6 Mart 2009 Cuma

Festivalimiz ve Tebriz Gecemiz Dünya Azerbaycanlılar Kongresinin internet sitesinde

http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=1220&Itemid=1

Türkiyədə "Təbriz gecəsi" keçiriləcək


Müəllif: DAK
Friday, 06 March 2009
Hər il qardaş Türkiyənin İzmir şəhərində Novruz Bayramı münasibətilə Azərbaycan Kültür Mərkəzinin və digər diaspor təşkilatlarının təşəbbüsüylə böyük festivallar təşkil edilir. Bu il də İzmirdə 3 gün müddətində davam edəcək bayram proqramı düzənlənəcək. Belə tədbirlərin təşkili və həyata keçirilməsi Türk Dünyası və Azərbaycan türklərinin mədəniyyətinin tanıdılması istiqamətindən böyük əhəmiyyət daşıyır. İzmirdə fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin rəhbəri Cemal Mehmetxanoğlu deyir ki, builki festival da Güney Azərbaycana həsr olunub.
Hətta festivalın son gecəsi "Təbriz gecəsi" adlandırılıb. Bundan əlavə, "Muğam gecəsi" və "Azərbaycan şeir gecəsi" adlı iki tədbirimiz də var: "Biz keçən il I Azərbaycan Novruz Festivali adlı 7 günlül tədbir keçirtdik. Ötənilki "Muğam gecəsi"nə Azərbaycanın İstanbuldakı baş konsolu Səyyad Aran da qatılmışdı. Bu il martın 16-da keçirəcəyimiz "Muğam gecəsi"nə Azərbaycanın muğam ustalarından Mütəllim Dəmirov və yoldaşları qatılacaqlar. Builki şeir gecəsini isə Məhəmmədhüseyn Şəhriyar adına keçirmək, onu daha yaxından tanımaq ve tanıtmağı istəyirdik. Ancaq fevralın 13-də Türk Dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin vəfat etməsi planlarımızı dəyişdirdi. Ona görə də tədbiri Bəxtiyar Vahabzadənin anma mərasimi kimi təşkil edəcəyik. Bu tədbir isə martın 19-da keçiriləcək. Bu tədbirimizə Türkiyədə yaşayan Ataol Bayramoğlu, Töğrul Kəskin və Mahmud Ayazı dəvət etdik. Eyni zamanda mərasimə İzmirdə yaşayan türkiyəli şairlərin də qatılmasını gözləyirik. Üçüncü tədbirimiz isə "Təbriz gecəsi"dir. Bu mərasimdə Güney Azərbaycanı və Təbrizi tanıdan film nümayiş etdirəcəyik". Onun sözlərinə görə, İzmirlə Bakı şəhərləri 1980-ci illərdə qardaş şəhər elan olunub. Təbrizlə Bakı da doğma qardaşdır. ""Qardaşımın qardaşı mənim də qardaşımdır" ideyasından çıxış edərək və İzmirdə 2 mindən çox güneyli soydaşımızın ali təhsil aldığını nəzərə alaraq Təbrizlə İzmirin qardaş şəhər çevrilməsi üçün təbliğat aparacağıq. "Təbriz gecəsi", ümumiyyətlə, festivalımız vasitəsilə Təbriz-İzmir qardaşlığı ideyamızı ictimaiyyətə çatdırmağa çalışacağıq. İnanıram ki, tezliklə buna nail olacağıq. Çünki bu gün İzmirdə ən azı 20 min Azərbaycan türkü yaşayır. Bu rəqəmin 40-50 min arasında olduğunu söyləyənlər də var" / Turqut, Xalq Cəbhəsi

Hiç yorum yok: