7 Eylül 2009 Pazartesi

Hepimiz Azerbaycanlıyız

15 Ekim'de Bursa'da oynanacak olan, Türkiye-Ermenistan maçıyla ilgili olarak aşağıda metninini yayınladığımız kampanyayı İzmir Azerbaycan Kültür Merkezi olarak destekliyoruz.

İki gün öncə başlatdığımız kampaniya uğurla davam edir. Xatırladırıq ki, presspost.az təşəbbüsü ilə “Azərbaycan Bayraqları Türkiyə ‒ Ermənistan futbol oyununa Bursaya daşınsın!” kampaniyası başladılıb. Dünən bir sıra internet sitələri təşəbbüsümüzü dəstəkləyərək öz səhifələrində xəbəri işıqlandırıblar. Çap edilən qəzetlərdən savayı, qol.az və musavat.com kimi geniş oxucu auditoriyasına malik internet qəzetləri də, oxucularını 14 oktyabr tarixində baş tutacaq qarşılaşmaya mümkün qədər cox Azərbaycan bayraqları aparmaları üçün, təşəbbüsümüz haqqında materiallar dərc ediblər.
Türkiyə vətəndaşları ünvanımıza müraciətlər edərək, Azərbaycan bayraqlarını necə əldə edə biləcəkləri haqqında məlumat istəyirlər. Yüzlərcə oxucumuz isə artıq Azərbaycan bayraqlarını evlərində hazır tutduqlarını bildirir. Bu günə qədər müraciətimizi ünvanladığımız ünvanların hər birindən, yəni həm mətbuatdan, həm Türkiyə yığmasının fanatlarından, eyni zamanda Türkiyədə şirkət sahibi olan soydaşımızdan dəstək almışıq. İş adamı (Adının hallandırılması nı istəmir. A.E) bu gün bayraqların kütləvi şəkildə, ucuz qiymətə satılması üçün fəaliyyətə başlayacağını söz verdi.
Məqsədimizə çatmaq üçün ən önəmli dəstəklərdən biri isə, Dünya Azərbaycanlıları Konqresindən gəldi. Bugün səhər bizimlə əlaqə saxlayan DAK (Dunya Azerbaycanlilari Konqresi) Bashqanının birinci muavini Teymur Eminbəyli təşəbbüsümüzü alqışladığını, presspost.az rəhbərliyini ve heyyətini mühüm bir işi uğurla həyata keçirdiyini bildirərək, Dünya Azərbaycanlılarının yanımızda olduğunu dedi.
“Öz növbəmdə Tükiyədə yaşayan bütün dostlarımızın Türkiyə-Ermənistan oyununa əllərində bayraqla getmələri üçün müraciət edəcəyəm. Düşünürəm ki, bayraqlardan savayı bütün stadion, bir ağızdan Qarabağ! deyə stadionu yerinden tərpətməlidir. İdmanı siyasətlə bağlamaq istəməzdim, lakin Ermənistanla oynanılan və oynanılacaq hər iki futbol yarışması idmandan daha çox, futbol adıyla iki dövlətin yaxınlaşmasına xidmət edən siyasi oyundur”.
Öz növbəsində qəzetimizin baş yazarı, Tükiyədə yaşayan Türk vətəndaşı Ramazan Ercan Bitikçioğlu qardaş, ölkədə kompaniyamızdan yüzlərcə Türkün xəbərdar olması üçün fəaliyyətə başlayıb.
Göründüyü kimi, müraciət etdiyimiz ünvanlar lazımı dəstəklərini əsirgəmir və ümid edirik ki, nəticədə Bursa stadionu üç rəngli bayrağımızla dolacaq.
Presspost.az HUSUSÎ HABER ‒

Hazırlayan: Isvec, və Skandinaviya Bürosu rehberi Mənsur Cəsuroğlu

Hiç yorum yok: