8 Ocak 2010 Cuma

Aybəniz Haşımova , “QARABAĞI QULAĞI SIRĞALI, MİNİ YUBKALI (Etekli) GƏDƏLƏRLƏ ALACAĞIQ?”


“QARABAĞI QULAĞI SIRĞALI, MİNİ YUBKALI(Etekli) GƏDƏLƏRLƏ ALACAĞIQ?”

Aybəniz Haşımova: “Müharibə olsa, gərək arvadlar silaha sarılsınlar”

Əməkdar artist, “Bülbüllər” qrupunun rəhbəri Aybəniz Haşımova lent.az-ın “Ciddi-Ciddi” rubrikasına danışarkən Azərbaycanda milli-mənəvi dəyərlərin itməsindən narahatçılığını bildirib. Müğənninin fikrincə, Qarabağ torpağının düşmən tapdağından azad olunması üçün ilk növbədə mənəviyyatımızdakı itkilərin bərpasına çalışmalıyıq: “Nə təhər olur ki, biz bir qaraçı millətinin qarşısında məğlub oluruq? Bu gün gedin sorğu keçirin, on nəfərdən üçü deyəcək ki, getmirəm müharibəyə. Qaçıb gizlənəcəklər.
O oğullar var idi e, Qarabağda şəhid oldular, onların ruhu bunları bağışlayacaqmı görəsən? Qulaqlarına sırğa taxıb arvad olublar. Kişi də arvad olarmı? Görün Bakıda nə qədər namussuz gədələr peyda olub. Bu infeksiya Azərbaycana haradan düşdü? Bu məsələni qaldırmaq lazımdı. Çünki bu, xəstəlikdi və yanlarındakı hamını yoluxdura bilər. Əvvəlcə bunu təmizləməliyik, ondan sonra qəti qərarlaşmalıyıq. Və özümüz deməliyik ki, bunu etməliyik, torpağımızı düşməndən təmizləməliyik. Onda türk də bizim yanımızda olacaq. Yox, hansı oğlana baxırsan, saçını ”pyorışka" eləyib, qulağına sırğa taxıb, arvad paltarı geyinib, yollara düşüb. Birinci bunu yığışdırmalıyıq. Görün kişilərimiz hara gedir?"
Müğənni “azadlıq” anlamını necə başa düşdüyünü belə izah edib: “Bəziləri ”azadlıq" deyəndə fikirləşirlər ki, soyunub çölə düşmək lazımdı, yaxud fikirlərində çılpaq olmalıdırlar. Azadlığın özünün də gözəl bir qapalılığı var, hansı ki, biz bunu keçməməliyik. Xüsusən anaların dünyaya övlad gətirməsində... Vaxt var idi qadınlar - bunu dediyimə görə üzr istəyirəm - ana olmağa hazırlaşan vaxt hamıdan gizlənərdilər, indi isə bununla özlərini reklam edirlər ki, “başqa ölkələrdə var, biz də edək”. Niyə başqasına oxşamaq istəyirsən? Axı sənin özünün soy-kökündə o qədər nümunə göstəriləcək gözəlliklər var... Niyə bundan götürmürsən? Arada bu məsələlərə görə həvəsdən düşürəm. Ancaq bir pedaqoq olaraq fikirləşirəm ki, həvəsdən düşmək lazım deyil, vəziyyəti düzəltmək üçün çalışmaq lazımdır".
NƏRGİZ
Qaynaq: Yeni Musavat
http://www.chudaferin.azeriblog.com/

Azerbaycan Kültür Merkezi

1 yorum:

Zamig dedi ki...

Göresen Aybeniz xanimin yaxin qohumlarindan ailesinden esgerliye geden varmi?
"Qaraci" kime deyir göresen? Indi de irqci olub? Mügennilerin yeri bozbashxanadir, toylara gedib pul qazanmaqdir, mikrofonu yere qoyub xalqin qeyret-namusunu ceken cixiblar...
Gedin ibadet elediyiniz Azerbaycan iqtidarina sitayis edin, siz hara milletin derdine qalmaq hara?

AZER-CEX Cemiiyeti bele bozbashxana mügennilerinin fisist ve rasist fikirlerini yaymaqda ne güdür? Elsen bey bu yazilanlar sizin shexsi fikirlerinizle üst üste düshürse bele sözleri öz shexsi adresinizden yayimlayin cemiysetin adindan yox!!!