Bu gün milli sərdar Səttarxanın ölümündən 95 il ötür.
http://www.d-a-k.org/ –a daxil olan məlumata görə, fars şovinist rejimi Azərbaycan türklərinə onun uyuduğu Şah Əbdüləzim məzarlığında anma mərasimi keçirməyə maneçilik törədir. Hətta hökumət soydaşlarımızın icazəli törən düzənləmək istəyini belə rədd edib. “Ettelaat” tədbirlərin qarşısını almaq üçün müxtəlif metodlara əl atır. Belə ki, milli fəallar mərasimə qatılmasınlar deyə ayrı-ayrılıqda hədələnir. Bununla yanaşı, “Ettelaat” SMS-lərlə soydaşlarımıza tədbirlərə qatılmamağa çağırıb. Əks təqdirdə onların ciddi şəkildə cəzalandırılacağını bildirib.
Hiç yorum yok:
Yorum Gönder