Geçtiğimiz ayda vefat eden Güney Azerbaycanın iki büyük alimi, DAK'ın (Dünya Azerbaycanlılar Kongresi'nin) Bakı'daki merkez ofisinde yapılan bir toplantıyla anıldı. Toplantıya, İzmir'de yaşayan Azerbaycan Türk'ü Prof. Yavuz Akpınar'da katıldı.(Ege Üniversitesi Edebiyat Fakültesi öğretim görevlisi) Altta konuyla ilgili fotograf ve yazıyı size sunuyoruz. Yazı ve fotograf www.dak.az web sitesinden alınmıştır. Güney Azerbaycanla ilgili haberleri bu web sitesinden takip edebilirsinizDAK Güney Azərbaycanın böyük alimləri Behzad Behzadini və Səməd Sərdarniyanı andı
Bu gün Dünya Azərbaycanlıları Konqresinin Mərkəzi ofisində Güney Azərbaycanın böyük alimləri Behzad Behzadi və Səməd Sərdarniyanın anım mərasimini keçirdi.
Mərasimi giriş sözü ilə DAK sədri prof. Q.S.Təbrizi açaraq bu günlərdə dünyalarını dəyişmiş bu iki böyük alimi bir dəqiqəlik sükutla yad edərək, mərasim iştirakçılarına onların şəxsiyyəti və yaradıcılığı haqqında geniş məlumat verdi. Onlarla görüşündən söhbət açdı.
Sonra sözü AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Əkrəm Rəhimliyə verdi. Ə.Rəhimli Güney Azərbaycanın iki böyük şəxsiyyəti barədə ətraflı danışdı. Onların Azərbaycanla bağlı yaradıcılıq irsinə nəzər saldı. Natiq “Azəri” jurnalının naşiri və baş redaktoru Behzad Behzadinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun Azərbaycan üçün etdiyi önəmli işlərdən danışdı.
Sonra Ə.Rəhimli tanınmış, böyük tarixçi alimi Səməd Sərdarniyanın tərcümeyi halını tədbir iştirakçılarının nəzərinə çatdırdı və onun çox dəyərli kitablarının adlarını çəkərək, Güneyli-Quzeyli Azərbaycan tarixni əks etdirən zəngin məxəz olduğunu söylədi.
Sonra söz Türkiyəli qonaq prof.Yavuz Akpınara verildi. O, Səməd Sərdarniya ilə görüşünü xatırlayaraq, onun bir şəxsiyyət və alim kimi təvazökar olduğunu dilə gətirdi.
Prof. Kamil Vəli Nərimanoğlu, prof. Şövkət Tağıyeva, filologiya elmləri doktoru Sabir Nəbioğlu, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi öz çıxışlarında hər iki böyük alimin əsərləri haqqında məlumat verdilər. Onların əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini vurğuladılar.
Sonda DAK sədri prof. Q.S.Təbrizi hər zamankı kimi mərhum dr.Səməd Sərdarniyanın kitablarının Azərbaycan türkcəsinə çevrilməsində və nəşrində öz yardımını göstərəcəyini bəyan etdi.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder