5 Ekim 2009 Pazartesi

Rza Bərahəni. TƏBRİZ ŞEİRLƏRİ

Xəbər verildiyi kimi, dünya şöhrətli yazıçı Rza Bərahəni bir qrup Güney Azərbaycan ziyalısı ilə birlikdə Bakıda səfərdədir. Bu münasibətlə böyük yazıçının doktor Əli Qərəcəlu tərəfindən dilimizə tərcümə olunmuş “Təbriz şeirləri” silsiləsini müəyyən redaktə ilə latın qrafikasına çevirib sizlərə təqdim edirəm.

1.
Qadınların başından çadralarını qaçıran
yaşıl bir yel
və əziz bir xatirə.
Sən hələ
ordasanki, iyirmi il qabaq Təbrizin o küçəsində idin.
Yunusu udan
balıqdır
çadra.

2.
Mənim xalqım
səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə
tüfəngələ alıb savaşmış;
tüfəngillər boyu
əlində idi illər boyu.
İndi
qorxusu yox
əgər
sükut eləmişsə;
çünki
ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək
ki, çiçəklənir,
gül açır
və ürək
irilikdə
meyvələr də verir
səmimiyyətlə.

3.
Gecə yarısıtəpə başında
qəhvəxanada
yoldaşlarımlamən
Savalan balıyedik.
Qulaq asdıq
kəndinitlərinin hürüşlərinə.
Şeir oxuduq
və zindandandanışdıq.
Kəsdi sözümüzü
qəhvəçinin ağlaması.
O,
türkcə cəh-cəh vuran xanəndəyə
qulaq asırdı;
Ki külək dalğalarında uzaqdan gələn irmaq səsi
kimi
gəlirdi.
Biz daha
heç
danışmadıq
...

devamı: http://mesiha.blogspot.com/2009/10/rza-brahni-tbriz-seirlri.html#

Hiç yorum yok: