25 Eylül 2008 Perşembe

Güney Azerbaycanlı Aydınların Çağrısı

Tarih: , 25/9/2008

Sayqı Dəyər Azərbaycanlılar!

Xahiş olunur,bu məktubu yaşadığınız ölkələrdə olan şair, yazıçılar cəmiətlərinə çatdırasınız .


AZƏRBAYCAN ŞAİR, YAZIÇILARININ DÜNYA ŞAİR, YAZIÇILARINA MÜRACİƏTİ
Dəyərli qələmdaşlar,

1925-ci ildə Rza şahın hakimiyətə gəlişiylə İran millətlər cəhənnəminə çevrildi. Onun bir “Devlət bir millət” siyasəti sonucu İranda olan başqa dillərə yasaq qoyuldu. Bununla da çeşitli basqılarla başqa millətləri əritmə siyasətini uyğulamağa qoydular.
İranda o faşist siyasətə qarşı millətlər çeşitli dönəmlərdə baş qaldıraraq öz haqlarını istəmişlərdir. 1945-46.cı illər arası Azərbaycanda, millət bir il içində öz milli devlətini qurmuş, çağa uyğun çeşitli islahatlar aparmışdır. Ancaq bir ildən sonra Tehran qoşunu Azərbaycana hücüm edib, minlərlə insanı öldürərək o devlətin öndə gələn bir çox şəxsiyətini də edam etmişdir. Ancaq buna baxmıyaraq Azərbaycanlılar öz milli haqlarını istəməkdən heç bir zaman dalı durmamaışlardır. Bu yolda çeşitli dönəmlərdə çoxlu aydınlarını da qurban vermişdir.
İndi İranda 30 milyonun üzərində Azərbaycan Türkü yaşamqdadır. Ancaq buna baxmıyaraq, İranın ən çox azınlığı olan Azərbaycan Türklərinin ilkin insanlıq haqları verilməmişdir. Onların öz dillərində bir dənə də məktəb yoxdur. Demək olar bu durum çağdaş dünyamızda yalnız İranda sürdürülməkdədir.
Son günlərdə İran devləti daha da basqılarını artırmışdır. Orda olan çoxlu Azərbaycanlı aydınları tutub, dustaqlara dolduraraq onlara çeşitli işgəncələr uyğunalnmaqdadır. Bu yaxınlarda Tehranda neçə nəfər tanınmış Azərbaycanlı şair, yazıçı, araşdırmacı, gəzetəçi tutqlanmışdır. Devlət tutulanlarla bağlı ailələrinə heç bir bilgi veməməkdədir. İranda insan haqlarıyla bağlı çalışan qurumların da çabaları bir sonuc verməmkədədir.
Bunu nəzərə alaraq biz Azərbaycnlı yazıçılar, şairlər öz qələm dostlarımızın ağır durumunu, xarici qələmdaşlara bildiririk. Bizim səsimizi dünyaya yaymaqda yardımcı olamanızı istəyirik.
Tutulanların adları:
1. ALİREZA SARRAFİ
2. HASAN RAŞEDİ
3. AKBAR AZAD
4. SAEİD MUĞANLİ(MAHAMMADİ)
5. MEHDİ NAEEMİ
6. HAMİD ARĞIŞ


An appeal to poets and writers of the wohle world from azerbaijani poets and writers

Respectfully yours,

By enthronement of Rza shah in 1925 Iran turned into hell of nations. In result of his “one state – one nation” policy in political level the ban was imposed on non-Persian languages. And consequently they began to pursue a policy of repressing and assimilating other nations in the country.

The nations have stood up against that fascistic policy demanding their rights. In 1945 – 1946 years in Southern Azerbaijan our nation has established its national government within a year and carried out modern reforms. But after a year Tehran troops invaded Azerbaijan causing slaughter by killing more than 30 thousand Azerbaijani among them outstanding statesmen during a week. Nevertheless Azerbaijanis never repudiated their national rights and sacrificed a great number of their intellectuals for national ideals in the different stages of history.

Now more than 30 million Azerbaijani Turks are living in Iran . But in spite of this Azerbaijani Turks the largest nation of Iran , is not given elementary human rights. They do not have even a primary school in their native language. It is safe to say that such a condition exists only in Iran in the modern world.

During the last days Iran state has intensified its pressures ever more. They have jailed a great number of Azerbaijani intellectuals there and are committing tortures against them. Recently a number of prominent Azerbaijani poets, writers, researchers and journalists have been detained in Tehran . Iranian state has not informed families of detainees about the fact and places of their detention. Even efforts of human rights organizations were fruitless.

Taking into consideration all the aforesaid we, Azerbaijani writers and poets, want to inform our penmates in the world about grave conditions of Azerbaijani pen-friends in Iran . We ask you to help us in making world hear our voice.
under arrest:
1. ALİREZA SARRAFİ
2. HASAN RAŞEDİ
3. AKBAR AZAD
4. SAEİD MUĞANLİ(MAHAMMADİ)
5. MEHDİ NAEEMİ
6. HAMİD ARĞIŞ




signature:
1-Məhəməd Əli Hüseyni
2-Sirus Mədədi
3- Behruz Həqqi
4-Abdullah Amir Haşimi
5-Ugurlu Fakhri
6-Alisemid Kur
7-Pasha Alioglu
8-Javanshir Yusifli
9-Ahmed Oguz
10-Qulu Agses
11-Ilham Qehreman
12-Qurban Yaguboglu
13-Hikmet Sabiroglu
14-Azer Qarachenli
15-Murad Kohneqala
16-Niyaz Qaraoyneli
17-Nasir Yaqub
18-Vagif Yusifli
19-Efzeleddin Asker
20-Ferhad Ferhadli
21-Zefer Ferhadoglu
22-Rustem Kamal
23-Ramiz Asker
24-Qedim Qubadli
25-Rasim Qaraca
26-Həmid Herisçi
27-Rafiq Tağı
28-Azad Yaşar
29-Nicat Məmmədov
30-Nərmin Kamal
31-Qan Turalı
32-İbrahim Sel
33-Orxan Eyp
34-Divanə Ozan
35-Xaqani Has
36-Ziba Kərbası
37-Lalə cəvanşir
38-Səməd Purmusəvi
39-Çengiz Göytürk
40-Işıq Sönməz
41-E.S.Eşilbax
42- Vali Gözətən
43- Məmməd Azər
44-Sarı Gəlin
45- Ərsan Ərel
46-Hadi Qaraçay

2 Eylül 2008 Salı

Dernek başkanımız Cemal Mehmethanoğlunun, Azerbaycan Lider Tv'de yayınlanan röportajı

2.09.2008 günü, Azerbaycan Lider Tv'nin dernek başkanımız Cemal Mehmethanoğlu ile, telefonda yaptığı röportaj, Lider Tv'nin gün boyu haberlerinde yayınlandı.
Röportajı dinlemek için, bu lingi tıklayabilirsiniz.
http://www.lidertv.com/new/video.php?lang=az&name=2.19.2.wmv

Azerbaycan Kültür Merkezi başkanının, basın açıklaması

Sayın ve sevgili basın mensubu arkadaşlar,

Geçen gün gazetelerden birisinde okuduğum bir yazı sonrasında bu mektubu kaleme almaya karar verdim.

Önce şunu bilmenizi isterim. Azerbaycan ile Türkiye, Bir Millet, İki Devlet’tir. Bu bir ajitasyon sloganı değildir. Devlet kademelerinde bazı kişilerinde bu sloganın gerçekliğinin farkında olmadıklarını, bu sloganı bir ajitasyon sloganı olarak algıladıklarını görüyorum. Ama böyle algılanmamalıdır. Bu slogan bir GERÇEĞİ ifade ediyor.

İçinizde Azerbaycan’a giden var ise, yada, Türkiyeli Azerbaycanlılardan dostu olanlar var ise, Türkiye Türkleri ile Azerbaycan Türklerinin gerçektende bir millet olduğunu biliyorlar.

İkinci olarak şunun da bilinmesini istiyorum. SSCB dağıldıktan sonraki birkaç yılda, Ermenistan, yüzlerce yıldır Azerbaycanlıların yaşadığı KARABAĞ topraklarını, işgal etti. 1.000.000 dan çok Azerbaycanlı yurdunu yuvasını terk etti ve Azerbaycan’ın değişik yerlerinde, çadırlarda, vagonlarda, okullarda, yoksulluk yaşıyorlar.

Azerbaycan’ın uluslar arası sözleşmelerle tanınmış sınırlarının % 20’si şu anda Ermenistan’ın işgal altındadır.

Şu gerçekliğin de bilinmesini istiyorum. Şu anda, Ermenistan devletinin yer aldığı topraklarda, 1915 yılından önceki yıllarda Ermeni nüfusun en yoğun oldukları bölgelerde bile, nüfus yoğunlukları,% 20’nin altındaydı. Ermenistan’ın başkenti Erivan (İravan) 1915 yılı öncesinde bir Türk Şehriydi.

Erivan’da , İravan hanlığı (Azerbaycan hanlıklarından birisi) yaşıyordu. Çar Rusya’sının politikaları ve Ermeni terör örgütlerinin saldırıları sonucunda, o bölgede Türk nüfus köylerini terk etmeye zorlanmış ve süreçte Ermenilerin nüfus çoğunluğuna ulaşması ve SSCB’nin kurulması sürecinde, 1915 yılına kadar Azerbaycanlı nüfusun, % 80 olduğu topraklarda Ermenistan kurulmuştur.
Benim ailem’de, 1916 yılında Ermeni saldırıları sonucunda Bugün Ermenistan devletinin var olduğu topraklarda ki, köyünü terk ederek Türkiye’ye sığınan Azerbaycanlı ailelerden birisidir. Anne tarafım ise yine 1930 yılında, Ermenistan’ı terk ederek Türkiye’ye sığınan bir Azerbaycanlı ailedir.

SSCB döneminde, yine Rus Çarlarının politikaları devam ettirilmiş ve Zengezur bölgesi gibi bir çok Azerbaycan toprağı Ermenistan’a verilmiştir. Yine SSCB döneminde Azerbaycan toprakları olan Karabağ’da Ermeni nüfusu SSCB ve Ermenistan yönetimi tarafından artırılmaya çalışılmıştır. Bu çabalar sonucunda, Karabağ’ın önemli şehirlerinden biri olan Hankendi (Han Köyü)’nde Ermeni nüfus çoğunluğa ulaştırılmış, ancak Karabağ’ın Hankendi dışındaki bölgelerinde Ermeni çoğunluk oluşturulamamıştır. Şuşa, Laçın, Hocalı, Fuzili Ağdam, Kelbecer … gibi birçok şehri ve kasabası Azerbaycanlıların % 95 çoğunlukta yaşadığı şehirler olarak kalmıştır.

Şu da başka bir gerçekliktir. Bu gün Rus orduları, Ermenistan’da yerleşiktir. Ermenistan’ın Karabağ’ı işgali, Rus ordularının desteğiyle gerçekleşmiştir.

Ermenistan diasporasının dünya çapında sürdürdüğü propagandalarda, Türkiye aleyhine söylediği sözlerin, neler olduğu konusunda bir şey yazmaya gerek duymuyorum.

Bugün Kafkasya’da hassas dengeler mevcuttur. Rusya ile Amerika ve Avrupa Birliği adeta, bir paylaşım savaşı sürdürüyorlar.

Bu koşullarda, Ermenistan’ın, her hangi bir Kurtuluş Savaşı olmadan, Azerbaycan Topraklarını, terk etmesi, ancak Türkiye’nin uyguladığı ambargoyu devam ettirmemesi ve sınır kapılarını açmaması ile mümkün olabilir.

Bu nedenle, Türkiye’nin sınır kapılarını açması ve ambargoyu kaldırması, Azerbaycan’ın işgal edilmiş topraklarını geri alması için tek seçenek bırakıyor. SAVAŞ

Bölgede SAVAŞ’ın ne anlama geleceği konusunu birşey yazmak istemiyorum. Sizlerin bu konuyu daha iyi tasavvur edeceğinizi düşünüyorum.

Ermenistan’ın işgal ettiği Azerbaycan topraklarında, işgali sürdürmesinin ne anlama geldiğini Ermenistan Diasporasının fark etmediğini düşünüyorum.
  • Bu gün Türkiye’de ve dünyanın çeşitli ülkelerinde yaşayan Ermeniler, Ermenistan’ın şu anda yaşadığı sıkıntılardan etkilenerek, ambargonun kalkmasını ve sınır kapılarının açılmasını istiyorlar. Oysa bu taleplerinin, kendi halklarına daha büyük zarara yol açacaklarını düşünemiyorlar. Savaşın, Azerbaycanın istediği gibi değil, onların istediği gibi sonuçlanmasının bile Ermeni milletine ne büyük sıkıntılar ve zorluklar yaratacağını düşünemiyorlar.
  • Diasporada (Türkiye dahil) yaşayan Ermenilerin, Ermenistan’da yaşayanların sıkıntıların bilmemesi çok doğal, ancak insanların düşünme ve hayal etme yetenekleri var. Bu yetenekleri kullandığımızda, sonucu ne olursa olsun, bölge insanına ne büyük zararlar verebileceğini görebilmek mümkündür.


    Tüm bu nedenlerle, Türkiye’nin Ermenistan sınır kapılarını açması, hem Türkiye Türklerinin, hem Azerbaycan Türklerinin, hem de Ermenistan vatandaşlarının zararına olacaktır.

    En önemlisi ise İki kardeş ülke arasındaki dostluk ilişkilerinin bozulmasına sebep olacaktır.
    Derneğimizin bu konudaki sloganlarını tekrarlayarak yazıma son veriyorum

    * Bir Millet, iki Devlet, bir YUMRUK olalım.
    * KAFKASLARDA YENİ BİR SAVAŞA HAYIR. Ermenistan işgal ettiği Azerbaycan topraklarını terk etmedikçe, Türkiye Ermenistan sınır kapıları açılmasın.


    Saygılarımla
    İzmir Azerbaycan Kültür Merkezi Derneği
    Başkan
    Av. Cemal Mehmethanoğlu

1 Eylül 2008 Pazartesi

Azerbaycan İstanbul Başkonsolosluğu Kültür Ateşesi Ganay Efendiyev ile röportaj


GÜNAY ӘFƏNDIYEVA: “TÜRKIYƏDƏ YAŞAYAN AZƏRBAYCAN ZIYALILARININ FƏALIYYƏTINDƏN ÇOXLARI XƏBƏRDAR DEYIL”[01.09.2008 17:25]

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu, Günay Әfəndiyevanın APA-ya müsahibəsi
- Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda konsul olaraq mədəni əlaqələrin inkişafı məsələlərinə nəzarət edirsiniz. Azərbaycan mədəniyyəti Türkiyədə necə qəbul olunur?
- Türkiyə şanlı tarixə malik bir ölkədir. Türklər özləri bunu iftixar hissi ilə qeyd edirlər. Hətta hərdən adama elə gəlir ki, onlar özlərini digər millətlərin nümayəndələrindən bir az yüksəkdə tuturlar. Amma Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və ədəbiyyatı ilə yaxından tanışlıq onlarda azərbaycanlılara qarşı heyranlıq və ehtiram hissləri oyadır. Onlar bizim mədəni irsimiz qarşısında baş əyirlər, xüsusilə son illərdə əldə etdiyimiz nailiyyətlərə çox hörmətlə yanaşırlar. Türkiyə ictimaiyyətinin nümayəndələri ilə çoxsaylı görüşlərimizdə onlar Azərbaycanda mövcud olan zəngin mədəniyyətlə yanaşı, bu mədəniyyətin əsasını qoyan insanlara verilən qiyməti də xüsusilə qeyd edirlər. Onlar prezident İlham Әliyevin mədəniyyət və elm xadimlərinə göstərdiyi maddi-mənəvi dəstəyə xüsusi diqqət yetirirlər. Uzun illər İstanbulda yaşayan və Azərbaycan incəsənətinin, musiqisinin təbliğatı ilə fəal məşğul olan kinorejissor Tofiq İsmayılov və violonçel ustası Eldar İsgəndərova Azərbaycanın xalq artisti fəxri adının verilməsi böyük sevincimizə səbəb oldu.
- İstanbulda fəaliyyət göstərən Azərbaycan ziyalıları çoxdur?
- Həm İstanbulda, həm də ümumiyyətlə Türkiyənin ayrı-ayrı şəhərlərində Azərbaycanın çox sayda elm-incəsənət adamları yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Rəssamlar, müəllimlər, həkimlər, musiqiçilər, incəsənət adamları və alimlərimiz burada yüksək səviyyədə təmsil olunurlar. Bir tərəfdən burada çalışan azərbaycanlılar öz fəaliyyətləri ilə Türkiyə mədəniyyətinin, təhsilinin, iqtisadiyyatının inkişafına əvəzsiz töhfə verirlərsə, digər tərəfdən onların sayəsində Türkiyə vətəndaşları ölkəmiz haqqında real məlumatlar əldə edirlər.
-Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən hansı maraqlı mədəniyyət layihələri həyata keçirilir?
- Biz Türkiyə vətəndaşlarının, eyni zamanda bu ölkəyə gələn turistlərin və buraya akkreditə olunmuş xarici ölkə diplomatlarının Azərbaycanı daha yaxşı tanımaları, mədəniyyətimiz, ənənələrimiz, ölkəmizdə baş verən demokratik proseslərlə daha yaxından tanış olmaları üçün çoxsaylı tədbirlər keçirmişik və hazırda da tərəfimizdən belə tədbirlər təşkil olunur. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Heydər Әliyevin xatirəsinə həsr olunmuş bir sıra layihələr həyata keçirib. Sərgilər, konsertlər, seminarlarla yanaşı, Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında Heydər Әliyev adına futbol turniri keçirilib. Novruz bayramı ilə bağlı da təntənəli tədbirlər keçirmişik. Türkiyə vətəndaşları əvvəllər özlərinin bəzi qədim ənənələrini nəzərə alaraq, bu bayrama lazımi diqqət ayırmırdılar. Ötən il Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Novruz bayramının İstanbulun böyük meydanlarından biri olan Sultan Əhməd meydanında keçirilməsində israr etdi. Bu meydana həmişə insan axını olur, hər gün bura minlərlə turist gəlir. Bayramı biz bir məktəbdə keçirdik, bura azərbaycanlıların yaratdığı folklor rəqs ansamblını dəvət etdik, milli şirniyyatlarla və səməni ilə bəzədilmiş xonça sifariş etdik. Həmyerlimiz – rejissor Hilal Mahmudoğlu bayramın baş qəhrəmanları olan Keçəllə Kosanın tamaşasını səHnələşdirdi. Tonqal qalandı, yumurta sındırıldı, pəhləvanlar güləşdi, “Azəri qızı” Günel xalq mahnılarını ifa etdi. Yəni biz çalışdıq ki, dəvət olunan qonaqlar və turistlər Azərbaycanda, Novruz bayramında özünü göstərən ab-havanı hiss etsinlər. Bu, çox mürəkkəb, xüsusi diqqət tələb edən bir iş idi, amma nəticədə möhtəşəm Bahar bayramının keçirilməsinə nail olduq. Bu il isə artıq İstanbul valiliyi bizə Novruz bayramını birgə keçirməyi təklif etdi. Dahi bəstəkar Qara Qarayevin 90 illiyi münasibətilə İstanbulda, Bursada və ӘskişəHərdə istedadlı dirijorumuz Yalçın Adıgözəlovun rəhbərliyi ilə bir sıra simfonik konsertlər keçirildi. Eyni zamanda Bursada elmi konfrans və konsertlərin də daxil olduğu Qara Qarayev musiqisi günləri keçirildi. Bursada yaşayan Azərbaycan bəstəkarı Həsən Adıgözəlzadə musiqi günlərinin təşkil edilməsində bilavasitə iştirak etdi. Tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Әlizadə, Türkiyənin müxtəlif şəHərlərində yaşayan həmyerlilərimiz – musiqişünas Babək Qurbanov, musiqiçilər Ulduz Aslanova və Arif Manaflı, eləcə də Bursa bələdiyyəsi və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bu kimi başqa tədbirlər də təşkil edirik.

- Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu ölkədə yaşayan Azərbaycan ziyalılarının gördüyü işlərdən ölkəmizdə heç də hamı xəbərdar deyil. Bizim gözəl balaban ifaçımız Әlixan Səmədovun albomları Türkiyədə çox böyük tirajla buraxılır. O, bütün dünyada konsertlər verir, bizim musiqini təbliğ edir. Əlixan Səmədov bu yaxınlarda balaban haqqında bir neçə dildə dərs vəsaiti nəşr etdirib. Həmin kitabda bu musiqi alətinin tarixi, quruluşu ilə bağlı məlumat verilir, ifaçılıq sirləri açıqlanır. Bu kitabın işıq üzü görməsi öz növbəsində ermənilərin milli aləti olan düdüyü balaban kimi təqdim edən “patriot” erməni plagiatorlarına bir cavabdır. Yaxud milli kino və teatr səhnəmizdə bir sıra maraqlı obrazlar yaradan gözəl aktyorumuz, rejissor Cahangir Novruzov Adana universitetlərindən birində müəllim olaraq çalışır. Bu yaxınlarda İstanbulda keçirilən tələbə teatr festivalında onun quruluş verdiyi Maksim Qorkinin “Meşşanlar” pyesi böyük uğurla təqdim olundu. Bizim gənc istedadlı aktrisamız Məlahət Abbasova Türkiyədə çox tanınıb. O, müxtəlif teleseriallarda unudulmaz rollar ifa edib. Məlahət Abbasova həm də rejissorluq fəaliyyəti ilə məşğuldur. Onun Elçinin “Qatil” eyniadlı pyesi əsasında səhnələşdirdiyi eyni adlı tamaşa böyük uğur qazandı, uzun müddət reytinqli teatr afişalarında göründü. Bizim musiqiçilər Sərvər Qəniyev, Zöhrab Adıgözəlzadə, dirijorlar Ramiz Məlikaslanov, Elşad Bağırov, bəstəkar İlyas Mirzəyev və başqaları burada konsert proqramları ilə çıxış etməklə yanaşı, həm də müəllimlik fəaliyyəti ilə məşğuldurlar. Gözəl pianoçumuz İslam Manafov burada özünün “Gənc” adlı kamera orkestrini təşkil edib. Orkestrdə çalışan musiqiçilərin yarısı azərbaycanlılardır. Dünya klassiklərinin əsərləri ilə yanaşı onlar həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər. Bu sırada əsərləri Türkiyənin müxtəlif rəsm salonlarını bəzəyən Səmədağa Cəfərov, Sənan Eynullayev, Teymur Rzayev, Ziyad Sultanov, Sabir Mehdiyev və digər gözəl rəssamlarımızın adlarını çəkməyə bilmirəm. İstərdik ki, onların buradakı fəaliyyəti, yaradıcılığı mətbuatda geniş işıqlandırılsın.
- Sentyabrda Türkiyədəki diplomatik missiyanız başa çatır. Bu ölkədə uğurlu fəaliyyətinizə sübut olaraq Təhsil Strukturları Fondunun “Bürc” Kollecinin təsis etdiyi fəxri fərmanla təltif olunmağınızı göstərmək olar.
- Konsulluğumuz Təhsil Strukturları Fondunun “Bürc” Kolleci ilə sıx əməkdaşlıq edir. Biz bu kollecin təhsil müəssisələrindən birində Azərbaycan guşəsi açmışıq. Burada ölkəmiz haqqında kitablar, fotomateriallar, milli geyimlər və musiqi alətləri nümayiş olunur. Bu guşəyə baş çəkənlər Azərbaycan, tariximiz, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz haqqında maraqlı faktlar əldə edir, dillərimiz arasındakı mövcud fərqlərlə tanış olurlar. Həmçinin bu struktur müntəzəm olaraq idman yarışları və mədəniyyət festivalları keçirir. Biz belə festivallara Naxçıvandan “Şərur” qədim yallı qrupunu, Afaq Məlikovanın Dövlət Rəqs Ansamblını dəvət etdik, ümumiyyətlə Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsinə dəstək olduq. Nəticədə onlar məni dövlətlərarası əlaqələrin möhkəmlənməsi sahəsində məni fəxri fərmana layiq gördülər. Təqdimetmə mərasimində təşkilatçılar qeyd etdilər ki, təsis olunduğu beş il ərzində bu mükafat ilk dəfə olaraq xarici vətəndaşa təqdim olunur. Azərbaycanın çox qədim və zəngin mədəniyyətinin qardaş Türkiyədə təbliğində mənim də kiçik bir payım olduğuna sevinirəm.