-İrana modrenləşmə olqusunu Azərbaycanlılar gətirib ancaq Modrenləşmənin ilk qurbanı Azərbaycanlılar olub.
-İrana komunizm və sol düşüncəyi Azərbaycanlılar aparıb ancaq sol düşüncənin ilk qurbanlarından Azərbayacn-Türk kimliyi olubdur.
-Şiyə məzhəbi səfəvilerin məhsuldur. Ancaq Şiyə məzhəbinin qurbanı Azərbaycan olubdur.
-Demokrasi ənənəsini (gələnəğini) və modren düşüncə ənənəsini İrana biz aparmışıq ancak demokrasi və modrenitə sözləri altında Azərbaycan-Türk kimliyinin məhv edilməsi hədəflənib..
Doğru və məntiqli bir gözlə baxdığımızda rahatliqla diyə bilərik ki:-Modrenləşmə olqusu özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-solculuq özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-Şiyə məzhəbi özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-Liberal olmaq özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
Bəs problemin qaynağı nədir?. Problem bizim Azərbaycanlılığımızdadır. Tarix boyu heç bir zaman gərçək bir Azərbaycanlı olmamışıq. Hər zaman Azərbaycan-Türk kimliyini solculuğa, dinçiliyə, məzhəbçiliyə feda etmişik.
- Bizim şahlarimiz Fars mədəniyətinin qoruqçusu olublar. Enerjimiz Fars mədəniyəti yolunda hədər olubdur. Onlar tarix boyu böyüyüb və biz isə zəyifləmişik.
- Bizim solçular, solçuluğu Azerbaycan-Türk kimliyinə düşmənlikdə və onu inkar etməkdə görüblər..Sanki Solçuluğun mənasi Azərbaycan-Türk kimliyinə düşmanlıqdır.
- Bizim demokratlarımız demokrasini Azərbayacn-Türk kimliyini ört bastır eləməklə eş anlamlı görübler. Demokrasinin anlamı “ Erməni sənin torpaqlarnı işqal etsə də sən danışma” , “Kurt oz xəritəsində sənin torpaqlarina göz tikdiyini göstərsə də sən dinmə” olubdur. Xalqlar dostluğunun anlamı ana toprağını peşkeş çəkmekmi?. Demokrasi öz torpağından, milli kimliyindən, tarixindən və hər şeyindən qopmaqmı? Dünyada bu tip demokrasiyə örnək göstəriləbiləcək bir demokratik ölkə varmı?
Açıq şəkildə etiraf etməmiz lazımdir ki bizdə bir çox mətləb yanlış və xətalı öyrənilibdir. Bizim gücümüz bizə fayda verməyibdir. Bizim fikir fərqliliklərimiz ( bizim zənginliyimiz də sayılır) xeyrimizə olmayibdir. Bizim enerjimiz bizə xeyir verməyibdir. Çünkü biz hər zaman Azərbaycan-Türk kimliyimizi unutmuşuq. Tarix boyu enerjimizi və gücümüzü Azərbaycan yolunda faydalansaydıq indi nə idik?. Dünyanın böyuk güclərindən olmasaydıq da indiki Azərbaycandan çox fərqli bir Azərbaycanda yaşayırdıq mütləq.
Azərbaycanlılar tarix boyu Azərbaycan mərkəzli bir siyasi hədəf içində olmayiblar. Özünü mərkəz almayan millət ayaqda qalma şansı yoxdur.
Azərbaycanın qurtuluşu, Azərbaycan mərkəzkli düşünməkdən, Azərbaycan mərkəzli hərəkət etməkdən keçməktədir. Azərbaycan bizim gücümüzün və enerijimizin istiqamqtini gostərir. Azərbayacn Mərkəzli bir dünya görüşü bizim qurtuluşumuzun yoludur.
Hiç yorum yok:
Yorum Gönder