Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi
- Hazırda İran İslam Respublikasında Güney Azərbaycan Televiziyasının kabusu yaşanmaqdadır. Bu günlərdə www.parcham.ir və "tabnak" saytları və "Azəri gənclərinin Türkiyə mühacirətinda artım” yazı dərc edilməsi diqqəti çəkməyə bilməz. Yazıda qeyd olunur ki, bir sıra pantürkist qruplar və peyk vasitəsi ilə yayımlanan kanalların təbliğatı nəticəsində Azəri gənclərinin təhsili güclənib. "O cümlədən Türkiyə universitetlərində təhsili üçün alınacaq pulda güzəştə gedir” bu prosesdə GÜNAZ.TV nin təsiri isə xüsusi vurğulanır. Görünən odur ki, İran dövləti artıq Azərbaycan türk gəncliyinin ayıq olması bərk narahat etməyə başlayıb. Saytlar İran dövlətindən bunun qarşını alınmasını istəyirlər.
- Heç kimə sirr deyil ki, bu gün Güney Azərbaycan Milli Hərakatının önündə gənclik gəlir və onlar şüurlu olaraq öz milli haqqlarını, hüquqlarını tələb edirlər və təqiblərdən qorxmayaraq sistemin üzərinə gedirlər. Buna görədə İran mediası Azərbaycan türk gəncliyini sıradan çıxartmaq üçün müxtəlif vasitələrdən istifadə edir. İran dövləti uzun illərdir ki, yürütdüyü radikal dini təbliğatının heç bir təsir imkanlarına malik olmadığını görür və son illər baş verən hadisələrdə sistemin çürüklüyünü ortaya çıxardır. - Həm daxildə demokartik dəyişiklər uğrunda gedən proses və bununla yanaşı Milli Hərakatın baş qaldırması İranda ciddi təşviş yaratmaqdadır. Məhz buna görədə bu məsələdə Milli Hərakatın stimullaşmasında Günaz.TV- ni əsas səbəb kimi görürlər. Ancaq İran mediasının nə deməsindən asılı olmayaraq
- Milli Hərakat İranda gündən günə yüksəlməkdədir. Hərakat dinamik formada inkişaf edir. Rejim hərakatın qarşını inzibatı-amirlik sistemi və qorxu psixologiyası almaq strategiyası effekt vermir. - Hər şeydən öncə onu bildirik ki, İran mediasının türk gəncliyini Azəri adlandırması fars ideologiyasının tarixi iftirasıdır. İranda Türk gəncliyinin milli şüurunda çaşqınlıq yaratmaq üçün yalançı Azəriçilik konsepsiyanı ortaya atıblar. Ancaq bu xətti heç bir zaman ayaq tutub yerimədi və yeriyədə bilməz. İranda yaşayan Azərbaycan türkləri özlərini məğrurla TÜRK adlandırırlar. Bəli, Azərbaycan türk gəncliyi savadını və intellektual dünyagörüşünü artırmaq üçün dünyanın müxtəlif universitetlərində, elm ocaqlarında təhsil alırlar. Çünki, İranda türk gəncliyi öz dillərində təhsil almadıqlarına və təqiblərə məruz qaldıqlarına görə məcburiyyət qarşısında qalıb başqa ölkələrə üz tuturlar. İran rejimi müxtəlif yollarla bunun qarşını almaq istəyir. Ona görə İran mediasının qəzəbinin əsas nüvəsində bu faktor dayanır. Nə üçün gənclik başqa ölkələrə üz tutur və İranın təhsil sisteminə maraq göstərmir. Yuxarıda deyilən amillər və üstəlik İranın təhsilində fars ideologiyasının hakim olması, türk gəncliyinin maraq dairəsindən uzaqlaşdırır.
- Günaz. TV Güney Azərbaycan Milli Hərakatında tarixi missiyanı həyata keçirdiyinə görə İran teokratik rejimi bərk narahatdır. Bu gün Dünya xalqlarının mübariz sistemində medianın, internet portallarının böyük rol oynadığı bir faktdır və bunun üçün də despotik rejimlər bu üsulların qarşısını almaq üçün müxtəlif metodların istifadə edirlər.
- Günaz. TV-nin yaranması və güclü şəkildə fəaliyyət göstərməsi İran rejiminə xidmət edən media orqanlarını təşvişə salıb. Güneydə gedəb həbslər, təqiblərin baş verməsini ilk olaraq Günaz.TV nın ekranlarında işıqlandırılması, dünya içtimaiyyətinə çıxmasında səbəb olur və İran rejiminin mahiyyətini ortaya çıxardır.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder