19 Ekim 2009 Pazartesi

Fuad Səfərov “Artıq Güney Azərbaycanın İstiqlalı geri dönməz prosesdir”

Yüksek öğrenimini İzmir'de tamamlayan gazeteci Fuad Seferov'un Günaz Tv internet sitesinde çıkan röportajı:
Resim 16.10.2009 Bakı, Cemal ve Fuad Elmler Akademesi önü

Rusiya üzrə icmalçı, jurnalist Fuad Səfərovun GÜNAZ.TV Mətbuat mərkəzinə verdiyi müsahibəsi...
Fuad bəy son illər Türkiyə-Rusiya münasibətlərində yeni bir dönəmin başladığı görünməməkdir. Bu haqda fikirlərinizi bilmək istərdik.
Elnur bəy ilk öncə sizə və Günaz.tv Mətbuat Xidmətinə təşəkkür edirəm müsahibə üçün. Bəli, son illər Rusiya-Türkiyə əlaqələri güclü şəkildə inkişaf edir. Xüsusi ilə 1999 cu ildə Rusiyada siyasi hakimiyyətə gələn Vladimir Putinin dönəmindən başlayaraq əlaqələrin qurulmasına yenidən başlanıldı və ancaq ondan əvvəl hakimiyyətdə olan Boris Yeltsin administrasiya dönəmində əlaqələr yaxşı inkişaf etməmişdir. Bu o zaman ki, Rusiyanın siyasəti ilə bağlı idi. Həmin dövrdə Rusiyanın Türkiyə baxışında tarixi-radikallıq əhval-ruhiyyəsi özünü göstərirdi. Rusiyanin keçmiş prezidenti Vladimir Putinin 2004 cü ildə Türkiyə dövlətinə rəsmi səfər etməsi 500 illik rus-türk münasibətləri tarixində ilk rus dövlət başcısı oldu ki, Ankaranı ziyarət etdi. Vladimir Putinə qədər heç bir rus dövlət xadimlərindən rəsmi səviyyədə Türkiyəni ziyarət edən olmamışdı. Düzdür, Rusiyanın keçmiş dövlət başcısı Boris Yeltsin 1999 cu ildə İstambulda sammitinə qatılsada ancaq bu rəsmi ziyarət deyildi. Beynelxalq tədbirin tərkibində baş tutan səfər idi. Hazırda Rusiya ilə Türkiyə arasında ticari-iqtisadi dövriyyə 20-26 milyard dollar səviyyəsinə çatmaqdadır və siyasi əlaqələrdə inkişaf edir. Bu, ilin fevral ayında Türkiyənin prezidenti Abdulla Gülün Rusiya səfər etməsi və ardınca iki dövlət arasında protokolların imzalanması gələcək əlaqələrə yeni çalarlar verəcəyi şübhəsizdir.
Hazırda Rusiya-Türkiyə əlaqələrinin inkişafı Cənubi Qafqazda gedən proseslərə müsbət mənada təsiri ola bilər?
Keçən ilin avqust ayında Rusiya-Gürcüstan arasında baş verən savaşdan sonra NATO gəmilərinin Türkiyə boğazlarından keçməsinə Türkiyə mane oldu. Rəsmi Ankara 1936 ci ildə imzalanan Montro sazişinə görə uyğun olaraq addım atdı və Türkiyənin bu, siyasi-jesti Rusiya tərəfindən müsbət mənada qaşılandı. Düzdür, gəmilər sonradan buraxıldı. Ancaq bu, Rusiya ilə münasibətlərə ziyan vermədi. Gürcüstan olaylarından sonra baş nazir Rəcəb Təyyub Ərdoğan Cənubi Qafqazda sabitliyə, barışa xidmət edəcək Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması layihəsini irəli sürməsi və proje Rusiya tərəfindən maraqla qarşılandı. Türkiyənin irəli sürdüyü barış platformasında Azərbaycanın, Gürcüstanın, Ermənistanında iştirakı ilə nəzərdə tutulurdu. Əsas məqsəddə Cənubi Qafqaz bölgəsində beş dövlətin iştirakı ilə sülhə,əmin amanlığa nail olmaq idi. Təəssüflər olsun ki, proje həyata keçmədi. Çünki, Rusiya-Gürcüstan, Azərbaycan-Ermənistan arasında olan ziddiyyətlər projenin reallaşmasına imkan vermədi. Düşünürəm ki, Rusiya-Türkiyə əlaqələrinin inkişafı bölgədə sabitliyin, barışın yaranmasına təsir edə bilər.
Oktyabr ayının 10-da Türkiyə-Ermənistanda arasında İsveçrənin Sürix şəhərində protokollar imzalandı. Sazişin imzalanması iki qardaş dövlət arasında soyuq münasibətlərin yaranmasına səbəb ola bilərmi?
Bu, gizli diplomatiyanın bir oyunudur. Məsələ ilə bağlı Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev bu, yaxınlarda maraqlı açıqlamalar verdi. Təbii ki, Türkiyə Azərbaycanın maraqların nəzərə almalıdır. Biz bir millət və iki dövləti olmaqla yanaşı geniş iqtisadi əlaqələr malik ölkələrik. Bu gün Türkiyə Azərbaycanla bağlı atacağı addımada ehtiyyatlı olmalıdır. Türkiyə Azərbaycanı üzəcək siyasət aparmamalı və türk dünyası faktorunuda nəzərə almalıdır. Əgər Türkiyə Azərbaycanı qıracaq addım atarsa, iki qardaş ölkə arasında xəyal qırıqlığı yarada bilər. Gələcəkdə, hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir. Onu deyə bilərəm ki, Türkiyə Ermənistanla danışıqları Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması bağlı paralel səviyyədə aparmalıdır. Azərbaycan dövlətidə bu, siyasəti bəyan edir.
...

yazının devamı:
http://gunaz.tv/xaber/fuad-seferov-artiq-guney-azerbaycanin-istiqlali-geri-donmez-prosesdir

Hiç yorum yok: