22 Mayıs 2009 Cuma

Bugun Tebrizde Aksya kecrilir tutulanlar ve yaralilar var


Bu gün Təbrizdə etiraz aksiyası keçirilib

Müəllif: DAK
www.d-a-k.org
Bu gün Təbrizdə etiraz aksiyası keçirilib 300 min soydaşımızın qatıldığı mitinqdə həbs olunanlar və yaralanlar var
Mayın 22-də Təbrizin mərkəzində 300 min nəfərə yaxın şəxs gəzintiyə çıxıb. Onlar “Ana dilində mədrəsə” kimi şüarlar səsləndiriblər. Məlumatı “Azadlıq” radiosu yayıb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, İran adlanan yerin hüquq-mühafizə orqanları gəzintiyə çıxanlara təzyiq göstərib. Çoxlu iştirakçı həbs edilib, xəsarət alanlar var. Xəsarət alanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşinin də olduğu bildirilir. Digər fəallar - Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh və başqaları həbs ediliblər.
Tehran Elm-Sənət Universitetinin elektrik mühəndisliyi fakültəsinin tələbəsi Yasif Zafəri “Azadlıq” radiosuna bildirib ki, gəzinti iştirakçıları 2006-cı ilin may aksiyalarını anmaq istəyiblər. İran adlanan yerin rəsmi televiziyaları aksiyada 300 min nəfərin iştirak etdiyini bildiriblər. Xatırladaq ki, 2006-cı il mayın 22-si Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Təbriz şəhərində “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və “Haray-haray mən türkəm!” deyib. Sonradan aksiyaların kütləviləşdiyini və bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi əvvəlcədən icazə verdiyi mitinqi xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub.

Hiç yorum yok: