3 Ocak 2010 Pazar
Çəngiz Bəxtavər sözdə, fikirdə və işdə cəsarətli idi
Elçin Urmulu
11/10/1388
Dey ayının 6- da (27 Dekabr) Azərbaycan çox dəyərli bir milli siyasi insanını itirdi. Güney Azərbaycan milli məsələsi ilə maraqlanan hər kəs Çəngiz Bəxtavərin adi ilə tanışdır. o illər boyu insan haqları və özgürlük uğərunda istibdada qarşı mücadilə verdi və bu mücadilədə heç bir zaman yorulmaq belə bilmədi. Vaxtsız həm də şübhəli ölümü millətimizi və milli fəallarımızı üzüb sarsıtdı. o, Azərbaycanımızın milli mənafeyi uğrunda verdiyi mücadilə üçün unudulmazdır. İzi qalargı və yolu gedərli olsun.
Çəngiz bəyin ölümü Azərbaycanı və özəl olaraq möhətəşəm Təbrizi sarsıtdı. Bunun anlamını hər kəsdən artıq ana şəhərimiz Təbrizdə fəaliyyət edən milli fəallarımız duya bilərlər! Onun bir çox milli mədəni işlərdə önəmli rolu var idi. Çətin və ağır zamanların insanı idi. Yalnız düşmən qarşısında qolaycasına sınmayanlar çətin aşamaları aşa bilirlər. O belə bir insan idi. Bu sifət isə insanın inamından doğar. Onun Azərbaycan haqlarının tələbi yolunda inamı Səhənd kimi uca idi. Dəfələrlə tutuqlanıb həbsə alındı da, işkəncələrə, basqılara məruz qaldı da ama yolundan dönmədi. Azərbaycana sevəgisi tükənməz idi. Bu sevəgi və inam onu cəsarətli, dönməz və sınmaz edirdi. Dönə dönə millət yolunda göstərdiyi cəsarətə çoxumuz şahid olduq. Onu ulu Babək-in möhtəşəm qurultaylarında görməliydin. Onu Babək qalasının yolunu kəsn hərbi qüvvələrlə mücadilə verdiyində görməliydin. Milli insanlarımızın dəfn mərasımındə cəsarətlə milli şuarlarımızı səsləndirib və susqunluğu sındıranda görməliydin!
Cəsarəti ilə yanaşı günün siyasi olaylarına baxışı çox iti idi. O, dünya və bölgənin siyasi olaylarını dəqiqliyi ilə seyr edər və bu arada bəzilərinin tənqid və etirazına rəğmən Azərbaycan qurtuluşunu İrançı fikir və planlarda deyil, yalnız Azərbaycançılıq və Türkçülükdə görürdü. Bəli o sözdə, fikirdə və işdə cəsarətli birisiydi.
Çəngiz Bəxtavər və ona tay onlarca milli insanımız tariximizdirlər. onlar millətimizin siyasi yaddaşına salınmalıdırlar. Bu arada rəhəmətlik Çəngiz bəyin yaşayış və mübarizəsinin daha artıq tanıtdırılmasında onun yaxın fikirdaşlarının üzərinə çox böyük və önəmli məsuliyyət düşməkdədir.
Azerbaycan Kültür Merkezi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder