“Yeşil İğdır” qəzetinin və TRT-agentliyinin xüsusi müxbiri Sərdar Ünsalın GünAz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.
- Sərdar bəy xöş gördük Sizi! İlk sualımızı Güney Azərbaycanla başlamaq istərdim. Bir Azərbaycan türkü və mediya işcisi olaraq orada gedən proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?
- Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Sizin vasitənizlə bütün Türk dünyasına salamımı çatdırıram. Mən illərdir istər Güney, istər Quzey Azərbaycandakı proseslərlə yaxından maraqlanıram.Güney Azərbaycanda Türklük ve müstəqillik duyğusu məhz Quzey Azərbaycanın müstəqillik əldə etməsilə baş qaldırdı. Əvvəllər Güney Azərbaycanlılar Türkəm deməzdilər. 1-12 ildir Türkəm deyirlər. Güney Azerbaycanlıyam deyirlər, bu da çox sevindiricidir...Türklük duyğusu inkişaf edir. 35 Milyon Azərbaycan Türkü ana dilində təhsil almalıdır. Türk dilində yayımlanan yerli televiziya olmalıdır. Lakin buna icazə verilmir. Ancaq belə davam etməyəcək, çünki artıq ürəklərdə Türklük duyğusu alovlanır. Güney Azərbaycanın durumuna hür dünya da səssizdir. Bu da məncə azad dünya üçün bir qarşıdurmadır. Güney Azərbaycan üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir.Mən bu mübarizəyə könül verib şəhid olanlara Allahdan rəhmət diləyirəm. Zindanda olanlara səbir,mübarizə aparanlara qüvvət və birlik arzu edirəm. Sizləri də bu məqsədlə mübarizə apardığınız üçün təbrik edirəm... 20 milyonluq fars hakimiyyətinin 40 milyon türkü idarə etməsi təzadlı deyilmi?Dünyada bənzəri yoxdur.
- İğdırda yaşayan Azərbaycan türkləri İranda otuz beş milyondan çox Azərbaycan türkünün yaşadığı haqda məlumatlıdırlarmı?
- Təəssüf ki, çox az bir qismi xəbərdardır. Güney Azərbaycanla maraqlananlar Türkçü düşüncəyə sahib olan insanlardır. Digər Azərbaycan türkləri isə mövcud vəziyyətə dini nöqteyi-nəzərdən baxırlar.Bəziləri bu gün İranda Güney azərbaycanlıların hər sahədə söz sahibi olduqlarının əsas gətirərək bunları düşünməkdən boyun qaçırırlar. Halbuki həqiqət bundan ibarət deyil. İran dövləti Güney Azərbaycanlıların istəklərini yerinə yetirməlidir.Bundan zərərli çıxmaz. Güney azərbaycanlılara, başqa sözlə desək İran türklərinə hər kəs dayaq olmalı,onların səsinə səs verməlidir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder