Dr. Sədiqə Ədaləti
Toplumun yarısını təşkil edən qadınlar atabeylik quralları əsasında tarix boyu ikinci dərəcəli insanlar kimin ağır şərayitdə yaşamışlar. Müasir dövrdə isə ırqçı ve anti Türk rejimlərin kölgəsində Iranda yaşayan Türk qadını neçə qat əlavə zülm ve təbizə məruz qalmış ve öz milli kimliğindən uzaqlaşmış durumdadır, ancaq milli demokratik hərəkətin güclənməsi qadınların eşit ve bərabər yaşayacağına büyük ümid yaratmışdır. Musahibələrimizin 7 inci bölümündə tanınmış sosyolog ve Azərbaycan federal demokrat hərəkatının icraiyə heyətinin üzvi sayın doktor Sedige Adalati ilə Iranda Türk qadınının durumu və Azərbaycanda qadın hərəkəti qonusunu çeşidli boyutlardan ələ aldıq. Sayın doktor Adalati çox dəyərli və akademik təsbitlər ilə milli hərəkətdə qadınların daha artıq rol alması için önəmli adımların atılmasını vurqulayıbdır…
1 - keçmişə baxanda, Iranda fars nasiyonalismi bizi yıxmağa tarixi qullanmışdır , Azərbaycan hərəkəti isə onun cavabında tarixə sığındı və özünü isbat etmək için modern dünya və huquq normların yerinə keçmişə dayandı və bir cür tarixçilik hərəkətə hakim olub bu tarix hökmranlığı bəzən hərəkəti yaramaz noqtələrə götürüb və hətta onu bu günün sorunlarına düşünmkdən uzaq saxlayıb, sizcə bu tarix söyəlmi nə qədər yararlıdır yoxsa onu bir tərəfə buraxmaq zəmanı gəlib mi ?
ilk şəkillənmə mərhələlərində bütün siyasi - ictmai hərəkətlər insanları bir araya gətirmk , ortaq bir məsirdə hərəkət etmək və hərəkəti düzgün bir şəkilə salmaq için fərqli hədəfləri vəsilə olaraq istifadə edərlər. Azərbaycan milli dəmokratik hərəkətinin ilk şəkillənmə aşamasında da xəlqimizin tarixə sığınması bir tərəfdən farsların ortaya atdığı tezi çürütməkdə və obiri tərəfdən də xəlqimizi ortaq bir hədəf için bir araya gətirmkdə önəmli idi . əlbəttə bu da hərəkətin ilk mərhlələrində gərəkli idi və yaxcı sonucları da oldu . Bir tərəfdən bu məsələ bais oldu ki xəlqimiz öz tarixini öyrənmk için fərqli dillərdə qaynaqlara baş vürdü , araşdırmalara yönəldi və bu qonuda da önəmli araşdırmalar ortaya çıxdı . O biri tərəfdən də tarixə sığınmaq bir vəsilə kimin xəlqimizin bir araya gəlməsində , birləşməsində və bu vəsilə ilə cəmii hüviyyətin şəkillənməsi və güclənmə sində önəmli rol oynadı . Bunun ən canlı örneği üçün 1385 ilinin xurdad qiyamını qeyd edəbilirik, millətimiz bilincli bir şəkildə haray haray mən Türkəm şuari ilə öz varlığını və milli kimliğini mənimsədiğini isbat etdi.
Indi Azərbaycan milli dəmokratik hərəkəti bu mərhələni keçirdib , xəlqimiz nə istədiği ni tam anlamıyla bilir . Milli kimlik yerində oturmuş. Indi çağımıza və modern huquq normlara uymaq için bizi hədəfə yetirən , yolumuzu aydınlatan gəlişmiş teorilərlə , insan həqlərinə uyqun meyarlarla , təmamən dəmokratik və modern istəklərə dayanaraq ilərləməlidir .
2 - Azərbaycanda bir qadın hərəkəti var mı? indiki durumu nədir və iranın gənəlində olan qadın hərəkəti ilə nə fərqləri var ?
Azərbaycanda Iranın hər yerində olduğu kimin qadın hərəkəti vardır. ən canlı örnəkləri ni də 8 mart dünya qadınlar günündəki qadınlarımızın fərqli təşəbbüslərində görəbilirik və eyni şəkildə vurqulamalıyım ki bir milyon imza kampaniyasının öndə gedənləri və bu kampanıyanı qabağa aparanların bir çoxu Azərbaycanlı xanımlardır .
Ama bu da bir gərçəkdir ki hakim rəjim , ideoloji və toplum tərəfindən uyqulanan məhdudiyyətlər Azərbaycanda qadın hərəkətlərinin tam ortaya çıxmasına və öz var olan potansiyeli ilə ilərləməsinə manee olur. Toplumun ev və mədrəsə təlim tərbit sisteminə hakim olan geri qalmış düşüncələr ki siyasi, ictimai və umumi şəkildə ciddi məsələləri kişi işi olaraq dəyərləndirir , qadınların ictimai və siyasi faaliyətlərini büyük olçüdə etkilir. Belənci geri qalmış düşüncələr hakim ideoloji tərəfindən də özəlliklə gücləndirilir. əlbəttə bugün Azərbaycan qadınları bu zehniyətlə savaşmakdalar. Unutmayaq ki onların verdiği savaş iki sahədə gedir, birincisi toplumun bütün sahələrinə kök salmış bu geri qalmış zehniyətlə savaşmaq , ikincisi yaşadıqları toplumda dəmokratik və milli həqləri qazanmaq için savaşmaq . ən acı gərçk də büdür ki əməldə görünüb ki milli məsəleylə məşqul olan beylər tərəfindən də qadınlarımızın faaliyəti basdırılıb və hətta geri qalmış düşüncələrin təsirində qalaraq onların faaliyətləri büyük ölçüdə önlənilib .
Unutmamalıyık ki toplumun yarısını qadınlar təşkil verir və bu qadınlar toplumun obiri ikinci yarısını da yetişdirən və onlara yol göstərən rola sahiblər, yəәni əgər Azərbaycan milli dəmokratik hərəkətinin gərçək və qalıcı bir başarıya yetişməsini istərsək qadınlarımızın bu hərəkətə qatılımlarındakı əngəlləri ortadan qaldırmalıyık . Modern , dəmokratik və mədəni bir topluma sahib olmaqın ən təməl şərtlərindən biri qadınların hər sahədəki aktiv qatılımıdır, ancaq qadınların hər yönlü qatılımıyla milli dəmokratik istəklərimizə ulaşabilirik .
Sorunun ikinci bölümünə gəlincə, Azərbaycandakı və Iran gənəlindəki qadın hərəkətləri nin fərqlilikləri bir çox amilə dayanır .
Burada muqayisəli bir soru sorurkən amacımız Təhran və Azərbaycan şəhərlərini muqayisə etmək isə bunu göz önündə tutmalıyık ki Təhran bir metropolitəndir və əlbəttə ki metropolitənlərin özlərinə görə özəllikləri vardır ki məsal olaraq bu şəhirlər daha çox cəmiyətə sahib olduqlarından, və şəhirləşmə mekanizmasının daha yerləşmiş olduğundan orada qabağa aparılan mubarizələrin daha çox organizə olma imkanları vardır. Qeyr-dövləti quruluşların daha rahat hərəkət etmələri, kontrol mekanizması daha zəyif olduğu üçün itiraz hərəkətlərinin şəkillənməsi daha çox mümkündür. Küçük şəhirlərdə bunların hamısı daha məhdud bir çərçivədə gedir. Eyni şəkildə məzhəb və ənənələrin də rolu küçük şəhirlərdə daha güclüdür ki bilirik bu ikisi hər zaman qadın hərəkatini olumsuz şəkildə etkiləmişdir .
Buna görə qadın hərəkəti Təhranda daha aydın və güclü bir şəkildə dəvam edir . Bunu da vurqulamaq istirəm ki Təhranda qadın hərəkətinə qatılanların içində Azərbaycanlıların sayısı farslardan çox olmasa az da deyil. Bununla bərabr hiç kimsə də iddia edəməz ki məsəla Təbrizdə qadınların sayısı öz eşit siyasi və ictimai həqlərini ələ gətirmk için verdikləri mubarizədə başqa büyük şəhərlərdən məsal olaraq Məşhəd və İsfihandan daha azdır . Halbuki Azərbaycanda və özəlliklə Təbrizdə ictimai və siyasi hərəkətlərin bastırılması və bunlara uyqulanan fişar çox yuxarıdır . Azərbaycan qadınlarının 1385 ilindəki Azərbaycan qiyamındakı qatılımı bunun ən gözəl örnəkidir .
3 - Seçim sonrası itirazlarda Tehranda qadınların öndə olduqları və güclü huzurları isbat oldu bunun nədənləri nədir ?
Gənəlliklə ölkədə bütün siyasi ictimai hərəkətlərdə qadınlar hər zəman öz qatılımlarını göstərmişlər . Iran toplumunda özəlliklə cumhuri islaminin quruluşundan bu yana qadınlar ən çox şiddətə məruz qalanlardanlar. Gənəl olaraq cinsi apartayd və qadınların təhqir edilməsi Iran İslam cumhuriyətinin dünya görüşünün təmlidir və bu əsasda İran islam cumhuriyətinin anayasası açıqcasına cinsi apartayda rəsmiyət və qanuniyət verib dir . Toplumun bütün sahələrində qadınlar ikinci dərcəli vətəndaş hesab olurlar. Özəlliklə islam cumhuriyətinin mədəni və qəzayi qanunlarında qadınlar büyük ölçüdə həqsizliklərə və eşitsizliklərə məruz qalmışlar. Buna görə ölkədə qadınlar hər fürsətdə hakim rəjimə və bu cinsi apartayda qarşı öz itirazlarını bildirmk için hərəkətlərə qatılmışlar. Özəlliklə seçim sonrası hərəkətdə qadınların qatılımları həm daxildə və həm xaricdə büyük bir etki yaratmış və ölkənin imajını büyük bir çapda deyişdirmişdir. Eyni zəmanda bu cinsi apartayda və toplumdakı qadın əleyhinə olan qanunlara qarşı ölkədə ilərləməkdə olan bir milyon imza kampaniyasının da qadınların bu hərəkətdəki gəniş qatılımlarında büyük rolu vardır. Bu kampaniyanın sayəsində hər sınıfdakı qadınlar mədəni və qəzayi qanunlarındakı həqsizlikləri və eşitsizlikləri öyrənib və aktiv bir şəkildə bu təbizləri aradan qaldırmaya çalışırlar. Başqa şəkildə özümü ifadə edərsəm bir milyon imza kampaniyası qadınları bilincli bir şəkildə hərəkətə gətirdi. Bu kampaniya səbəb oldu ki qadın məseləsi ki bir çox yerdə tabu şəklində idi açıq və aydın bir şəkildə qonuşulsun və dartışılsın. Bir milyon imza kampaniyası bir çox bağlı qapını açıb, ıçəri girib və qadın məseləsini bir sır olmaqdan çıxardıb toplumun hər bir yerinə sərgilədi .
Son hərəkətdəki qadınların qatılımından büyük mutluluq və fəxr duyduğumu bəlirtməklə bərabr bunu da söyləməliyim ki burada qadınlar öz qadın istəkləri və qadın hüviyyətləri ilə yox bəlki gənəl itirazi istəklərlə və cəmii hüviyyət ilə hərəkətə qatılmışlar ki məncə diqqətləri bu məsələyə və eksiklikə çəkməmiz gərəkir .
4 - Nedən Azərbaycanda və milli hərəkətdə qadınların onəmlı yeri yox və bizim hərəkət çoxlu kişilərdən oluşur ?
Teessüflə milli hərəkət bir çox ölkədəki milli hərəkətlər də olduğu kimin bizdə də daha ağırlıqlı bir kişi hərəkəti kimin gedir. əlbəttə bizim xanımlarımızın da bu hərəkətdə qatılımları görünür əma bu olması gərəkən bir şəkildə və tam potansiyeli ilə deyil . Bunun büyük bir nədəni toplumda yerləşmiş olan patrialkal düşüncələrdir ki hakim güc və ideoloji də uyquladığı apartayd siyasəti ilə bu düşüncələri daha da gücləndirir. Bu düşüncələrə görə ki əsirlərdir bu topluma hakim olub və bu toplumun bütün düşüncələri ni məsmum edir qadınların umumi şəkildə siyasətlə və ciddi məsələlərlə məşqül olmaları rədd edilir. Təəssüflə bu topluma hakim geri qalmış düşüncələrin milli hərəkətdəki etki sini də görürük. Və bu özəlliklə də xanımların milli məsələyə qatılımlarını büyük ölçüdə azaldır. O bir tərəfdən də qadınların yaşadıqları acı təcrübələrdən aldıqları dərslər ki , öncəki hərəkətlərdə hədəfə yetişmək için bir vəsilə olaraq qullanılmışlar və hiç bir zaman onların qadın istək və həqlərinə önəm verilməmişdir, bu məsələ qadınlarımızın bu hərəkətə büyük çapda dəstək vermələrini önlür. Yəәni əgər məsələyə dərin bir şəkildə baxsaq görürük ki qadın məsələsi hələ bizim toplumumuzda yerini almamış və qadınların milli hərəkətdəki qatılımlarından bəhs olunca onların sadəcə sayı olaraq bu hərəkətdə var olmaları və görünmələri bəklənilir. Yəәni bu məsələnin anlamı və önəmi daha toplum tərəfindən anlaşılmamış . Buna görə belə düşünürm ki biz hər şeydən öncə bu məsələni tam anlamıyla aydınlatmamız və bu qonuda çox araşdırmalara və dartışmaalara yer verməmiz gərəkir . Başqa bir məsələdə budur ki güney Azərbaycanda qadınlarımız daha öz təşkilatlarını quramamışlar, ki buda toplumun uyquladığı o qısıtlamaların və bu məsələ nin önəminin daha tam aydınlanmamasının nəticəsidir. Qadın faaliyətlərindəki ən gəlişmiş hərəkət budur ki qadınlarımız ilk öncə öz müstəqil təşkilatlarını qursunlar və sonra da başqa təşkilatlarla ilgilərini qurub, onlarla rabitədə çalışsınlar və onlara dəstək versinlər . Bunu unutmamalıyık ki qadınların milli hərəkətdə hər yönlü və hər sahədəki qatılımları olmazsa Azərbaycan milli dəmokratik hərəkəti təmamən kişi hakim bir hərəkət olub, dəmokratik bir hərəkət olma özəlliğinə sahib olmayacaq. Bunu təkidən söyləmək istirm ki qadınlar ancaq Azərbaycan milli hərəkətində özlərinin, istəklərinin və həqlərinin mudafiə olduğunu gördüklərində bu hərəkətə tam potansiyel ilə qatılabilirlər .
5 -Bilirsiz ki bizi asimilə etmək için dilimizi deyişmk ən onəmli taktik və estratejidir - asimiləyə məruz qalan bölgələrimizdə mutaleə etsək xanımların və qızların bu asimilasiyon qarşısında qat - qat çox asimilə olduqları çox açıq görülür. Bunun nədənləri sizcə nədir?
Bu gərçəği göz önündə tutmalıyık ki ölkənin gənəlində qadınlar ikinci dərəcəli vətəndaş hesaba gəlirlər və Iranda qeyr- fars millətlər farslara görə daha aşağı bir estatüsə sahiblər . Buna baxınca Iran toplumunun hierarşik sistemində fars kişilər birinci dərcəli , fars qadınlar ikinci dərcəli , qeyr-fars kişilər üçüncü dərəcəli və qeyr-fars qadınlar dördüncü dərcə vətəndaş hesaba gəlirlər . Buda bu deməkdir ki doğuşdan etebarən cinsiyətinə görə ikinci dərəcəli vətəndaş estatusunuda olan qadınlarımız öz milli hüviyyətlərini qəbul etdiklərində dördüncü dərəcə vətəndaş estatüsünə düşəcəklərinə inanıb, öz cinsi kimliklərini inkar edəmədiklərindən milli hüviyyətlərini inkar etməklə daha aşağı bir estatüsə düşməyi önləməyə çalışırlar .
Bir tərəfdən də pəhləvi rəjimi gəlişdirdiği asimilasiyon siyasətini rəvani baxımdan başarılı qılmaq və türkləri özlərinə yabancı etmək və öz güvənlərini və bu vəsilə ilə də milli hüviyyətlərini yox etdirmək için gəniş zidd türk propagandalara baş vürdü . Bunlardan ən önəmlisi Türklərin imajlarını toplumun bütün sahələrində xərablamaqdı . Bunu ən gəniş şəkildə inikas verən və təbliğ edən də fars mediyasıdır ki Türkləri çox əşağı yerlərdə və rollarda göstərir. Özəlliklə mediyada Türk qadını yazıx , bilincsiz , savadsız , göstərilir və əlbəttə ki bu Türklərin əleyhinə olan rəvani terorun əsəri toplumda çox dərin olmuşdur. Bizim qadınlarımız öz milli kimliklərini inkar edərək öz estatüslərini qorumaq və bu qaralamalardan uzaxlaşmaq isteyirlər. Bir geri qalmış düşüncə də bizim qadınlarımızın içində olabilir ki farslaşma, modernləşmə anlamında düşünülür əlbəttə bu özüdə fars medyasının etkisinin sonucudur. Çox hallarda farslardan mənzur başkənd Tehran nəzərdə tutulur. Tehranda qadınların nisbi azadlığı və ictimai rabitələrin başqa şəhrlərlə fərqli olması ve çeşitli N.G.O və cəmiyətlərin var olması o şəhrin fars olub olmamasi ilə hiç əlaqəsi yoxdur. Tehranda farslarla bərabər Iranda yaşayan başqa millətlərdən və özəlliklə aşağı yuxarı 3-4 milyon Türk yaşayır. Şiraz, İsfahan, Yəzd ve Kerman üst-üstə fars şəhrləridir. Bu şəhrlərin hiç birini mutlaqa Tehranla muqayisə etmək olmaz, belə bir düşüncələr istər istəməz qadınlarımızın daha gəniş şəkildə asimilə olmalarına səbəb olmuşdur.
6-Qadınlar ilə başqa qonu onların sağlıq, təhsil və...durumudur.Iranda Türk qadınların arasında bu yaşam standardları nə seviyededir?
Bu soruya dəqiq cevab vermək için türk və qeyr türk bölgələrindəki estatistiklərə baxmaq lazımdır . Estatistiklərə görə gənəl olaraq Azerbaycanda savadlıların sayısı başqa bölgələrlə muqayisədə ölkədə 20 nci məqamdadır. Buradan yola çıxıb və düşünəbilirik ki qadınların arasında da təhsillilərin sayısı fars bölgələrinə nəzərən daha azdır. Gənəl olaraq qadınların təhsili ve sağlıq durumu nəçə amilden asılıdır ki ilk başda yaşadıqları bölgənin ve ailələrinin iqtisadi vəziyəti gəlir. Ayərbaycanda iqtisadi yatırımların və dövlətin bu bölgəyə vərdiği iqtisadi dəstəkin gitdikcə azalması bölgənin və orada yaşayanların iqtisadi durumunu olduqca olumsuz şəkildə etkilir. Bunun müstəqim etkisini o bölgədə yaşayanların umumi şəkildə və özəlliklə də qadınların sağlıq və təhsil durumunda görəbilirik.Ayrıca Azərbaycanda qadınların təhsil dərəcəsinin az olması bundandır ki türk bölgələrində təhsil anadilində olmadığı için savadlıların sayısı fars bölgələrindən daha azdır, çünkü bu bölgədə insanlar təhsil dilini anlayamadıqları için mədrəsənin ilk günlərində tərk təhsil edirler. Təhsilə idamə vərənlərin bir çoxu da eyni illətdən yüksək dərərəcədə başarıya nail olmurlar. Bunlar zəncir kimin birbirinə bağlılar təhsili olmayan ve ya aşagı təhsili olanların daha yaxcı bir işə sahib olub yaxcı bir ekonomik durumda olmaları bəklənəməz və bu onların yaşayışını bir bütün olaraq etkilir ki sağlıq durumu da bunun bir parçasıdır. Demək olar ki Azərbaycanda savadsızlıgın yuxarı olması və sağlıq durumunun yaxcı olmamsı bu xəlqin dövlet tərəfindən məruz qaldığı eşitsiz muamilədəndir.
7-Beyinlərdə yerləşmiş bir zehniyət türklərin daha artıq qadınlara qarşı olduqlarını və ya qadın haqlarının pozulmasını iddia edir bu zehniyet ne qeder doğrudur?
Buda toplumda hakim olan türklərin əleyhinə olan propagandalardan biridir ki təəsüflə Iran toplumunda büyük etki bıraxmışdır . Bu fərziyəni çürütən bir çox sənəd var ama isbat edən hiç bir gərəkçə yoxdur, varsa sunulsun biz də öyrənək . yuxarıda da bəhs etdiğim kimin qadın durumu və qadınlar həqqindəki zehniyət bir çox amildən etkilənir ki millətlərin yaşadıqları coğrafı özəllikləri , yaşadıqları bölgələrin ekonomik durumu və gəlir qaynaqları bunlardan ikisidir .
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder