21 Ekim 2009 Çarşamba

İZMİRDƏ HEYDƏR ƏLİYEV ADINA DOSTLUQ VƏ XATİRƏ PARKI SALINACAQ

Türkiyənin İzmir şəhərinin Foça rayonunda 75 hektarlıq ərazidə Azərbaycan xalqının ümummili lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan dostluq və xatirə parkı salınacaqdır.

Parkının salınmasına dair Protokolu Petkim şirkətinin baş direktoru Kənan Yavuz və İzmirdəki Ege Orman Vəqfinin sədri Cem Bakioğlu imzalamışlar. İmzalama mərasimində çıxış edən Kənan Yavuz bildirmişdir ki, yeni park dahi şəxsiyyət Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına uyğun olaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlığın rəmzi olacaqdır.

Burada ilk fidanlar ulu öndərin vəfatının altıncı ildönumü günündə Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə birlikdə əkiləcəkdir. Bu yaşıllıq sahənin İzmirə xüsusi gözəllik verəcəyini, Xəzər və Egey dənizlərinin birləşməsinin rəmzi olacağını deyən K.Yavuz dekabrın 12-də bütün izmirliləri ağac əkmək üçün parka dəvət etmişdir.

Hiç yorum yok: