Güney Azərbaycanda 1945-46-ci il Milli hökümətin 64-ci il dönümü munasibətilə Güney Azərbaycan milli hərəkatının xaricdə olan təşkilat və fəalları işbirliyi və dialoq amacı ilə Hollondiyanın Amesterdam şəhərində bir araya gəldilər. Dünyanın dörd bir guşəsindən gələn, 263 nəfərin iştirakı ilə keçirilən Konfrans 12 Dekabr 2009-ci il tarixində Amesterdam Kollecinin binasinda saat 10.00-da öz işinə başladı.(Ünvan: Junior Gollege West. Schipluidenlaan 12. 1062 HE Amsterdam , Nederland)
Günün birinci yarısında toplantı iştirakçıları Güney Azərbaycan Milli hərəkatında aktiv olan təşkilat və quvvələri necə, hansı platforma əsasında iş birliyinə cəlb etməyə nail ola bilmələri mövzusunda təkliflər irəli sürüldü.
Günün ikinci hissəsində iştirakçılar birliyə mane olan məsələ və problemləri dialoq yolu ilə həll etməyi qərara aldılar.
Daha sonra qarşıya qoyulan məsəllərin həlli məqsədi ilə 20 nəfərdən ibarət Divan üzvü və Koordinasiya Şurası seçildi. Təşkilat nümayəndələri, iştirakçılar və o cümlədən prof. G. Səbri Təbrizi, Maşallah Rəzmi, Əhməd Obalı, Mahmud Bilgin, Məhəmməd Azadgər , Siddiqə Ədaləti, Hidayət Sultanzadə, və digər soydaşlarımız 21 Azər hərəkatı və günümüzdəki milli hərəkatın durumu haqda öz fikirlərini iştirakçılarla birlikdə müzakirə etdilər.
Sonunda Hollandiya Icra heyyəti tərəfindən hazırlanmış gözəl musiqi konserti keçirildi. Xatirladaq ki, son musiqi ifası Güney Azərbaycanın taninmış ozanı Araz Elsəs tərəfindən səsləndirildi və tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Amsterdam Konfrasının davamı 13-14 dekabr 2009-ci il tarixində də davam etmişdir.
Konfransda aşağıdakı 12 maddədən ibarət fəaliyyət proqramı qəbul edilmişdir.
21 Azər, Güney Azərbaycan milli hərəkatının lideri Seyid Cəfər Pişəvərinin öz millətinə güvənərək, tarix yaratdığı doğma milli bir günüdür. Bu tarixi gün münasibəti ilə vətənimizin qurtuluşu ilə bağlı qərara gəlmək, milli birlik nümunəsi göstərmək heç də təsadüfi deyildir.
Milli hərəkatın geniş miqyaslı olduğunu qəbul edən 21 Azər Amsterdam Dialoq Konfransı bütün fərqli görüşləri nəzərə alaraq, aşağıdakı maddələri ortaq prinsiplər olaraq qəbul edir:
1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır.
2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
3. Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.
5. Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabər yolunda mübarizə aparır.
6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.
7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.
8. Milli Hərəkat Aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinənin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır.
9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.
10. Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir.
11. Güney Azərbayan Milli Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.
12. Amsterdam Dialoq Konfransı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır.
Yaşasın Azərbaycan
Yaşasın Milli Birliyimiz
Amsterdam 21 Azər (12 Dekabr 2009)

Hiç yorum yok:
Yorum Gönder