28 Kasım 2009 Cumartesi

Yaşasın Qırmızı Azərbaycan, Yaşasın Traxtur

Bu günlərdə heç şübhəsiz Azərbaycanın ən başarılı kütləvi internet sitəsi www.tractorfans.com –dır. Bu haqda şübhəsi olan soydaşların sitəyə baş çəkməkləri rica olunur. Bu, sitənin işi futbol reklamıdır. Dili, hələlik farsca olsa da, içində get-gedə artan tempolu türkcənin əski və latin alfabetli yazılarını da görmək mümkündür. Gündəlik statistiklərə görə, hər gün bu sitədən 10,000-lərcə vətəndaş görüş edir və anlayn (online) olaraq 100-lərcə çatlaşır. Bütün Qırmızıya boyanmış bu sitənin sağ əlində bir çox zaman bu sloğan flaş olaraq gözə çarpır “Azərbaycan Dərd içində boğulmuş!” Azərbaycan ədəbiyyatıyla tanış olan hərkəs bu sözün, sürgün şairimiz Almaz İldırıma aid olduğunu bilər. Sitə yalnız idmanla uğraşdığına görə, siyasətlə işi yoxdur. Sadə sözlə desək bu sitəni yönəldənlərin heç biri siyasal oyunçuluq sərgisilə uğraşmayırlar. Onların təkcə amacı Azərbaycan varlığının insan toplumundaki ulusal yerini yüksəltməkdir. Bu sitənin həm də, yönləndirici rolu vardır. Belə ki, Traxtur (Tractor) Futbol Taxımının fanatiklərinin verdiyi şüarları doğru yöntəmə yönətmək, onların geyimlərini taxım halinə gətirmək və birgələşmiş ulusal davranış axlağının kimliyini ulusumuza qazandırmaqdır. Bu doğru tutumun ən aydın görüntüsünü futbol alenalarında görürük. İstər Təbriz, istər başqa şəhərlərdə Qırmızı Geyimli futbol fanatlarının “Yaşasın Azərbaycan” yazılı bayraqlarının bir ilk olaraq görüntüsü bu iddianın ən danılmaz tanığıdır. Demək Traxtur fanatlarının ortaya qoyduğu bir milli simgə hər gün geçdikcə aydınlıq qazanır. Bu simgənin siyasal çarpışması yoxdur. Bu simgə Azərbaycanın milli örgütləri tərəfindən ortaya qoyulmadığına görə, mənimsəmə davasını aradan qaldırılır və ona ulusal mənimsəmə biçimi yaradır. Bu simgə bir yandan isə, bu qurumların milli ölçülərini ortaya qoyan bir sınaq aparatı kimi əməl edir. Belə ki, hansı qurum millətin seçənəyinə baş əyir və hansı qurum kütlənin seçənəyinə xor baxır gərçəyi də az bir zamanda özünü göstərir. Bu simgənin yalnız və yalnız kütləmizə aid olduğunu kimsə dana bilməz. Dananlar çox tez bir anda milli geyimini əyinlərindən çıxarmağa məhküm olmalıdırlar. Ayrıca, bu, Azərbaycan Kütləsinin onun üzərində iddialı olan milli örgütlərə verdiyi qaçırılmaz bir əmirdir. Bu simgə özünü sevməyə başlayan, kimliyini akademiksəl deyil, kütlə bilincsəlliyində axtarmış olan sadə, inanclı, könüllü, heç bir siyasal gücə mal olmayan, düşmən cəbhəsini yaran dözümlü bir xalqın iradəsindən doğan bayraqdır. Katalan (Catalonia) İspanianın güzey doğusunu oluşduran bənzər örnəkdir. Bu bölgə tarix boyu İspanların dominantlığında yaşayan 8 milyonluq bir toplumdur. Zaman-zaman özgürlük və bağımsızlıq dirənişində olan, özümlü Katalan milləti gütləvi sürgünlərə də məruz qalmışdır. Bu üzdən Avrupada yerləşməsinə rəğmən toplumun ən azından 10%-i Fransa, Argentin, Kuba, Mekzik, Amerika, Almania, İtalia vb. ölkələrə səpələnmişdir. Baselona (Bacelona) İspaniya klonosunda olan bu bölgənin mərkəzidir. Barselonanın Futbol takımı 1890-uncu illərdə təməl atmış bir idman klubudur. Bu klubun ilk başdan qırmızılı-sarılı bayrağı olmuşdur. Lakin Katalanın avtonomi bölgə olmasından üzübəri bir neçə bayrağı olmuşdur. Bu bölgə, İspaniyadan ayrılıb müstəqil bir ölkə olmaq yolunda demokratik yöntəm alsa da, mərkəz hakimiyyətin sərt qarşı durmasıyla üz-üzədir. Mərkəz dövlətin propakantalarını etgisiz etmək üçün katalan yerli hakimiyyətinin ən böyük və sarsılmaz dirəniş meydanı Baselona maçlarıdır. Maraqlı burasıdır ki, Katalan yerli hakimiyyəti, ən son titiz bir davranışla öz milli bayrağını ləğv edərək Barselonanın bayrağını bölgə simgəsi elan edir. Və beləliklə, yerli hakimiyyətlə, millət arasında olan ikili bayraq sorununa son verərək istiqlal uğrunda böyük və çox incə bir uğura əl tapır. Yəni, hər bir Katalan Barselona futbol takımının fanatı və hər bir futbol fanatı, öz yurdunun fanatıdır! Demək, Barselona takımının meydanlarda dalğalanan bayrağı bir ulusun gələcəyə açılan pəncərəsinin özgürlük odağına çevrilmişdir. Qırmizi və sarıdan oluşan bu bayrağın üzərində Demokrasia və Barselona sözləri yazılaraq bölgə kimliyini sərgiləyən bir ulusal simgə ortaya qoyulmuş və bir milli-siyasi sürəcin anatomusunu çox net bir şəkildə anlatmışdır.Azərbaycanın Traxturu ilə Katalanın Barselona futbol taxımlarını düşünərkən ortaq nöqtələrin nə qədər çox olduğun göz önünə taxılır. Böyük Nəsiminin “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam!” fəlsəfi ruhunu biraz yumuşadarkən qonumuzu özəlləşdirməyə çalışıram. Traxtur takımının fanatlik sıralarında, Ərəb kökənli teknik direktorunun dediyinə görə, 30,000,000 Türk dayanmaqdadır. Bu rəqəmin İldırım xızıyla artması və daha böyük rəqəmlərə olaşması gün kimi aydındır. Bu, o deməkdir ki, bu takım millət ruhuna varmışdır. Bir çox hallarda gecə çörəyinə möhtac olan Təbrizli, Ərdəbilli, Urmulu vb. Qırmızı geyimli və Qırmızı bayraqlı gəncliyimizin minlər kilometrə vətəndən uzaqlarda (İsfəhan, Əhvaz ..) qucaqlaşmasının dərinliyinə getdikdə bu fəlsəfi anlamın da somut olan üzünü görmək mümkün olur. Barselona Katalanın birlik ruhudursa, nədən Traxtur Azərbaycanın birlik ruhuna çevrilməsin! Başqa bir gərçəyi dediklərimə əlavə edirəm: Tehranın Azadi Futbol Alenasında Azərbaycanın və Türkün yaşadığı bir çox bölgələrdən toplanan 30-minlik Türk vətəndaşın Bozqurd Salamlaşması dünyanın bir çox net sitələrində görüntülənir. Türkçülüyü içində barındıran bir millət oluşması bu dəfə futbol alenasında göstəriş yapır. Belədirsə, kim bu göstərinin Azərbaycan Milli Hərəkatından soyut (ayrı-mücərrəd) olmasını, Baybək Hərəkatının, Xurdad Ayaqlanmasının ardı olmadığını və yalnız bir futbol macərası olduğunu irəli sürə bilər? Bu, Ana Vətən, Azərbaycandan pöhrənmiş bir günəş işığıdır. Siyasilər, ya bu işığa bağlanar vəya dukan-bazarları bağlanar. Başqa yol yoxdur! Baybək Qurultaylarının qarşısını işğalçı ordusuyla kəsən farsçı rejiminə altirnativ olaraq milli-siyasi çalışqanların arzusunda “Artıq dağdan şəhərə üz tutmaq zamanıdır!” istəyi nəhəng bir əltapmaza çevrilmişdir. Xurdad Hərəkatı bu arzunun patlaması nöqtəsinə çevrilsə də, Milli Hərəkatın örgütlənmə zərfiyyətini də ortaya qoydu. Xurdad Hərəkatı rejim sarından vəhşicəsinə qarşılıqlıq gördü. Ona siyasal don geyindirən rejimin əlinə bahana düşdü. Ancaq, millətin ruhu heç də, Türk düşməninin ağılına qolayca sığmayan Traxtur Qırmızısından pöhrəndi. Rejim, Azərbaycanın Yaşıla burunməsini gözlərkən. Azərbaycan, rejimin hər iki qanadını xəyal qırıqlığına uğratdı. Azərbaycan Qırmizi seçdi! Bugün, Azərbaycanın ən sevdiyi boya qırmızıdır. Bu, özəl bir Qırmızıdır. Böyük hərflərlə yazılan bir QIRMIZIDIR. Bu Qırmızı bəzilərini sevindirməsin. Vətənin sevgisini qazanmış bu Qırmızı Vətənə aid olan Birlik, Çağdaşlıq və Dirilik simgəsidir. Eynilə 1200-il bundan öncə Ərəb İmperaturluğuna qarşı özgürlük dəlisi olan Qırmızı Baybəkilər kimi, bugünün də, türlü özgəliklərə sinəgərən “Azərbaycan Türk Millətinin” boyası Qırmızıdır. Ayrıca, bu seçim milli-siyasi örgütlərimizin içindəki bayraq dartışmasına da son qoyan bir gərəksimdir. Eynilə Katalanda olan siyasi yarışmaları öz içində yoğuran Barselona bayrağı kimi Traxtur bayrağı da, iddialı bayraqları millət birliyi xeyrinə ana bayraq dördgenində bir araya toplamaq gücünə sahibdir. Sözsüz ki, ana bayraq hükmündə qəbul olan Traxtur bayrağı, milli örgütlərimizin seçdikləri bayraqların aradan qaldırması anlamına gəlməməlidir. Hər örgüt öz bayrağıyla çıxış etmək haqqına malikdir. Ancaq, bunu da başa düşmək gərəkir ki, toplumu birliyə götürən bugünün futbol, yarının isə Ana Bayrağı bütün bayraqları öz ətrafında birləşdirməlidir. Bəzi Avrupa fasonlara görə, güya Güneydə milyonlar insanın sivimlisi olan Qırmızı boya, kommünizim simgəsidir. Bu soydaşlarımızın idialarına görə, qırmızı boya Azərbaycan Milli Hərəkatına aid olamaz! Bu dostlara demək gərəkir ki, gəlin, kiçik qapsamlı bataqlıqlarda boğulmayaq. Gəlin, öz malımızı özgələşdirməyək. Baybək babanızın Qırmızı geyimli və Qırmızı bayraqlı ordusunun Kommünizmilə nə işi ola bilərdi? Vəya 15-ci yüzillikdə İstanbulun M. Fatih sarından azad olmasıyla Qırmızı bayrağın dalğalanmasını necə kommünizmə bağlamaq mümkündür? Bu dostlara demək gərəkir ki, bəlli bir quruma fanatlıqdansa millətə fanatik olmaq lazimdir. Millətimizin seçiminin doğru olduğunun başqa yöntəmini, həm də Azərbaycan Milli Hərəkatının aydınlıq cizgisinin bilimyurdlardan kütlə dərinliyinə doğru yöntəm almasıdır. Sadə anlamla desək, üzərlərində “Yaşasın Azərbaycan”,“Yaşasın Traxtur” sloğanlarıla yan-yana düzülmuş Qırmızı Bayraqların anlamını aydınlıqla (Yaşasın Azərbaycanla), kütlənin (Yaşasın Traxturun) harmonik birgələşməsində görmək gərəkir. Bu da, o deməkdir ki, indiyənədək çeşidli örgütlərin sunduqları bayraqlar çatında birgələşə bilməyən Azərbaycan aydınıyla, Azərbaycan kütləsi Qırmızı Bayraq altında birləşməyə sarı yürüməkdədir. Sözsüz ki, Bu sürəc Azərbaycan milli Hərəkatı üçün bir dönüş nöqtəsidir. Çox maraqlıdır ki, bəzilərinə görə, Azərbaycanın Qırmızı seçimi mərkəzçi Yaşıl Hərəkatına qarşı ortaya atılmış bir siyasal davranışdır. Bu, olduqca boş və keyfiyyətsiz bir təsbitdir. Bu seçimin Yaşıllarla heç ilgisi yoxdur. Azərbaycan Milli Hərəkatının böyük amaclarıyla Yaşılların siyasal hədəflərini eyniləşdirmək kimlər vərindən olursa-olsun dərin cahilliyin aydın örnəyidir. Kimsə, farsların içində demokratiya savaşının ziddinə deyildir. Türk milləti bütün tarix boyu özünə özəl demokratiya yaşatan bir varlıq olmuş və özü də bu yöntəmin ən ağır qurbanısı olmuşdur. 100-illik tarixin şəhadətinə görə, İran adlanan dövlətin qurulmasında, qorunmasında və Türk dövlətçiliyini farslara ağa payı kimi hədiyə verməsində ən böyük suçlu türklər özləri olmuşdur. Bugün, babalarımızdan nəsilimizə pay qalan bu acının sonlanmasını istəyən bir böyük ayaqlanma ortadadır. Sözsüz ki, milli sorunu başqa sosial-siyasal ideolojilər dördgenində axtaranlar üçün ulusal ayaqlanmanın anlamı biraz idraksız ola bilər. Ancaq burada söz qonusu çox dərinlərdən getmir. Sadəcə bir millətin ölüm-dirim savaşı söz qonusudur. Bunu anlamağa nə var ki! Azərbaycan Türk Millətinın iradəsi şiəçi-farsçı rejimin iç davasından yana deyildir. Öz zülmə uğramış millətinin laik, çağdaş, müstəqil və özgürləşmiş milli inancını farsçı rejimin iç davasına sürükləməkdə dəridən-qabıqdan çıxanlara verilən mesaj olduqca aydın və tək anlamlıdır. Buna baxmayaraq bu soydaşlar, yenə də öz duyğusal və iran qəhrəmanlığı düşüncələrində əl üzmək istəməyirlər. Qırmızı geyimli millətimizi, Yaşıllar özgəliyinə rəd ol cəvabi verdiyinə görə, danlayan, təcrübəsiz, xəyalçı və pasiv adlandıran iran mərkəzli qardaşlarımızın bu inadları haçana qədər üzün sürsə də, yenə millətin qucağı açıqdır. Hər kəsin buna inanması gərəkir ki, millətimizin Qırmızı qucağı, şiəçi-farsçı irqçıların Yaşıl qucağından olduqca doğma, sıcaq və Özdür. Təki, birlik olsun. Mən diyən deyil, ulus diyən olsun.Yaşasın Qırmızı AzərbaycanYaşasın Qırmızı TraxturEldar Qaradağlı2009-11-11

Hiç yorum yok: