
V.Həşimov demişdir: “İlk növbədə, Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi. Biz bu gün hamıya sübut etdik ki, Azərbaycan komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilər. Gərgin mübarizə axıradək davam etdi. Biz bu nəticəyə layiqik, çünki inadkarlıq, qələbə əzmi və əlbəttə, yaxşı oyun nümayiş etdirdik. Bir şeyi dəqiq deyə bilərəm: bu, bizim üçün bir başlanğıcdır. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova xüsusi təşəkkürümü bildirmək istəyirəm”.
Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili də öz sevincini jurnalistlərlə bölüşmüşdür. O demişdir: “Komandamız Avropa çempionu olmuşdur. Əla hislərdir. Avropa çempionatında bu uğuru qazanmaq üçün əlimizdən gələni etdik. Avropanın ən güclü komandaları arasında qələbə qazanan Azərbaycan yığması qızıl mükafatın sahibi olmuşdur. Biz bir komanda kimi bir-birimizə inanırdıq. Bu da qəti qələbənin rəhni oldu. Nailiyyətlərimiz dövlətimizin bizə böyük diqqət və qayğısının bəhrəsidir”.
Şahmatçılar avtomobillər karvanının müşayiəti ilə hava limanından Heydər Əliyev Sarayının qarşısındakı parka yola düşmüşlər. Burada onlar müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına, gənclərin vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə həmişə böyük diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin abidəsinin qarşısına tər çiçəklər qoymuşlar.
Hiç yorum yok:
Yorum Gönder