Bu günlərdə İran teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağını təhqir edilməsi, gələcəkdə İranın idarəçilik sistemi, Avropada Güney Azərbaycanımız, Dağlıq Qarabağın işğal altında olması haqqında bilgilərin olub olması, Türkiyə-Ermənistan arasında gedən danışıqlar ilə bağlı sualların cavabını almaq üçün Dünya Azərbaycanlıları Konqresinin həmsədri, professor Paşa Qəlbinurun Günaz.tv saytına müsahibəsi
Paşa bəy Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq İran Teleradio şurasının rəsmi saytında Azərbaycan bayrağının və bir sıra vəzifəli şəxslərimizin təhqir olunması ilə bağlı fikirlərinizi, münasibətinizi bilmək istərdik.
Mənim bu haqda fikirlərim sizlərlə, cəmiyyətdə haqqı ədaləti üstün tutan insanlarla birdir, həmrəydir. Bu məsələ ortaya çıxan kimi mətbuatda məsələyə etirazımı bildirdim. Bir millətin bayrağı təhqir olunursa ona etiraz edilməlidir və insanlarında qəzəbli olması təbiidir. Çünki, bayraq hər bir millət üçün dəyərli olduğu kimi bizim üçün də müqəddəsdir. Sivil dünyanın, beynelxalq təşkilatların qəbul etdiyi milli atributlarımızdan biri olan və milli qürurumuzu özündə birləşdirən bayrağımızın təhqir olunmasına bir fərdi münasibətimlə bərabər və konqresin mövqeyi ilk gündən mənfidir və etiraz edir. Eyni zamanda düşünürəm ki, hər hansı dövlət başqa bir dövlətin bayrağını təhqir edirsə öz bayrağını təhqir etmiş olur. Bizdə bir gözəl bir məsələ var “danış səni görüm”. Bunların hamısının kökündə Azərbaycanın güclənməsi və bölgənin önəmli dövlətinə çevrilməsi ilə bağlıdır. Həmdə qısqanclığın təzahürüdür.
Siz tez-tez Avropa ölkələrində səfərlərdə olursunuz və avropa cəmiyyətində Güney Azərbaycan baxış neçədir və ya bu haqda məlumata malikdirlərmi?
Bəli, mənim bu haqda fikirlərim var. Mən bu yaxınlarda İsveçrədə, İspaniyada oldum və diaspor nümayəndlərimizlə, avropanın müxtəlif dairələrindən tutmuş içtimaiyyət üzvləri ilə də görüşlər keçirirdik. Cox təəssüflə onu demək istəyirəm ki, İsveçredə, İspaniyada görüşlərdə bir şeyi gördüm ki, bu ölkələrdə Güney Azərbaycan və xüsusi ilə gözəl Böyük Azərbaycanımız haqqında məlumatlar cox sətidir və ya yox dərəcəsindədir. Olsada yanlışdır. Xüsusi ilə İsveçrə parlamentində altı millət vəkili ilə görüşdə bu özünü göstərdi. Onlardan beşinin məlumatı cox yox dərəcəsində idi və birinin məlumatı var idi. Həmin millət vəkili Azərbaycanda səfərdə olduğuna görə problemlərimiz haqqda məlumatlı idi. Əksəriyyət Azərbaycanın taleyindən Dağlıq Qarabağın haqqında bilgilərdən uzaqdırlar. Bəzilərində informasiya olsada oda yanlışdır. Bunun üçün cox çalışmaq lazımdır və eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz cəmiyyətin müxtəlif zümrəli insanları ilə iş aparmalıdırlar.
Bəs, Dünya Azərbaycanlıları Konqresi bu yöndə hansısa işlər görürmü və məsələlərin beynelxalq içtimaiyyətə çıxarılması bağlı tədbirlər planı varmı?
Bu gün Dünya Azərbaycanlıları Konqresinin 21 nəfər idarə heyəti üzvündən tutmuş minlərlə üzvünə qədəri bu yöndə işlər görürlər. Amma burada gərək dünyanın hər bir yerində yaşayan insanlarımız güclü şəkildə işləməlidirlər. DAK-ın milli məsələlərin beynelxalq içtimaiyyətə çatdırılması üçün iki illik proqramı var və bu planlada hərəkət edilir. Xaricdə yaşayan insanlarımız fərqi yoxdur, İngiltərədə, İsveçrədə və s başqa ölkələrdə yaşasalarda və oranın vətəndaşları olsalarda ancaq onlar eyni zamanda virtual olaraq Azərbaycanın vətəndaşlarıdır. Təbliğatlarını aparmalı və ölkəmiz haqqında bilgilər verməlidirlər. Sizə bir sevindirici məlumat verim ki, bu gün dünyanın başqa yerlərində yaşayan soydaşlarımızda milli hisslər vətənpərvərlik duyğuları güclünməyə doğru gedir. Onlar hər gün Azərbaycanla bağlı məlumatlar axtarırlar və informasiyaları genişlənir. Demək olar ki, Azərbaycanla nəfəs alırlar. Ancaq bununla bərabər Azərbaycanımız üçün cox çalışmaq lazımdır və yaşadıqları ölkələrin insanlarına vətənin iki hissəyə parçalanması, Güney Azərbaycan haqqında, Dağlıq Qarabağ işğal altında olması ilə bağlı onlara təlqin eləməli, məlumatlandırmalıdırlar.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder