Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli şair və Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Abbas Abdulla açaraq prof.Təbrizinin həyat və yaradıcılığında ana vətənimiz Azərbaycan, özəlliklə Güney Azərbaycan türklərinin milli azadlıq hərəkatı əsas mövzulardan oluğunu bildirdi. Professor Təbrizi - bu ad qələm sahiblərinə çox tanışdır. Ona görə ki, bu insan ən azı 40 il qurbətdə Azərbaycanın həsrətilə yaşamış və mədəniyyətimizi, dilimizi və tariximizi təbliğ etmişdir. Sonra söz xalq şairi Balaş Azəroğluya verdi. Balaş müəllim öz çıxışında bildirdi: "Cənab Səbri Təbrizi ilə mən 1994-ci ildən yaxından tanış olmuşam. Amma mən bu müdrük insanı qiyabən çox qədimdən tanıyırdım və onun vətənpərvərliyindən xəbərim var idi. Bu insan ömrünü vətəninə və millətinə həsr edən bir insan olduğunu dəfələrlə subut edib. İstər humanistliyi, istərsə də vətənpərvərliyi çoxları üçün örnəkdir". Balaş müəllim əlavə etdi ki, Səbri bəyin şeir üslubu özünəməxsusdur, bu insanın qələmə aldığı şeirlər qısa həcmili olmasına baxmayaraq dərin mənaları özündə əks etdirir. Vətənə sevgi və qurbətin acı xatirələri Səbri bəyin bütün əsərlərində özünü biruzə verib. Mən bir daha cənab Təbriziyə öz təşəkürümü bildirirəm ki, mənin bu günə qədər iki kitabımı çap etdirib və bu yaxında da daha bir kitabımın çap olmasına öz köməkliyini əsirgəməyir. Ona görə ki, bu insan öz millətinin butun təbəqələrini, özəliklə şair və yazıçılarının dəyərini bilir və onlara hər zaman öz köməyini əsirgəmir. Allahdan arzu edirəm ki, Səbri Təbrizinin ən böyük arzusu olan Güney Azərbaycanın azadlığını görməyi nəsib etsin. Tədbir zamanı prof.Vaqif Sultanlı, Marif Teymurlu, Sabir Nəbioğlu, Ənvər Börüsoy, görkəmli şair və yazıçılar prof. Səbri Təbrizinin həyat və yaradıcılığı haqqında geniş məruzə və çıxışlar etdilər.
Hatırlatıyım ki, Prof Səbri Təbrizi, İzmir 2. Azerbaycan Novruz Festivalinin, Tebriz gecesinin, qonağıydi
Hiç yorum yok:
Yorum Gönder