlı olan düzen(nizam) sayılırlar. Andili öyrenimi bilincaltı olduğundan insanın duyqusu ile özdeş(éyni) olub, toplum-ulus düşünüşünü biçimlendirer(formalaşdırar).

Bir sıralarına göre anadili uşağın körpelikden danışdırıldığı, danışmağı öyrendiyi, éğitim(telim) gördüyü dildir. Yalnız, bu sözün ne qeder doğru olub-olmadığı bir sıra olqulardan(faktlardan) asılıdır. Bunların başında toplum ile kültür éle de "ırq" ayrılığı olub-olmamadığı dayanır. Kültür örneyi: Afrıqa ölkelerinde birinci, éğitim dilleri inglis, fransız dili olan bir çox ölke, toplumlar var, ancaq bunların héç birisi ingils yada fransız duyqu-düşüncesi daşımayır. Démek bunlarda oluşan kültür başqa dilin -özlerinin unudduqlar dilin- üzerine qurulub, indi de danışdıqları ingilisce, fransızca özdillerinin çévrisi kimi qullanmaqdadır. Irq örneyi: Déyelim, bir çinli uşağı körpelikden aparıb Afrıqada, Avrupada bir yérli ayilede böyüdürler. Bu uşaq anlayacağı çağdan başqaları ile ferqlendiyini görüb, başqalarının ayrı séçkilikleri, aşağılayıcı davranışları olmasa béle, özünü başqa gördüyünden, iç güveni( nefs étimadı) deyişik kompleksler ile qarışaraq duyqu-düşünceleri olumsuz étkilenib, yérli olmaq, toplumun bir parçası olmaqda sorunlar yaşayaraq ortaq deyerleri başqaları kimi yaşayıb paylaşamaz.

Anadili, bedendeki can kimidir, diridir, yaşayır. Can bedenden çıxandan sonra dinsel inanışa göre ruhu yaşar qalır. Bir toplumun-ulusun dili elinden alınsa o toplum öler, qalan ise géçmişinde qurduğu uyqarlığı -ruhu- olar. Bu da yoxsa, onda yér üzünde héç neyi qalmaz. Sümerleri, Mayaları, Aztekleri uyqarlıq quranlar, yüzlerce batıb aradan géden, adları béle qalmayan toplumları da uyqarlıqları olmayanlar kimi göstermek olar.

Eritmeçilik (asimilasiyon) siyasetine boyun eyen toplumlar, menevi soyqırıma uğrayırlar. Bu, fiziksel soyqırımdan da qatıdır. Fiziksel soyqırımda qulluq yoxdur, menevi soyqırımda insanlar qul olurlar, öz toplumlarına qarşı qullanılırlar. Bélesine onların gücüne güc qataraq öz géçmişlerini de isteyerek unudmaqla bir yolluq tarixden silinib yox olurlar. Anadili, quşaqların(nesillerin) zéhniyetinden süzülüb geldiyinden ulus olma, ulusal boyutlu düşünce, felsefenin de başlanqıcı sayılar. Dünya görüşünü oluşduran anadilidir, bu üzden de insanların davranışlarını anadillerine bağlasaq héç de yanlış sayılmaz, Xalq arasında "qanındadır yada qanyaddaşındadır" déyimi(istilahi) éle bunu açıqlayır. Türklerin xoşgörülü, arı(saf) olmaları, kin beslememeleri, başqa xalqların da başqa özellik daşımaları bundan ileri gelir. "Menim dilim ölen déyil, başqa dile çönen déyil", sözü Günéy Türkünün duyqularını coşdurub, dirilik remzine çévrilibse, bu onun en modérn biçimde azadlıq isteyini dile getirmekle insan haqlarının, yaşam haqının qorunmasının harayıdır.
Anadili savaşdır, barışdır, qazancdir, sévgidir, varoluşudur. Harda yaşadığımızdan asılı olmayaraq bu sévgini UŞAQLARIMIZDAN esirgememeliyik, bu onların doğal haqqıdır.

17 Ağustos 2009 Pazartesi

16 Ağustos Bəxtiyar Bahabzadənin, ad günü

Vefatından bir kaç gün sonra, ANS televizyonunda yayınlanan, Xalq şairi Bəxtiyar Vahabzadənin Mir Şahinlə yaptığı röportajın bir bölümü:

- Siz ruhla yazırsınız, ürəklə yazırsınız, yoxsa beyinlə?
- Onu insan bilmir. Ancaq mən biləndirsə, bilirəm ki, ruhla, həyəcanla, hisslə. Ədəbiyyat, sənət hissin övladıdır. Elm isə beynin. Əlbəttə psixoloq kimi xırdalıqlarını deyə bilmərəm. Ancaq onu bilirəm ki, həyəcanlı anlarımda əlimə qələm alanda yazı prosesində hiss edirəm ki, bu, həyəcanlı oldu, gözəl oldu, hissi oldu.

- Ruh sizin üçün nədir?
- Ruh məsələsi çox mürəkkəb məsələdir. Amma onun varlığına zərrə qədər şübhəm yoxdur. Onu dərk etmək çox çətin məsələdir. Qurani Kərimdə də bu barədə var, ruh rəbbimin əmrindədir. Onu o kişi bilər, onun ixtiyarındadır. Yer bəndəsi, insan onu dərk edə bilməz. Mən hələ bilmirəm ki, peyğəmbərlər İsa, Musa, Məhəmməd Peyğəmbər onu dərk edibmi? Amma hər halda hiss olunur ki, onlarda qığılcımlar var. Mən uzun illər Cəlaləddin Rumi ilə məşğul oldum, onun məsnəvisini və onun haqqında yazılanları oxudum. Əlbəttə ki bu, çox çətin məsələdir. Bizom ali məktəblərdə, niyə Calaləddin Rumi keçirilmir? Niyə biz üzdən didirik hər şeyi?

- Sizi Sufiliyə ilk növbədə nə cəlb edir?
- İlk növbədə təkamül, mənəvi təkamül. Şeir oxuyardım bir balaca. İstəmişəm ki, balaca şeirdə başa düşdüyüm şəkildə təsəvvüfün mənasını açıqlayım. Təsəvvüfün mənası belədir: Birinci şərt şəriətdir- şəriətin bütün qayda qanunlarını həyata keçirmək. İkinci təriqətdir, təriqət yol deməkdir. Sən düşürsən bir cığıra, yola, o zaman sənin mürşüdün, müəllimin olmalıdır. Sən olursan mürid. Üçüncüsü mərifət, yəni mərifətə, müəyyən bir pilləyə çatırsan və dördüncü həqiqətdir, mütləq həqiqəti dərk edirsən. Yəni Allahı dərk edirsən. Bu, bir təkamüldür. Ona görə mən deyirəm ki, hər kəsin ürəyindən Allaha bir yol gedir.
Hər kəsin ürəyindən Allaha bir yol gedir,Bu yola biganələr özünə biganədir.Özünü açmaq üçün, haqqa ulaşmaq üçün,Gərək öncə aşasan nəfs adlı dağları.
Bu işdə insana birinci mane olan nəfsdir. Böyük adamlardan biri deyib: «Allahım, sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul eləmə. İnsanın başına nə qədər bəla gəlirsə, nəfsdən gəlir. İnsan nəfsini öldürə bilsə, yüksəlir, ucalır, mənən ucalır, qəlbən ucalır.
Gərək öncə aşasan nəfs adlı dağları,Şəriət bir ağacsa, təriqət budaqları,Mərifət yarpaqları, həqiqət meyvəsidir,Təsəvvüf haqq səsidir.
Təsəvvüf bizi haqqı dərk etməyə aparır. Hamı bu yolu gedə bilməz. Hamı dörd pillədən keçə bilməz. Çox böyük dahilər olub keçiblər, yarıda dayanıblar, ən böyük dahilər də axıradək keçiblər. Bu adamlar öz gözlərilə, bəsirət gözlərilə Allahı görüblər, dərk ediblər. Yəni bunun mənası budur ki, özünü dərk et, özünü öyrən. Özünü dərk etsən, Allahı dərk edərsən. Burada qarışıq məsələlər çoxdur.

- Mən gözümü açandan sizi görmüşəm Azərbaycanda, dünyada. Çoxdandır bü dünyadasınız. Necə tanıdınız bu dünyanı? Bu dünya sizdən nəyi aldı, nəyi verdi?
- Çox ağır sualdır. Ömrü verdim, yaş qazandım.

- Necə yaş qazandınız Bəxtiyar müəllim?
- Bu yaş müddətində mən görəsən bu kişilərin dərk etdiyini, bu kişilərin, İslam alimlərinin dərk etdiyinin yarısını dərk edə bildimmi? Demək asandır ki, dərk etmişəm. Boş sözdür. Çox çətindir.

- Düşünmürsünüz ki, nə zamansa peşman olacaqsınız ki, gərək mən o vaxt o sirri açaydım Azərbaycan xalqına? Belə bir şey ağlınıza gəlmir?
- Amma bircə şey var ki, lap Sovet dövrünün qılıncının dalı qabağı kəsən vaxtlarda da sözümü deməyə çalışmışam. Əlbəttə açıq deməmişəm, onun da yolları var idi- ya hadisələri xarici ölkələrə keçirmək, ya da tarixə keçirmək. O yolla özümü pərdələmişəm. Məsələn, Sovet dövründə mənə vaxtı ilə bir nəfər zəng edib dedi ki, «Gümanımız sənə idi, sən də Lenindən yazdın? Utanmırsan? Lenin bizi hansı günə çıxardı?». Tanımıram kim idi, bunları ərklə telefonda dedi. Mən ona dedim ki, xahiş edirəm gedin o əsəri oxuyun, sonra bir də gəlin mənə nə sözünüz varsa deyin. Üstündən bir ay keçmiş mənə zəng etdi, dedi başa düşdüm. Məsələn, Leninin sözüdür deyir, «Rüşvət olan məmləkətdə ədalətdən danışmaz olmaq». «Leninlə söhbət» əsərimdə ondan bu cür epiqraf gətirirəm. Sonra da başlayıram ki, ay dahi sən böyük adamsan, tamamilə düz deyirsən. Rüşvət axı götürüb dünyanı. İndi məni kim tuta bilər? Lenin dediyi sözü təkrar edirəm. Beləcə, səkkiz fəsil yazdım, hərəsi bir məsələ ilə bağlı.
- Xaraktercə qorxaq adam saymırsınız özünüzü?
- Çox ehtiyatlıyam. Amma qorxaq deyiləm. Qorxaq adam «Gülüstan» yaza bilməzdi, mən bilirdim ki, fəlakətə gedirəm. Məni məhv edərlər, amma yazdım. Yazdım, «Şəki fəhləsi»nə də verdim, çap olundu. Amma indi həyatda bir az ehtiyatlıyam. İnsan yaşlaşdıqca, cəsarəti azalır, ehtiyatı çoxalır.

-İstəyərdim ki, bütün insanlara səslənən bir bəyanat verəsiniz, bütün insanlara Bəxtiyar Vahabzadə sözü deyəsiniz. Hansı sözü, hansı tövsiyəni, nəsihəti, vəsiyyəti deyə bilərsiniz?
- Çox şey demək olar… mən bircə şey istəyirəm deyəm. Mən millətimə tövsiyə edərdim ki, Allah yolundan qaçmasınlar. Allah həmişə bizi saf yola, haqq yola çağırır. Yalan danışmasınlar, başqasını incitməsinlər. Heç kəsin ürəyinə toxunmasınlar. Şəkidə bir söz var. "Ürək sındırmaq quş yuvası dağıtmaqdan günahdır".

- İstəyərdim, torpaqlarımınız ermənilər tərəfindən işğalı barədə də bir söz deyəsiniz.
- Bu, çox ağrılı məsələdir. Mən belə güman edirəm ki, bilirsiniz zorla alınan torpaq xoşluqla qaytarıla bilməz. Mümkün deyil. Mənim düşüncəm budur. Onlar qan töküb alıblar bunu. Biz də qan tökmüşük, amma məğlub olmuşuq. Həqiqət budur. Ordumuzu gücləndirmədən heç nə edə bilmərik. Əgər istəyiriksə ki, biz qələbə çalaq, ordumuzu gücləndirməliyik. İstəyiriksə, sülh olsun, yenə ordu. Ordu yaranmalıdır. Güclü ordu. Hər şey gücə tabedir. İndiki zamanda, vaxt da gücə tabedir. Əgər sənin gücün var, haqlısan, gücün yoxdur haqsızsan. Əyyami qədimdən bu, belədir.

15 Ağustos 2009 Cumartesi

Güney Azərbaycanın milli azadlıq hərəkatının qəhrəmanı şəhid Səttərxanı tanıyalım

1867 – Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttərxan (1867-1914) аnadan olub.
1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttərxan təkcə Cənubi Azərbayanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir.
1914-cü ildə terror nəticəsində qətlə yetirilib.
Məşrutə inqilabında oynadığı rola görə Səttərxan İranda şah rejimi devriləndən (1979) sonra “Milli sərdar” adına layiq görülüb.
Əlavə bax:
http://www.azadtribun.net/x44.htm
http://www.rasulzade.org/articles/1_161.html
http://www.dak.az/view.php?lang=az&menu=14&id=953

Bu yazı http://www.azerbaycanli.org/az/page311.html adresinden alınmıştır

10 Ağustos 2009 Pazartesi

2009 Dünya Gençler Güreş şampiyasında, Azerbaycan takımları, Serbestte dünya 2. si, Greko-Romen'de dünya 3. sü oldu.

Türkiyənin paytaxtı Ankarada keçirilən gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatına yekun vurulub.
Lent.az-ın məlumatına görə, yarışın son iki günündə sərbəst güləşçilər döşək üzərinə çıxıblar.
Azərbaycan təmsilçiləri 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar. Cəbrayıl Həsənov (66 kq) qızıl, Ağahüseyn Mustafayev (60 kq), Aslanbek Alborov (84 kq) və Camaləddin Maqomedov (96 kq) gümüş, Yaşar Əliyev (55 kq) və Mixail Qazzayev (120 kq) bürünc medala sahib olublar.
Bu nəticə ilə 53 xal toplayan ölkəmiz ümumi komanda hesabında Rusiyadan (67 xal) sonra ikinci yeri tutub.
Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərimizdən Orxan Əhmədov (55 kq) və Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə 40 xal yığan millimiz ümumi komanda hesabında Rusiya və İrandan sonra 3-cü olub.
http://lent.az/news.php?id=28023

9 Ağustos 2009 Pazar

«Məni o qədər döymüşdülər, 3 ay özümə gələ bilmirdim»

Aydın Təbrizli
İranda Kəhrizək həbsxanasının heç bir standarta cavab vermədiyi üçün bağlanılması haqqında qərar qəbul olunub. Ölkədə keçirilən prezident seçkilərinə etiraz aksiyalarında tutulanlar məhz bu həbsxanada saxlanırdılar və onların arasında naməlum şəraitdə ölənlər var. İranda 5 il həbsdə olmuş Azərbaycan türkü, hüquq müdafiəçisi və Qadın Jurnalistlər İcmasının üzvü xanım Şəhnaz Qulami «Azadlıq» radiosuna müsahibəsində İran həbsxanasındakı işgəncə faktlarından danışır.- İranda müxalifətdən olan sabiq rəsmilərin bəzisinin etirafları İran telekanallarından yayılır. Eyni zamanda müxalifət iddia edir ki, etiraflar işgəncə altında alınıb və həbsxanalarda naməlum şəraitdə ölənləri sübut kimi göstərirlər. Sizin bu məsələyə münasibətiniz necədir?- Mən həbsxana və təcridxanalarda öz gözümlə gördüyüm vəziyyəti danışmaq istəyirəm. İşgəncə vasitəsilə etiraflar adi haldır. Mənim özümə də işgəncə və hədələmə vasitəsilə təcridxanada təzyiqlər olunub. Yeddi dəfə müxtəlif məhkəmələrə çağırılmışam və beş il həbs cəzası çəkmişəm.-Nə ünün məhkəmələrə çağırıldınız?-Mən jurnalist idim və peşə borcum olaraq, ictimaiyyətdə gördüklərimi yazırdım. İnsan haqları ilə bağlı başqa dostlarımla birlikdə hadisələri şəffaflaşdırmaq üçün çalışmışıq. Buna görə, dəfələrlə Ettelaat (Təhlükəsizlik Nazirliyi) və Məhkəmə çağırılıb, həbs olunmuşam. 1989-cu ildə beş nəfər həmkarımla Təbrizdə Ettelaat tərəfindən tutulduq və hamımıza 8 il həbs verdilər ki, onun 5 ilini həbsxanada keçirdik və sonra Şahnaz Qulamiazadlığa buraxıldıq.Şahnaz Qulami-Həbsxananın şəraiti necə idi? Orada qanunvericiliyə uyğun olaraq məhbusların hüquqlarına rmayət olunurdumu?-İki kamera idi, bir də balaca həyət. Qışda kameraları qızdırmağa, yayda isə sərin saxlamağa heç bir imkan yaradılmamışdı. Bizə hətta vəkil tutmağa da icazə vermədilər, nə də QHT-lər və İnsan Haqları ilə bağlı işləyən təşkilatlarla görüşməyimizə imkan yaratmadılar. Beş il, eləcə qaldıq. Hətta, yadımdadır ki, BMT nümayəndələri həbsxanaya gəlmişdi. Buna görə ki, onlara bildirməsinlər ki həbsxanada siyasi məhbus var, bizi ümumi korpusa köçdürdülər, BMT nümayəndələri gedəndən sonra, beşimizi də həmən kameralara qaytardılar. İndi, məhbuslara bəzən çox sərt şərait tətbiq olunmur, çünki, biz bu haqda yazıb, danışıb və xalqa məlumat verdik. Lakin, o zaman, çox dəhşətli illər idi. Biz elə zaman tutulduq ki, ondan altı ay qabaq bir xeyli siyasi məhbusları edam etmişdilər. -Həbsdən sonra normal yaşayışa qayıda bildinizmi?-Mən tutulanda universitet tələbəsi idim, həbsdən sonra, universitetə qayıtdım, amma, mənə təhsilin davamına icazə vermədilər. Beş il həbsdən sonra, azadlığa elə belə çıxmadıq. Bizim azadlığımız üçün məhkəməyə sənəd girov qoyuldu və şərti azad olduq. Hər 15 gündən bir Ettelaata gedib, özümüzü təqdim etməli idik. Dostlarımız bizdən çəkinmək məcburiyyətində idi. Dostlarımız parklarda, xiyabanlarda başları ilə bizə salam verməyə belə qorxurdular. Üç il belə yaşadıq. -Qayıdaq, birinci suala. Siz həbsxanada fiziki və mənəvi işgəncələrin olunması haqda nə düşünürsünüz?-Yadınızda olsa, 2006-cı ilin may ayında İran qəzetində türkləri «tarakana» bənzətmişdilər və Təbrizdə böyük aksiyalar həyata keçirildi. O zaman mən «Hadisələrə şəffaflıq» ünvanında bir məqalə yazdım. O zaman bir hətftə, hər gün Ettelaata aparıldım. Bu hadisənin ildönümündə isə, dostlarımızla aksiyada tutulduq və bizə 6 ay həbs verdilər. Məni o qədər döymüşdülər, başıma elə çırpılar ki, 3 ay dostlarım məni həbsxanalarda gəzdirirdi və özümə gələ bilmirdim. İki ay sonra evimə tökülüb, anamın, uşağımın yanında məni döyə-döyə apardılar 23 gün həbsdə saxladılar və sonra sənəd girov qoymaqla azadlığa buraxıldım. -Siz dostlarınızın naməlum şəraitdə ölmələri haqda dəfələrlə məqalə yazmısınız. O hadisələrdə daha kimlər öldü?-Birisi milli fəal Qadir Sədiqi idi. Polis bilərəkdən onun başına zərbə ilə vurmuşdu. Cənazənin başında canlı xəbəri yaydım və sonra yenə də məhkəməyə verildim. Sonra məşhur milli fəal mühəndis Əmaninin Sepahın avtomobil qəzasında öldürülməsi barədə mətbuatda məsələ qaldırdım. İşgəncədən söhbət getmişkən qoy bunu da deyim. Milli fəal Möhsün Fərhadini həmən «tarakan» hadisələrində dostlarının yanında tutub, 27 gün o qədər işgəncə etmişdilər ki, keçinmişdi. Sonra hakimiyyət rəsmiləri onun cənazəsini Təbrizin «Elgölü» adına gölünə atmışdılar. Hadi Şəfəq adlı dostum var idi, barmaqlarını sındırmışdılar, yaxud, Elyaz Yekanlıya elektrik şok vermişdilər, Həmid Valainin isə qollarını sındırmışdılar və s. belə hadisələr saymaqla qurtarmır.
yeninefes.sayt.ws saytından alınmıştır.

6 Ağustos 2009 Perşembe

Dünya Gençler Greko-Romen Güreş Şampiyasından, Azerbaycan Genç Milli Takımı 3.oldu

2009 yılı içinde, Avrupa serbest güreş şampiyasından 1. olan Azerbaycan serbest güreş takımından sonra, Ankarada yapılan, dünya gençler greko-romen güreş şampiyanısında da, Azerbaycan genç milli takımı 3. olmuştur.
konuyla ilgili haberler: