
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından AZADİNFORM-a verilən məlumata görə, çempionatın son günü xalça üzərinə çıxan Fərid Mansurov (66 kq) finala qədər irəliləyərək ikinci dəfə dünya çempionu adını qazanıb. Komanda hesabında yunan-Roma güləşi üzrə yığmamız Türkiyə və İrandan sonra üçüncü yerə çıxıb və bürünc medal qazanıb. Qeyd edək ki, 19 pəhləvan ilə çempionatda iştirak edən Azərbaycan yığma komandası ümumilikdə 10 medal – 3 qızıl, 4 gümüş, 3 bürünc qazanıb. Danimarkanın Herninq şəhərində keçirilən Dünya çempionatı Azərbaycan güləş tarixində ilklərlə yadda qalıb. Azərbaycan Qadın güləşi üzrə yığma komanda hesabında Dünya çempionu, sərbəst güləş üzrə Dünya ikincisi, yunan-Roma güləşi üzrə isə Dünya üçüncüsü olmaqla bu idman növündə lider ölkələrdən biri olduğunu sübut edib.
Hiç yorum yok:
Yorum Gönder