19 Mayıs 2009 Salı

İran'da yapılmakta olan Cumhurbaşkanlığı seçimleriyle ilgili Güney Azerbaycanlı Babek Azeri'nin görüşleri

Babək Azəri: “Əhmədinecadla Xatəminin fərqi Pepsikola ilə Koka-kolanın fərqi kimi bir şeydir”
Qonşu ölkədə keçrilən prezident seçkiləri ilə bağlı suallarımızı İsveçrədə yaşayan həmyerlimiz, tanınmış hüquqşünas Babək Azəriyə ünvanladıq.
“Seçki qutusuna boş vərəqi də atsan Əhmədinecadın adı çıxacaq”
- Bü günümüzün aktual mövzularından biri İrandakı prezident seçkiləridir. Bununla bağlı tez-tez sizin mətbuatda müxtəlif səpkili yazılarınız dərc olunur. Elə bu səbəbə görə də sizinlə daha ətraflı söhbətə ehtiyac duyduq. Mümkünsə deyin, siz bir Azərbaycanlı kimi bu seçkilərdən nə gözləyirsiniz?
- İranda prezident seçkisi ancaq bir oyundur, ondan müsbət nəticə gözləməməliyik. Bəziləri zarafat üçün deyirlər ki, İran hakimiyyəti ilahi hakimiyyətdir və bunun sübutu üçün yetər ki, möcüzə sandıqlarına işarə edək. Möcüzə sandıqları deyəndə, səs salınan sandıqlar nəzərdə tutulur. Misal üçün, əgər ora bir milyon səs salınsa, sandıqdan çıxanda olur 10 milyon. Səs vermə vərəqini boş şəkildə də ora atsaq, yenə də bizim vərəqdə Əhmədinecadın adı yazılacaq. Bildiyiniz kimi, əməl ancaq əməl üçün deyil, əməl nəticəyə xatirdir. Səs verməyimizin təsiri olmadığı üçün bu seçkilərdən hansısa bir müsbət nəticə gözləmək məntiqə uyğun deyil.
YAZININ DEVAMI http://azadliq.az/?p=7884

Hiç yorum yok: