Türkiyənin paytaxtı Ankarada keçirilən gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatına yekun vurulub.
Lent.az-ın məlumatına görə, yarışın son iki günündə sərbəst güləşçilər döşək üzərinə çıxıblar.
Azərbaycan təmsilçiləri 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar. Cəbrayıl Həsənov (66 kq) qızıl, Ağahüseyn Mustafayev (60 kq), Aslanbek Alborov (84 kq) və Camaləddin Maqomedov (96 kq) gümüş, Yaşar Əliyev (55 kq) və Mixail Qazzayev (120 kq) bürünc medala sahib olublar.
Bu nəticə ilə 53 xal toplayan ölkəmiz ümumi komanda hesabında Rusiyadan (67 xal) sonra ikinci yeri tutub.
Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərimizdən Orxan Əhmədov (55 kq) və Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə 40 xal yığan millimiz ümumi komanda hesabında Rusiya və İrandan sonra 3-cü olub.
http://lent.az/news.php?id=28023
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder