1 Kasım 2010 Pazartesi

Azerbaycan Kültür Merkezinin iki önemli etkinliği

************


23 Ocak 2011 Azerbaycan Kültür Merkezi Derneği, 2. kongresi

Üç yıl önce 1. kongresini yapan derneğimiz, 23 Ocak'ta 2. kongresini yapıyor.
Derneğimiz, 3 yıl gibi sürede, önemli projeler ve etkinliklere imza attı.
Önümüzdeki dönemde derneğimizi daha önemli görevler bekliyor.
Önemli görevler öncesi yapacağımız kongremiz, büyük önem taşıyor.
O nedenle, tüm dostlarımızın kongremize katılarak bize güç vermesini bekliyoruz.



Türkiye'de yaşayan Azerbaycan Türkleri 1. Kurultayı

Önümüzde ki dönemde, derneğimizi ve bizleri bekleyen, en önemli görevleren ve etkinliklerden birisi ise, derneğimizin öncülük eddiği, "Türkiye'de yaşayan Azerbaycan Türkleri 1. Kurultayı"

23-24 Nisan günleri yapacağımız kurultayımız, Türkiye'de ve Dünya'da yaşayan Azerbaycan Türkleri açısından çok önemli bir etkinlik.
Etkinliğimizin başarılı olması için, tüm dostlarımızı göreve çağırıyorum.

25 Nisan 2010 Pazar

İzmirde, Piknik







İzmirde, Iğdırlılar Derneğinin düzenlediği ve Azerbaycan Kültür Merkezinin düzenlediği piknik yapıldı.
Piknik, Canaz Tv tarafından kaydedildi ve önümüdeki günlerde yayınlanacaktır.
Pikniğe, Grup Beste müzikleri ile eşlik etti.

4 Şubat 2010 Perşembe

Elnur Eltürk "Hazırda İrana öz təsir dairəsində olan "Güclü Ermənistan" lazımdır"


Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisiyanın İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçöhr Möttəki ilə görüşündə, ona İranın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyinə görə öz təşəkkürünü bildirməsi Azərbaycanda narahatlıq doğurmaya bilməzdi. Görəsən İran DQ məsələsində hansı mövqe tutub ki, Ermənistan rəhbərinin xoşuna gəlib? Yoxsa bu erməni siyasətinin tərkib hissəsidir? Bəlkə düşmən ölkənin prezidenti bununla Azərbaycanla İranın arasını vurmaq istəyir? Bu və ya digər suallara cavab almaq üçün sahə problemləri ilə araşdırmalar aparan gənc araşdırmaçı Elnur Eltürk ilə söhbət etmək qərarına gəldik. "Bu gün heç kimə sirr deyil ki, İran-Ermənistan münasibətləri strateji səviyyədə inkişaf edir. Bir neçə gün bundan öncə Ermənistanın eks-prezidenti Robert Köçəriyanın İrana səfər etməsinin də arxasında duran əsas məsələlərdən biri də elə Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxarmaq cəhdlərindəndir" deyən Bakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Eltürk Təzadlar qəzetinin suallarına belə cavab verdi:

- İranın Azərbaycana olan münasibəti bəllidir. 1991 ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra İran rejimi narahat olmağa başladı. Bunu təbii qəbul etmək də olardı... İranın ən çox narahat olduğu faktor Guney Azərbaycan məsələsidir. İranda türklərin güc halına gəlməsində heç şübhəsiz ki, Quzey Azərbaycanın böyük təsiri var. Digər tərəfdən, azadlıq, istiqlalçılıq ideyaları İranda yaşayan hər bir türkün düşüncəsinin formalaşmasında müstəsna rol oynayır. Bu faktoru İran strateqləri gözə almaya bilməzlər. İran dövləti buna görə türkləri vahidiranizm ideyaları altında assimiliyasiya etmək istəyir. Bəzi qüvvələr Dağlıq Qarabağın Azərbaycanın xeyrinə həll olunmasını istəmir. Sözdə isə, İran münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Ancaq maraqlıdır ki, İranın bəzi qəzet-informasiya agentlikləri, strateji mərkəzləri analitik yanaşmalarında Azərbaycanı Şimali İran adlandırırlar. Məsələn, "Səhər" kanalı əsas fəaliyyət istiqamətini antitürk yönümündə qurub. Hətta hər hansı bölgənin adını çəkəndə Şimalı İranın filan rayonu adlandırırlar... Bir neçə il bundan öncə, İranın xeyrinə casusluqda ittiham olunaraq həbs edilən "Səidin Dəstəsi" yaddan çıxmayıb. Faktlarla təsdiq olundu ki, bu dəstənin başcısı və digər üzvləri SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) təsirində olublar. Yəni İranda bəzi qüvvələr Azərbaycanın hər türlü inkişaf etməsini və bölgənin güc dövlətinə çevrilməsini qəbul etmirlər. Azərbaycanın xarici siyasətinin qərbyönümlü olması, ölkəyə yatırılan investisiyanın amerika-qərb şirkətlərinin payına düşməsi İranı qəzəbləndirir. üstəlik, Azərbaycanın İsrail dövlətilə əlaqələrinin inkişaf etməsini qısqanclıqla qarşılayırlar. Halbuki bu müstəqil dövlətin daxili işinə qarışmaq deməkdir. Keçən il İsrail prezidenti Şimon Peres Azərbaycana səfər edəndən sonra, buna cavab olaraq Ermənistanın müdafiə naziri İrana dəvət olundu. Ermənistan Azərbaycanın ərazisini işğal etdiyinə görə 1993- cü ildən Türkiyənin bu ölkə ilə sərhədləri bağlaması ölkəni çətin duruma salıb. Blokadanı yarmaq üçün İranla əlaqələri inkişaf etdirməklə çıxmaq istəyir. Heç kimə sirr deyil ki, dünya iqtisadi böhranından ən çox ziyan çəkən ölkə Ermənistan olub. Bu yaxınlarda açıqlanan məlumata görə təkcə Guney Azərbaycandan Ermənistana 300 milyon dollar dəyərində mal dövriyyəsi olub. Guney Azərbaycanın iqtisadiyyatı Ermənistana yönəldilir. Azərbaycanlı sahibkarların Ermənistana iqtisadi yatırım qoyması üçün geniş təbliğat işi görülür. Bu türkün əli ilə Ermənistanı ayaq üstə saxlamaqdır. Həmçinin İran Cənubi Qafqazda olan maraqlarını Ermənistan vasitəsilə qurur. Ermənistan zəif dövlətdir. Zəif dövləti də təsir dairəsində saxlamaq asandır. Hazırda İrana öz təsir dairəsində olan "Güclü Ermənistan" lazımdır. Bu İranın əsas strateji maraqlarından biridir. çünki Ermənistanın güclənməsi İran üçün elə də təhlükəli deyil. Ancaq Azərbaycanın inkişaf etməsi- İranın bölgədə dominat olma şansını sıfra endirir. İran son vaxtlar bölgədə fəal siyasət yürütməkdə maraqlıdır. Lakin İranı bu ərazilərə coğrafi-tarixi və siyasi-iqtisadi əlaqələr bağlayır. Digər tərəfdən isə İranın əsas narahatçılıqlarından biri də Türkiyənin Cənubi Qafqaz bölgəsində fəallaşmasıdır. Tehran rəsmi Ankaranın aktiv diplomatiya yürütməsini diqqətlə izləyir. Xüsusilə son bir ildə Türkiyə bölgədə yaranan separtçi münaqişələrin həll olunmasında fəal siyasət yürüdür. Bu da təbii ki, rəsmi Ankaranın nüfuzunun artmasına səbəb olmaqla yanaşı, Türkiyənin bölgədə söz sahibinə çevrilməsi deməkdir.
Tural
http://tezadlar.az/index.php?type=xebergoster&id=13085

30 Ocak 2010 Cumartesi

Seyfettin Altaylı, BİZ AZƏRİYİK?!


BİZ AZƏRİYİK?!

Uzun müddətdir "Azəri" terminini işlədənlərlə mübarizə aparıram, düz 1973-cü ildən bəri.

Biz Türklər qəribə millətik vəssalam. Elə olmasaq "ev danasından öküz olmaz" atalar sözünü yaradardıq?! Həmişə özgəsinin misini öz qızılımızdan üstün tutmamışıq?

Uşaqlığımda atamın bir xurcunu vardı, bəzən İğdıra gedəndə onu götürər ordan nə alsa içinə qoyub gətirərdi. Müasir mənada desək xurcun onun sumkası idi.

Orta məktəbdə oxuyanda şəhərdə çiyni xurcunlu birini görəndə bəziləri, yəni şəhərlilər dodaq büzüb deyirdi: "Bura bax ey, bu kəndçilər şəhərin havasını pozurlar, yerişinə bax bunun, xurcununa bax hələ..!" Onlara görə kəndçilər savadsız, kobud, dünyanı dərk etməmiş, Sabir demişkən "özünü insan sanan" məxluqatlardı, şəhərlilərin özləri isə intellektual, müasir insanlardı (?!). Ancaq Atatürk "Kəndli millətin əfəndisidir" demişdi.

1970-ci illərdə İstanbul universitetində oxuduğum vaxt, xüsusilə aristokrat qızları çiyinlərində qədim türk mədəniyyətinə məxsus çeşnilər vurulmuş heybələrlə küçələrdə şütüyürdülər. Artıq xurcun da, heybə də mod olmuşdu və Tükiyənin böyük şəhərlərində xüsusilə qızların ən çox rəğbət etdiyi aksesuardı. Bu mod İğdıra də çatmışdı. Dünənə kimi həybələrdən, xurcunlardan istifadə edənlərə "əsrlə ayaqlaşmayan məxluqatlar!" gözüylə baxanların evladları indi onları qollarına taxıb, çiyinlərinə salıb özlərini intellektual, çağdaş insanlar kimi göstərirdilər.

Bu da qəribə bir paradoks idi... Niyəsi də bu idi. Fransız modçuları gəlib Anadolunun kəndlərində gördükləri xurcunları və heybələri görmüş, bir-ikisini satın alıb aparmış və Parisdə mod həftələrində manikennaları vasitəsiylə dünyaya göstərmiş filan qədər milyon dollar pul qazanmağın yolunda Anadolunun kəndçilərinin yaratdığı qədim Türk əşyasından və sənətindən də bəhrələnmişdilər. Heybə bizdə kəndçilik əlaməti ikən avropalının əliylə birdən birə müasirlik vasitəsi olmuşdu..! Bugün də avropalılar və amerikalılar kimi geyinib-kecinmir, oturub-durarkən, yeyib-içərkən, əylənərkən onları yamsılamırıq?! Dünənə kimi mis gözündə gördüyümüz dəyərimiz(?) avropalının əli dəyməklə qızıl olub özümüzə qayıtmışdı!

İndi gələk mətləbə. Çar Rusiyası Azərbaycan türklərinə "türk-tatar" deyirdi. Ruslar dediyinə görə biz də öz özümüzə türk-tatar deyirdik. Ruslar, Çingiz xanın, əmir Teymurun və Qızıl Orda dövlətinin əlindən zara gəldiklərinə görə "tatar" sözünü biraz da "atlı vəhşi" mənasında işlədirdi. Biz isə, -Ruslar belə deyirsə deməli düzdür, -deyib onu mənimsəmişdik. Vaxt gəldi Çarlığın taxtı çevrildi, üzü qırmızı niqablı rus imperializmi kommunizm adıyla Azərbaycanda və digər türk yurdlarında hökmran oldu. O, Türk yurdlarında öz təbliğatını aparanları, yəni özünə kömək olanları, bu yerlərdə bərkiyəndən sonra ya qondarma məhkəmələrlə "pantürkist, panturanist" adıyla güllələnmə ilə cəzalandırdı, ya da Sibirin buzlu cəhənnəminə sürgün eləyib oralarda axırına çıxdı. Rus fikirləşirdi ki, bugün öz milli şəxsiyyətlərinin fikirlərini, öz milli ideolojisini əlinin tərsiylə bir yana itələyib onu dəstəkləyənlər, sabah birigün rusu gözü yumulu sata bilər, ona görə onlara etibar edə bilməzdi və etmədi. Rus, Qızıl Orda dövlətini yıxandan sonra həmişə ayıq oldu, çünkü o yaxşı bilirdi ki, "yuxu, yarım ölümdü" və yatmadığına görə bu səviyyəyə çatdı.

1937-ci ilə kimi kimlik vəsiqəsinin (pasport) milliyyət bölməsində "Türk" yazanlar cəllad Stalinin əmrilə bir gecənin içindəcə dəyişdirildi, milliyyətcə oldu "Azərbaycanlı". Coğrafi adımız, "genimizin" adına çevrildi. Bu dəyişiklik Azərbaycanın qüzey hissəsində baş verdi. Bəs Güneydə nə oldu?!. Mənim istəkli tələbələrim Arif Kəskin və Hüseyn İsalı, Güney Azərbaycan Türklərinə qatı fars şovinizminin irqçi (ruslar demişkən boynu qalstuklu) "boyunbağlı" şahlığı tərəfindən hansı ad qoyulub onu çox gözəl dilə gətiriblər və bu barədəki yazıları "Güney Azərbaycan" adlı jurnalın 5-ci nömrəsində çap olunub. Daha artıq məlumat istəyənlər həmin dərgiyə müraciət edə bilər.

Qatı Fars şovinisti olan şah Rza Pəhləvi və oğlu Məhəmməd Rza Pəhləvi, Güney Azərbaycan Türklərinin tamamının "Azəri" kökündən gəldiyini, azərilərin də farsların bir tayfası olduğunu, onların, monqollar və səlcuqilər tərəfindən türkləşdirildiyini, azərilərə türkcə öyrədildiyini irəli sürdürüblər. Fars şovinistləri bu özülsüz nəzəriyyədən hələ də əl çəkməyiblər. Nə boynu qalstuklu şah, nə də başı çalmalı mollalar!.. Deməli şahlarla ayətullahlar hakimiyyətinin arasında sadəcə olaraq boyunbağı və çalma fərqi vardı. Bəs farslar bu yalan nəzəriyyəni kimin əliylə irəli sürüblər bilirsinizmi?! Əfşar türk tayfasından dr. Mahmud Əfşarın əliylə. Həmin nəzəriyyə bu türkün səyi ilə 1923-cü illərdən tutmuş nəşriyat həyatına qədəm qoyan "Ayənda" jurnalı vasitəsilə irəli sürülüb və Təbrizdə dünyaya gəlmiş, Səttar Xan-Bağır Xan hərəkatının şahidi olmuş, bu barədə "İran Məşrutiyət Tarixi", "Azərbaycanın 18 İllik Tarixi" adlı əsərləri yaratmış Azərbaycan türkü Seyid əhməd Kəsrəvi tərəfindən davam etdirilib. Bu iki ziyalımız Farsın baltasına sap olub kökümüzə enib və bugün də enməyə davam edir. Görün Dr. Mahmud əfşar nə deyir: "İranda yaşayan fərqli qəbilələri və etnikləri iranlılaşdırmasaq, iranın bütövlüyü həmişə təhlükə ilə üz-üzə olacaqdı! Bu səbəblə Fars olmayanlar arasında Fars dilini yaymalı və türklərlə ərəbləri sərhəd bölgələrindən daxili bölgələrə köçürməliyik".

Urmiyə, Salmas, Sulduz və digər dədə-baba yerlərimizin 1964-cü ildən tutmuş kürdçülərin gəlib oralarda məskunlaşmasına zəminə yaradılması özülsüz bir siyasət deyilmiş demək!..

Gələk "Azəri" məsələsinə... Təəssüflər olsun ki, Türkiyədəki bəzi ziyalılar "Azəri" sözünü dərinləməsinə araşdırmadan "qonşu deyib düz deyib" fikrindən hərəkət edərək Azərbaycan Türklərinə "Azəri", Azərbaycan Türkcəsinə də "Azəri türkcəsi" terminini yapışdırıblar və bundan heç cürə əl çəkmirlər. Bir adam da çıxıb deməyib ki, ay qardaş biz "Azəri" deyilik, Azərinin danışdığı dilə də "Azəri Türkcəsi" adı qoyula bilməz..! Məsələn mərhum dilçi alimimiz Məhərrəm Ərgin, Şəhriyarın, "Heydər Babaya Salam" poemasını dil, qrammatika və üslub yönündən incələdiyi və İstanbul Universiteti ədəbiyyat Fakültəsində dərslik kimi oxutduğu əsərinin adını "Azəri Türkçəsi" qoyub. Heybə və xurcun məsələsindəki yanaşma burada da hakim olub. Təəssüflər olsun ki, bir dənə ziyalımız çıxıb bu barədəki həqiqətləri ortaya qoymayıb, daha düzü bunun kökünü araşdırmağı ağlına da gətirməyib. Axı o termini "bizdən özgəsi deyib eləsə düzdür" qaydasını pozmağı ağlına da gətirməyib. Quzey Azərbaycanda yaşayan türk bacı-qardaşlarımız cəllad Stalinin göstərişiylə 1937-ci ildən "Azərbaycanlı", güneydəkilər də pəhləvi şahının uzaqgörən siyasətiylə olub "Azəri". Düşmənin bu tələsinə ən böyük dayağı da Türkiyədəki ziyalılar verib. ən böyük dəhşət də burasında deyil ki?!

Qardaşım, bacım, bu gedişə dayan deyilməlidir, lazim gəlsə millət məclislərimizdə qərar qəbul edilməlidir ki, adımız düzgün qələmə verilsin, düşmənin dəyirmanına öz əlimizlə su tökməyək. Bizə öz milli adımızla müraciət edilməlidir. Biz əstağfurullah "Azəri" deyilik, tər-təmiz türkük, Azərbaycanda yaşayan yerli, Oğuz, Qıpçaq, Xəzər, Alban, Qarqar, Sak, Hun, Göytürk və s. türk tayfalarının nəvə-nəticələriyik. Güney Azərbaycanda "haray haray mən türkəm" şüarı bu günlərdə küçələrdə hədər yerə səsləndirilmir.

Biri çıxıb, "ən ümdə problemlərimiz həll oldu, işğal altındakı torpaqlarımızı qaytardıq qaldı bu məsələ?!" sualını verə bilər. Bəli, bugün həll olunası dəhşətli problemlərimiz var və onların başında işğal altındakı torpaqlarımız məsələsi dayanır. Dünən zəif idik, quyruq acısı olanlar ermənini itildib üstümüzə yeritdi, sonra da cilovu əlinə alıb torpaqlarımız işğal edib ermənilərə verdi. Sabah güclənib düşməndən qisasımızı ürəyimizcə alıb torpaqlarımızı qaytaracayıq, ancaq kimliyimiz əlimizdən getsə onu nə cür qaytaracayıq?! Bu problem fikirləşilirmi görən?! Güney Azərbaycanda kimliyimiz itirilib-batırılır. Asimilyasiya çarxı var qüvvəsilə işləyir!.. Ona görə "Azəri", "Azəri Türkcəsi" məsələsinə laqeyd yanaşa bilmərik. Türkiyənin telekanalları, radioları, mətbuat və nəşriyyat orqanları bu terminlərdən pirim kimi yapışıb düşmənin dəyirmanına su tökür. Ona görə Türkiyədəki bu səhvi düzəltməyin yükü Azərbaycandaki ziyalılara, siyasətçilərə və Türkiyədə də bizlərə düşür.

Mən, 1985-ci ildə "Türkiyənin Səsi" radiosuna işə düzələndə orda güneylilər işləyirdi. Radio stansiyasının siqnal buraxılışında, "danışır pəxşi Azəri, danışır torki Azəri, danışır azərbaycani torki" və s. kimi sözləri işlədirdilər və yazıb oxuduqlarının yetmiş faizi fars və ərəb dilinə məxsus sözlərdi, tərkiblərdi. Hətta cümlələrin quruluşu da farscanın qrammatik quruluşuna görə idi. Elə cümlələr qururdular ki, sadəcə olaraq axırdakı xəbər bizimdi, qalanı isə farscaya məxsusdu. Nə qədər xoş sözlərlə onları bu işdən daşındırmaq istəsəm də o vaxt əlimdə hər hansı səlahiyyət olmadığına görə mənə qulaq asmadılar. İşə düzələndən səkkiz ay sonra radionun rəhbərliyinə təyin olundum və onların gördüyü işin mahiyyətinin Türk aləminə nə qədər ziyan vurduğunu, vuracağını TRT rəhbərliyinə başa saldım, Güney Azərbaycanın Xoy şəhərindən olan biri istisna olmaqla hamısı işdən çıxarıldı, Xoylu da müəyyən vaxtdan sonra getməli oldu. Radionun dil strategiyasını yenidən müəyyənləşdirdim və o gündən üzübəri, TRT "Türkiyənin Səsi" radiosu Azərbaycan Türkcəsi verilişlərində, danışdığımız dilin adının "Azərbaycan Türkcəsi" olduğu təkidlə vurğulanır. Bu həqiqət, TRT-nin Dış Yayınlar Dairəsində qəbul olunubdu. Ancaq təəssüflər olsun ki, Türkiyədə edilən səhvi bilərəkdən Qüzey Azərbaycanda da davam etdirənlər az da olsa gözə dəyir. Bugün məsələyə saymazyana yanaşıb "onsuz da biz türkük azəri deyilsə nə olar, biz özümüzü məyər tanımırıqə;!" fikrindən çıxış edənlər ola bilər. Ancaq bu laqeydlik irəliki illərdə gələcək nəsillərimizin başına bəla aça bilər. Ona görə məsələni düzgün şəkildə gündəmə gətirməli və bu problemi bir dəfəlik həll etməliyik.

Biz tarixi dəyərlərimizə lazımi qiyməti vermədik, tarixə laqeyd yanaşdıq və bizim olan birçox dəyərlərimizi üzdəniraq qonşularımız götürüb özününküləşdirdi. Ona görə hər bir Azərbaycanlı ziyalı "Azəri" termininə harda işlədilirsə öz kəskin etirazını bildirməli və Türkiyənin mətbuat və nəşriyyat orqanlarında da bu termindən istifadənin götürülməsi üçün əlindən gələn səyi göstərməlidir. Türkiyədəki hər bir mətbuat və nəşriyyat orqanına yorulmaq bilmədən etiraz edilməlidir.

Biz türkük ay millət!

Haşa, haşa, haşa "Azəri" deyilik..!


Seyfəddin Altaylı, Ankara altayli_s@yahoo.com

23 Ocak 2010 Cumartesi

Iranda Türk qadınının durumu və Azərbaycanda qadın hərəkatı

Dr. Sədiqə Ədaləti
Toplumun yarısını təşkil edən qadınlar atabeylik quralları əsasında tarix boyu ikinci dərəcəli insanlar kimin ağır şərayitdə yaşamışlar. Müasir dövrdə isə ırqçı ve anti Türk rejimlərin kölgəsində Iranda yaşayan Türk qadını neçə qat əlavə zülm ve təbizə məruz qalmış ve öz milli kimliğindən uzaqlaşmış durumdadır, ancaq milli demokratik hərəkətin güclənməsi qadınların eşit ve bərabər yaşayacağına büyük ümid yaratmışdır. Musahibələrimizin 7 inci bölümündə tanınmış sosyolog ve Azərbaycan federal demokrat hərəkatının icraiyə heyətinin üzvi sayın doktor Sedige Adalati ilə Iranda Türk qadınının durumu və Azərbaycanda qadın hərəkəti qonusunu çeşidli boyutlardan ələ aldıq. Sayın doktor Adalati çox dəyərli və akademik təsbitlər ilə milli hərəkətdə qadınların daha artıq rol alması için önəmli adımların atılmasını vurqulayıbdır…
1 - keçmişə baxanda, Iranda fars nasiyonalismi bizi yıxmağa tarixi qullanmışdır , Azərbaycan hərəkəti isə onun cavabında tarixə sığındı və özünü isbat etmək için modern dünya və huquq normların yerinə keçmişə dayandı və bir cür tarixçilik hərəkətə hakim olub bu tarix hökmranlığı bəzən hərəkəti yaramaz noqtələrə götürüb və hətta onu bu günün sorunlarına düşünmkdən uzaq saxlayıb, sizcə bu tarix söyəlmi nə qədər yararlıdır yoxsa onu bir tərəfə buraxmaq zəmanı gəlib mi ?
ilk şəkillənmə mərhələlərində bütün siyasi - ictmai hərəkətlər insanları bir araya gətirmk , ortaq bir məsirdə hərəkət etmək və hərəkəti düzgün bir şəkilə salmaq için fərqli hədəfləri vəsilə olaraq istifadə edərlər. Azərbaycan milli dəmokratik hərəkətinin ilk şəkillənmə aşamasında da xəlqimizin tarixə sığınması bir tərəfdən farsların ortaya atdığı tezi çürütməkdə və obiri tərəfdən də xəlqimizi ortaq bir hədəf için bir araya gətirmkdə önəmli idi . əlbəttə bu da hərəkətin ilk mərhlələrində gərəkli idi və yaxcı sonucları da oldu . Bir tərəfdən bu məsələ bais oldu ki xəlqimiz öz tarixini öyrənmk için fərqli dillərdə qaynaqlara baş vürdü , araşdırmalara yönəldi və bu qonuda da önəmli araşdırmalar ortaya çıxdı . O biri tərəfdən də tarixə sığınmaq bir vəsilə kimin xəlqimizin bir araya gəlməsində , birləşməsində və bu vəsilə ilə cəmii hüviyyətin şəkillənməsi və güclənmə sində önəmli rol oynadı . Bunun ən canlı örneği üçün 1385 ilinin xurdad qiyamını qeyd edəbilirik, millətimiz bilincli bir şəkildə haray haray mən Türkəm şuari ilə öz varlığını və milli kimliğini mənimsədiğini isbat etdi.
Indi Azərbaycan milli dəmokratik hərəkəti bu mərhələni keçirdib , xəlqimiz nə istədiği ni tam anlamıyla bilir . Milli kimlik yerində oturmuş. Indi çağımıza və modern huquq normlara uymaq için bizi hədəfə yetirən , yolumuzu aydınlatan gəlişmiş teorilərlə , insan həqlərinə uyqun meyarlarla , təmamən dəmokratik və modern istəklərə dayanaraq ilərləməlidir .
2 - Azərbaycanda bir qadın hərəkəti var mı? indiki durumu nədir və iranın gənəlində olan qadın hərəkəti ilə nə fərqləri var ?
Azərbaycanda Iranın hər yerində olduğu kimin qadın hərəkəti vardır. ən canlı örnəkləri ni də 8 mart dünya qadınlar günündəki qadınlarımızın fərqli təşəbbüslərində görəbilirik və eyni şəkildə vurqulamalıyım ki bir milyon imza kampaniyasının öndə gedənləri və bu kampanıyanı qabağa aparanların bir çoxu Azərbaycanlı xanımlardır .
Ama bu da bir gərçəkdir ki hakim rəjim , ideoloji və toplum tərəfindən uyqulanan məhdudiyyətlər Azərbaycanda qadın hərəkətlərinin tam ortaya çıxmasına və öz var olan potansiyeli ilə ilərləməsinə manee olur. Toplumun ev və mədrəsə təlim tərbit sisteminə hakim olan geri qalmış düşüncələr ki siyasi, ictimai və umumi şəkildə ciddi məsələləri kişi işi olaraq dəyərləndirir , qadınların ictimai və siyasi faaliyətlərini büyük olçüdə etkilir. Belənci geri qalmış düşüncələr hakim ideoloji tərəfindən də özəlliklə gücləndirilir. əlbəttə bugün Azərbaycan qadınları bu zehniyətlə savaşmakdalar. Unutmayaq ki onların verdiği savaş iki sahədə gedir, birincisi toplumun bütün sahələrinə kök salmış bu geri qalmış zehniyətlə savaşmaq , ikincisi yaşadıqları toplumda dəmokratik və milli həqləri qazanmaq için savaşmaq . ən acı gərçk də büdür ki əməldə görünüb ki milli məsəleylə məşqul olan beylər tərəfindən də qadınlarımızın faaliyəti basdırılıb və hətta geri qalmış düşüncələrin təsirində qalaraq onların faaliyətləri büyük ölçüdə önlənilib .
Unutmamalıyık ki toplumun yarısını qadınlar təşkil verir və bu qadınlar toplumun obiri ikinci yarısını da yetişdirən və onlara yol göstərən rola sahiblər, yəәni əgər Azərbaycan milli dəmokratik hərəkətinin gərçək və qalıcı bir başarıya yetişməsini istərsək qadınlarımızın bu hərəkətə qatılımlarındakı əngəlləri ortadan qaldırmalıyık . Modern , dəmokratik və mədəni bir topluma sahib olmaqın ən təməl şərtlərindən biri qadınların hər sahədəki aktiv qatılımıdır, ancaq qadınların hər yönlü qatılımıyla milli dəmokratik istəklərimizə ulaşabilirik .
Sorunun ikinci bölümünə gəlincə, Azərbaycandakı və Iran gənəlindəki qadın hərəkətləri nin fərqlilikləri bir çox amilə dayanır .
Burada muqayisəli bir soru sorurkən amacımız Təhran və Azərbaycan şəhərlərini muqayisə etmək isə bunu göz önündə tutmalıyık ki Təhran bir metropolitəndir və əlbəttə ki metropolitənlərin özlərinə görə özəllikləri vardır ki məsal olaraq bu şəhirlər daha çox cəmiyətə sahib olduqlarından, və şəhirləşmə mekanizmasının daha yerləşmiş olduğundan orada qabağa aparılan mubarizələrin daha çox organizə olma imkanları vardır. Qeyr-dövləti quruluşların daha rahat hərəkət etmələri, kontrol mekanizması daha zəyif olduğu üçün itiraz hərəkətlərinin şəkillənməsi daha çox mümkündür. Küçük şəhirlərdə bunların hamısı daha məhdud bir çərçivədə gedir. Eyni şəkildə məzhəb və ənənələrin də rolu küçük şəhirlərdə daha güclüdür ki bilirik bu ikisi hər zaman qadın hərəkatini olumsuz şəkildə etkiləmişdir .
Buna görə qadın hərəkəti Təhranda daha aydın və güclü bir şəkildə dəvam edir . Bunu da vurqulamaq istirəm ki Təhranda qadın hərəkətinə qatılanların içində Azərbaycanlıların sayısı farslardan çox olmasa az da deyil. Bununla bərabr hiç kimsə də iddia edəməz ki məsəla Təbrizdə qadınların sayısı öz eşit siyasi və ictimai həqlərini ələ gətirmk için verdikləri mubarizədə başqa büyük şəhərlərdən məsal olaraq Məşhəd və İsfihandan daha azdır . Halbuki Azərbaycanda və özəlliklə Təbrizdə ictimai və siyasi hərəkətlərin bastırılması və bunlara uyqulanan fişar çox yuxarıdır . Azərbaycan qadınlarının 1385 ilindəki Azərbaycan qiyamındakı qatılımı bunun ən gözəl örnəkidir .
3 - Seçim sonrası itirazlarda Tehranda qadınların öndə olduqları və güclü huzurları isbat oldu bunun nədənləri nədir ?
Gənəlliklə ölkədə bütün siyasi ictimai hərəkətlərdə qadınlar hər zəman öz qatılımlarını göstərmişlər . Iran toplumunda özəlliklə cumhuri islaminin quruluşundan bu yana qadınlar ən çox şiddətə məruz qalanlardanlar. Gənəl olaraq cinsi apartayd və qadınların təhqir edilməsi Iran İslam cumhuriyətinin dünya görüşünün təmlidir və bu əsasda İran islam cumhuriyətinin anayasası açıqcasına cinsi apartayda rəsmiyət və qanuniyət verib dir . Toplumun bütün sahələrində qadınlar ikinci dərcəli vətəndaş hesab olurlar. Özəlliklə islam cumhuriyətinin mədəni və qəzayi qanunlarında qadınlar büyük ölçüdə həqsizliklərə və eşitsizliklərə məruz qalmışlar. Buna görə ölkədə qadınlar hər fürsətdə hakim rəjimə və bu cinsi apartayda qarşı öz itirazlarını bildirmk için hərəkətlərə qatılmışlar. Özəlliklə seçim sonrası hərəkətdə qadınların qatılımları həm daxildə və həm xaricdə büyük bir etki yaratmış və ölkənin imajını büyük bir çapda deyişdirmişdir. Eyni zəmanda bu cinsi apartayda və toplumdakı qadın əleyhinə olan qanunlara qarşı ölkədə ilərləməkdə olan bir milyon imza kampaniyasının da qadınların bu hərəkətdəki gəniş qatılımlarında büyük rolu vardır. Bu kampaniyanın sayəsində hər sınıfdakı qadınlar mədəni və qəzayi qanunlarındakı həqsizlikləri və eşitsizlikləri öyrənib və aktiv bir şəkildə bu təbizləri aradan qaldırmaya çalışırlar. Başqa şəkildə özümü ifadə edərsəm bir milyon imza kampaniyası qadınları bilincli bir şəkildə hərəkətə gətirdi. Bu kampaniya səbəb oldu ki qadın məseləsi ki bir çox yerdə tabu şəklində idi açıq və aydın bir şəkildə qonuşulsun və dartışılsın. Bir milyon imza kampaniyası bir çox bağlı qapını açıb, ıçəri girib və qadın məseləsini bir sır olmaqdan çıxardıb toplumun hər bir yerinə sərgilədi .
Son hərəkətdəki qadınların qatılımından büyük mutluluq və fəxr duyduğumu bəlirtməklə bərabr bunu da söyləməliyim ki burada qadınlar öz qadın istəkləri və qadın hüviyyətləri ilə yox bəlki gənəl itirazi istəklərlə və cəmii hüviyyət ilə hərəkətə qatılmışlar ki məncə diqqətləri bu məsələyə və eksiklikə çəkməmiz gərəkir .
4 - Nedən Azərbaycanda və milli hərəkətdə qadınların onəmlı yeri yox və bizim hərəkət çoxlu kişilərdən oluşur ?
Teessüflə milli hərəkət bir çox ölkədəki milli hərəkətlər də olduğu kimin bizdə də daha ağırlıqlı bir kişi hərəkəti kimin gedir. əlbəttə bizim xanımlarımızın da bu hərəkətdə qatılımları görünür əma bu olması gərəkən bir şəkildə və tam potansiyeli ilə deyil . Bunun büyük bir nədəni toplumda yerləşmiş olan patrialkal düşüncələrdir ki hakim güc və ideoloji də uyquladığı apartayd siyasəti ilə bu düşüncələri daha da gücləndirir. Bu düşüncələrə görə ki əsirlərdir bu topluma hakim olub və bu toplumun bütün düşüncələri ni məsmum edir qadınların umumi şəkildə siyasətlə və ciddi məsələlərlə məşqül olmaları rədd edilir. Təəssüflə bu topluma hakim geri qalmış düşüncələrin milli hərəkətdəki etki sini də görürük. Və bu özəlliklə də xanımların milli məsələyə qatılımlarını büyük ölçüdə azaldır. O bir tərəfdən də qadınların yaşadıqları acı təcrübələrdən aldıqları dərslər ki , öncəki hərəkətlərdə hədəfə yetişmək için bir vəsilə olaraq qullanılmışlar və hiç bir zaman onların qadın istək və həqlərinə önəm verilməmişdir, bu məsələ qadınlarımızın bu hərəkətə büyük çapda dəstək vermələrini önlür. Yəәni əgər məsələyə dərin bir şəkildə baxsaq görürük ki qadın məsələsi hələ bizim toplumumuzda yerini almamış və qadınların milli hərəkətdəki qatılımlarından bəhs olunca onların sadəcə sayı olaraq bu hərəkətdə var olmaları və görünmələri bəklənilir. Yəәni bu məsələnin anlamı və önəmi daha toplum tərəfindən anlaşılmamış . Buna görə belə düşünürm ki biz hər şeydən öncə bu məsələni tam anlamıyla aydınlatmamız və bu qonuda çox araşdırmalara və dartışmaalara yer verməmiz gərəkir . Başqa bir məsələdə budur ki güney Azərbaycanda qadınlarımız daha öz təşkilatlarını quramamışlar, ki buda toplumun uyquladığı o qısıtlamaların və bu məsələ nin önəminin daha tam aydınlanmamasının nəticəsidir. Qadın faaliyətlərindəki ən gəlişmiş hərəkət budur ki qadınlarımız ilk öncə öz müstəqil təşkilatlarını qursunlar və sonra da başqa təşkilatlarla ilgilərini qurub, onlarla rabitədə çalışsınlar və onlara dəstək versinlər . Bunu unutmamalıyık ki qadınların milli hərəkətdə hər yönlü və hər sahədəki qatılımları olmazsa Azərbaycan milli dəmokratik hərəkəti təmamən kişi hakim bir hərəkət olub, dəmokratik bir hərəkət olma özəlliğinə sahib olmayacaq. Bunu təkidən söyləmək istirm ki qadınlar ancaq Azərbaycan milli hərəkətində özlərinin, istəklərinin və həqlərinin mudafiə olduğunu gördüklərində bu hərəkətə tam potansiyel ilə qatılabilirlər .
5 -Bilirsiz ki bizi asimilə etmək için dilimizi deyişmk ən onəmli taktik və estratejidir - asimiləyə məruz qalan bölgələrimizdə mutaleə etsək xanımların və qızların bu asimilasiyon qarşısında qat - qat çox asimilə olduqları çox açıq görülür. Bunun nədənləri sizcə nədir?
Bu gərçəği göz önündə tutmalıyık ki ölkənin gənəlində qadınlar ikinci dərəcəli vətəndaş hesaba gəlirlər və Iranda qeyr- fars millətlər farslara görə daha aşağı bir estatüsə sahiblər . Buna baxınca Iran toplumunun hierarşik sistemində fars kişilər birinci dərcəli , fars qadınlar ikinci dərcəli , qeyr-fars kişilər üçüncü dərəcəli və qeyr-fars qadınlar dördüncü dərcə vətəndaş hesaba gəlirlər . Buda bu deməkdir ki doğuşdan etebarən cinsiyətinə görə ikinci dərəcəli vətəndaş estatusunuda olan qadınlarımız öz milli hüviyyətlərini qəbul etdiklərində dördüncü dərəcə vətəndaş estatüsünə düşəcəklərinə inanıb, öz cinsi kimliklərini inkar edəmədiklərindən milli hüviyyətlərini inkar etməklə daha aşağı bir estatüsə düşməyi önləməyə çalışırlar .
Bir tərəfdən də pəhləvi rəjimi gəlişdirdiği asimilasiyon siyasətini rəvani baxımdan başarılı qılmaq və türkləri özlərinə yabancı etmək və öz güvənlərini və bu vəsilə ilə də milli hüviyyətlərini yox etdirmək için gəniş zidd türk propagandalara baş vürdü . Bunlardan ən önəmlisi Türklərin imajlarını toplumun bütün sahələrində xərablamaqdı . Bunu ən gəniş şəkildə inikas verən və təbliğ edən də fars mediyasıdır ki Türkləri çox əşağı yerlərdə və rollarda göstərir. Özəlliklə mediyada Türk qadını yazıx , bilincsiz , savadsız , göstərilir və əlbəttə ki bu Türklərin əleyhinə olan rəvani terorun əsəri toplumda çox dərin olmuşdur. Bizim qadınlarımız öz milli kimliklərini inkar edərək öz estatüslərini qorumaq və bu qaralamalardan uzaxlaşmaq isteyirlər. Bir geri qalmış düşüncə də bizim qadınlarımızın içində olabilir ki farslaşma, modernləşmə anlamında düşünülür əlbəttə bu özüdə fars medyasının etkisinin sonucudur. Çox hallarda farslardan mənzur başkənd Tehran nəzərdə tutulur. Tehranda qadınların nisbi azadlığı və ictimai rabitələrin başqa şəhrlərlə fərqli olması ve çeşitli N.G.O və cəmiyətlərin var olması o şəhrin fars olub olmamasi ilə hiç əlaqəsi yoxdur. Tehranda farslarla bərabər Iranda yaşayan başqa millətlərdən və özəlliklə aşağı yuxarı 3-4 milyon Türk yaşayır. Şiraz, İsfahan, Yəzd ve Kerman üst-üstə fars şəhrləridir. Bu şəhrlərin hiç birini mutlaqa Tehranla muqayisə etmək olmaz, belə bir düşüncələr istər istəməz qadınlarımızın daha gəniş şəkildə asimilə olmalarına səbəb olmuşdur.
6-Qadınlar ilə başqa qonu onların sağlıq, təhsil və...durumudur.Iranda Türk qadınların arasında bu yaşam standardları nə seviyededir?
Bu soruya dəqiq cevab vermək için türk və qeyr türk bölgələrindəki estatistiklərə baxmaq lazımdır . Estatistiklərə görə gənəl olaraq Azerbaycanda savadlıların sayısı başqa bölgələrlə muqayisədə ölkədə 20 nci məqamdadır. Buradan yola çıxıb və düşünəbilirik ki qadınların arasında da təhsillilərin sayısı fars bölgələrinə nəzərən daha azdır. Gənəl olaraq qadınların təhsili ve sağlıq durumu nəçə amilden asılıdır ki ilk başda yaşadıqları bölgənin ve ailələrinin iqtisadi vəziyəti gəlir. Ayərbaycanda iqtisadi yatırımların və dövlətin bu bölgəyə vərdiği iqtisadi dəstəkin gitdikcə azalması bölgənin və orada yaşayanların iqtisadi durumunu olduqca olumsuz şəkildə etkilir. Bunun müstəqim etkisini o bölgədə yaşayanların umumi şəkildə və özəlliklə də qadınların sağlıq və təhsil durumunda görəbilirik.Ayrıca Azərbaycanda qadınların təhsil dərəcəsinin az olması bundandır ki türk bölgələrində təhsil anadilində olmadığı için savadlıların sayısı fars bölgələrindən daha azdır, çünkü bu bölgədə insanlar təhsil dilini anlayamadıqları için mədrəsənin ilk günlərində tərk təhsil edirler. Təhsilə idamə vərənlərin bir çoxu da eyni illətdən yüksək dərərəcədə başarıya nail olmurlar. Bunlar zəncir kimin birbirinə bağlılar təhsili olmayan ve ya aşagı təhsili olanların daha yaxcı bir işə sahib olub yaxcı bir ekonomik durumda olmaları bəklənəməz və bu onların yaşayışını bir bütün olaraq etkilir ki sağlıq durumu da bunun bir parçasıdır. Demək olar ki Azərbaycanda savadsızlıgın yuxarı olması və sağlıq durumunun yaxcı olmamsı bu xəlqin dövlet tərəfindən məruz qaldığı eşitsiz muamilədəndir.
7-Beyinlərdə yerləşmiş bir zehniyət türklərin daha artıq qadınlara qarşı olduqlarını və ya qadın haqlarının pozulmasını iddia edir bu zehniyet ne qeder doğrudur?
Buda toplumda hakim olan türklərin əleyhinə olan propagandalardan biridir ki təəsüflə Iran toplumunda büyük etki bıraxmışdır . Bu fərziyəni çürütən bir çox sənəd var ama isbat edən hiç bir gərəkçə yoxdur, varsa sunulsun biz də öyrənək . yuxarıda da bəhs etdiğim kimin qadın durumu və qadınlar həqqindəki zehniyət bir çox amildən etkilənir ki millətlərin yaşadıqları coğrafı özəllikləri , yaşadıqları bölgələrin ekonomik durumu və gəlir qaynaqları bunlardan ikisidir .

18 Ocak 2010 Pazartesi

20 Yanvarı Unutmadıq


Sinan Ogan
Genç, yaşlı, kadın, çocuk, sivil, asker demeden yüzlerce Azerbaycan Türkünü şehit etmişti.
Ancak ne tanklar ne de Kızıl Ordu Azerbaycan halkının bağımsızlık ateşini söndüremedi
Neticesinde Azerbaycan bağımsızlığını kazandı
Sovyetler Birliği ise dağıldı…

O kanlı gecenin üzerinden 20 yıl geçti.
Dün gibi hatırlıyorum.
O sırada Üniversite’de Yüksek Lisan öğrencisiydim.
Aynı zamanda İstanbul’da kurmuş olduğumuz Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneğinin de Yönetim Kurulu üyesiydim.
O gece kara haberi almıştık…
Ertesi günü dernekte bir araya gelmiştik…
Ne yapabilir diye tartışıyorduk…
Elimizden bir şey gelmiyordu,
Ama hiç olmazsa sokaklara çıkabilirdik,
Biz de öyle yaptık,
Ertesi gün,
İstanbul’da yaşayan hemşerilerimiz ve konuya duyarlı yaklaşık 20 bin vatandaşımızla
SSCB’nin İstanbul konsolosluğuna yürüdük…
Ben orada bir konuşma yapmıştım,
Dünyada yükselen ilk sesti bu,
Ertesi gün Bakırköy alanında,
Sonra ise İstanbul Üniversitesinde itiraz mitingleri yaptık,
Rahmetli İbrahim Bozyel de benzer mitingi Iğdır’da yapmıştı…
Sonra yurdun birçok yerinde mitingler yapıldı,
En büyük mitingi Ankara’da yapmak için çalışmalara başlamıştık,
Derken Prof. Dr. Muammer Aksoy’u katlettiler, miting iptal edildi…
Ne yazık ki, evvelki yıl Ankara Üniversitesinde yaptığımız Hocalı Konferansını basan ayrılıkçı bir gurup gibi,
O tarihte de İstanbul Üniversitesinde yaptığımız 20 Ocak katliamı ile ilgili toplantıyı bastılar, PKK yandaşları…
O tarihte TRT’nin 20 Ocak duyarlı yayınlarından bazı “aydınlar” rahatsız oldular…
Sonra Hocalı katliamı oldu, ama bazı “aydınlarımızı” hiç rahatsız göremedik…
20 Ocak katliamı aslında geliyorum diyordu…
O günler Azerbaycan’ın bağımsızlık mücadelesi yıllarıydı,
Biz İstanbul’daki derneği adeta bir karargaha çevirmiş ve Azerbaycan’dan haberleri buradan alıyorduk…
SSCB hala dağılmamış ve Azerbaycan’da bağımsız olamamıştı,
Azerbaycanımızdan haberleri Oruç bey aktarıyordu bize,
Oruç bey Azerbaycan’da Telekom idaresinde şube müdürüydü,
Bütün risklere rağmen haberleri aktarıyordu,
Bizim de Azerbaycan Türkleri isimli dergimiz,
Hazar isimli gazetemiz vardı…
Oruç bey, Azerbaycan’da mutfağı ve tuvaleti ortak tel gözlü bir evde oturuyordu,
Oruç beyin evi küçücüktü,
Eşi ve Atatürk ismini verdiği küçük oğluyla bu evde yaşıyordu,
Oruç beyin evi küçük olsa da yüreği ve bağımsızlık sevdası çok büyüktü…
Oruç bey bize düzenli olarak Bakü’deki durumla ilgili bilgi aktarıyordu,
Oruç bey 19 ve 20 Ocakta da çok şey yapmıştı,
Ama Bakü’yü işgale gelenler ile Oruç beyin yolu bir gün bir sokakta kesişmişti,
Oruç bey itiraz etmişti bu işgalci orduya,
Eli kanlı bu ordu küçücük bir itiraza tahammül edememişti,
Sokak ortasında Oruç beyi şehit etmişlerdi…
Oruç beyin bağımsızlık aşkı çok büyük,
Oğlunun adı Atatürktü…
Yetim kalmıştı Oruç beyin oğlu,
Ama Azerbaycan bağımsız olmuştu…

20 yıl geçti o günden bu güne
Şimdi Oruç beyin oğlu tahminen 23-24 yaşlarında olsa gerek
Aradan geçen 20 yılda çok şey değişti,
Oruç bey şehit oldu
Azerbaycan bağımsız oldu,
Oruç beyin oğlu büyüdü
Azerbaycan gelişti…

Oruç bey o günlerde şehit olan yüzlerce Azerbaycan Türkünden sadece birisiydi,
O günlerde yatağında uyuyan çocuk da şehit edilmişti,
O günlerde sokakta yaralılara yetişmeye çalışan doktorlar da,
Tankların karşısına çıkan vatanseverler de,
Azerbaycan’ın bağımsızlığı için şehit oldular…

Aradan 20 yıl geçti…
O gün Taksim meydanına toplanan 20 bin Türk vardı,
O gün 20 bin Türk dünyaya Azerbaycan sahipsiz değil diye haykırmıştık.
O gün 20 bin Türkün kalbinde Azerbaycan sevgisi vardı…

Aradan 20 yıl geçti…
O gün İstanbul’dan, Iğdır’dan, Ankara’dan İzmir’den, Antalya’dan, Trabzon’dan…
Her kesin, yüzbinlerin, milyonların kalbi Azerbaycan için çarpıyordu…
O gün Azerbaycan bağımsız değildi…
O gün Azerbaycan milyonların gönlünde bağımsız olmuştu…
Şehitlerin kanlarında kırmıştı zincirlerini

Aradan 20 yıl geçti…
Azerbaycan artık bağımsız…
Ama…
Karabağ’da işgal hala devam ediyor…
Ermenistan ile sınırlar açılsın diyorlar…

Aradan 20 yıl geçti…
Azerbaycan artık bağımsız,

Aradan 20 yıl geçti…
20 yıl önce 20 Ocakta Azarbaycan bağımsızlığı seçti…

http://www.igdirli.com/tr/

15 Ocak 2010 Cuma

Bakıda, Güney Azerbaycanın böyük şairi Bulud Qaraçorlu'nu anma gecesi keçirildi.


Hörmətli soydaşlar və mediya nümayəndələri! Dünya Azərbaycanlıları Konqresi (DAK) XX əsr Güney Azərbaycanın görkəmli şairi Bulud Qaraçorlu(Səhəndin) yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirdi. Tədbir 14 yanvar 2010-cu il tarixində saat 15:00-da DAK-ın Bakıdakı mərkəzi ofisidə keçirildi. Tədbir Azərbaycan himni ilə bashladı.
Daha sonra tədbiri girish sözu ilə DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli achdı. Əlirza bəy tədbir iştirakçılarını salamlayaraq Səhəndin qısa tərcümeyi-halını qonaqların diqqətinə çatdırdı. “Səhənd çаğdаş Günеy Аzərbаycаn pоеziyаsının inkişаfındа аpаrıcı mövqе tutаn və bu sаhədə diqqətə lаyiq хidmətləri оlаn şаirdir. Bulud Qаrаçоrlu Səhənd 1926-cı ildə Аzərbаycаn'ın qədim еlm və mədəniyyət mərkəzi оlаn Mаrаğа şəhərində аnаdаn оlmuşdur. Vаlidеynləri hаqqındа Səhəndin təbirincə dеsək, Buludlu və yağışlı bir gündə dünyaya göz açdığına görə atası ona Bulud adını verir. Lakin pan farsist İran rejimində türk adlarına qadağa qoyulduğuna görə atası rejim tərəfindən təziqlərə məruz qalaraq məcbur olur oğluna Bulud adının yerinə Bəhlud adını qəbul etsin. Buludun аtаsı əyri-üyrü bir хətlə öz аdını cızmаlаrdı, tаyfаdа аğ-qаrаdаn bаşı çıхаn təkcə аnаsı idi ki, о dа səhv, ya duz Qurаn охuyаrdı. Аz sаvаdlı zəhmətkеş аtа və аnаsının охşаmаlаrı, nаğıllаrı, söhbətləri, öyüdləri оnun qаnınа, yаddаşınа hоpur, еlini, ulusunu sеvən bir gənc kimi yеtişdirirdi. İlk təhsilini Mаrаğа və Təbrizdə аlаn Bulud 17 yаşındаikən Rаzi, аz müddət kеçdikdən sоnrа isə Səhənd təхəllüsü ilə şеirlər yаzmаğа bаşlаyır...
yazının devamı: http://www.dak.az/view.php?lang=az&menu=42&id=7523


Azerbaycan Kültür Merkezi

14 Ocak 2010 Perşembe

3. Azerbaycan Novruz Festivalinin ilk etkinliği, Bakı Gecesi


Bu yılkı festivalimizin ilk etkinliği 12 Mart Cuma günü gerçekleştireceğimiz Bakı Gecesi olacak.
Bakı Gecesinin onur konuğu ise, Azerbaycanın ünlü mugennisi Flora Kerimova olacaktır.
Gecede ayrıca, Bakıdan gelen aşıqlar ve süpriz sanatçılar yer alacaktır.

Festivalimizin son etkinliği ise, Bakının Doğma Qardaşı Tebriz Gecesi olacaktır.
Tebriz Gecesinede Tebrizden gelen ve Tebrizli sanatçılar yer alacaktır.
Azerbaycan Kültür Merkezi

13 Ocak 2010 Çarşamba

Can Azerbaycan Televizyonu, 01.02.2010 tarihinde yayına başlayacak.


Azerbaycan Kültür Merkezi

8 Ocak 2010 Cuma

Aybəniz Haşımova , “QARABAĞI QULAĞI SIRĞALI, MİNİ YUBKALI (Etekli) GƏDƏLƏRLƏ ALACAĞIQ?”


“QARABAĞI QULAĞI SIRĞALI, MİNİ YUBKALI(Etekli) GƏDƏLƏRLƏ ALACAĞIQ?”

Aybəniz Haşımova: “Müharibə olsa, gərək arvadlar silaha sarılsınlar”

Əməkdar artist, “Bülbüllər” qrupunun rəhbəri Aybəniz Haşımova lent.az-ın “Ciddi-Ciddi” rubrikasına danışarkən Azərbaycanda milli-mənəvi dəyərlərin itməsindən narahatçılığını bildirib. Müğənninin fikrincə, Qarabağ torpağının düşmən tapdağından azad olunması üçün ilk növbədə mənəviyyatımızdakı itkilərin bərpasına çalışmalıyıq: “Nə təhər olur ki, biz bir qaraçı millətinin qarşısında məğlub oluruq? Bu gün gedin sorğu keçirin, on nəfərdən üçü deyəcək ki, getmirəm müharibəyə. Qaçıb gizlənəcəklər.
O oğullar var idi e, Qarabağda şəhid oldular, onların ruhu bunları bağışlayacaqmı görəsən? Qulaqlarına sırğa taxıb arvad olublar. Kişi də arvad olarmı? Görün Bakıda nə qədər namussuz gədələr peyda olub. Bu infeksiya Azərbaycana haradan düşdü? Bu məsələni qaldırmaq lazımdı. Çünki bu, xəstəlikdi və yanlarındakı hamını yoluxdura bilər. Əvvəlcə bunu təmizləməliyik, ondan sonra qəti qərarlaşmalıyıq. Və özümüz deməliyik ki, bunu etməliyik, torpağımızı düşməndən təmizləməliyik. Onda türk də bizim yanımızda olacaq. Yox, hansı oğlana baxırsan, saçını ”pyorışka" eləyib, qulağına sırğa taxıb, arvad paltarı geyinib, yollara düşüb. Birinci bunu yığışdırmalıyıq. Görün kişilərimiz hara gedir?"
Müğənni “azadlıq” anlamını necə başa düşdüyünü belə izah edib: “Bəziləri ”azadlıq" deyəndə fikirləşirlər ki, soyunub çölə düşmək lazımdı, yaxud fikirlərində çılpaq olmalıdırlar. Azadlığın özünün də gözəl bir qapalılığı var, hansı ki, biz bunu keçməməliyik. Xüsusən anaların dünyaya övlad gətirməsində... Vaxt var idi qadınlar - bunu dediyimə görə üzr istəyirəm - ana olmağa hazırlaşan vaxt hamıdan gizlənərdilər, indi isə bununla özlərini reklam edirlər ki, “başqa ölkələrdə var, biz də edək”. Niyə başqasına oxşamaq istəyirsən? Axı sənin özünün soy-kökündə o qədər nümunə göstəriləcək gözəlliklər var... Niyə bundan götürmürsən? Arada bu məsələlərə görə həvəsdən düşürəm. Ancaq bir pedaqoq olaraq fikirləşirəm ki, həvəsdən düşmək lazım deyil, vəziyyəti düzəltmək üçün çalışmaq lazımdır".
NƏRGİZ
Qaynaq: Yeni Musavat
http://www.chudaferin.azeriblog.com/

Azerbaycan Kültür Merkezi

6 Ocak 2010 Çarşamba

Ayhan Demirci ve Cemal Mehmethanoğlundan, Birlik Daveti

IZMIR AZERBAYCAN KULTUR MERKEZI BASKANI
CEMAL MEHMETHANOGLU
ve
AZERBAYCAN BELCIKA DOSTLUK CEMIYET BASKANI
AYHAN DEMİRCI

DAK (Dünya Azerbaycanlilar Kongresi) adiyla faaliyet gösteren teshkilatlarimizi, birlige, birleshmeye, davet edir.


Degerli dostlar, arkadashlar, degerli diasporacilar, ikiye bolunmus hörmetli DAK yoneticileri ve uyeleri, xarichteki Azerbaycan teshkilatlarinin bashkanlari ve uyeleri, kisaca dunyanin neresinde yashiyorsa yashasin, Guney, Kuzey ve Turkiyeli, Azerbaycanli Turk qardashlarimiz,

Birlik ve beraberlige chox ehtiyacimiz oldugu bu gunlerde, ne yazik ki, halqimizin umud bagladigi, teshkilatlarimiz, bölünmüsh parchalanmish durumdadir.

Hech bir ciddi sebep yokken, ayni amachlar üchün mubarize eden DAK fealleri, halqimizin yigit evlatlari, tamamen yanlish anlashilmalarla, bireysel menciliklerimizi engelleyememizden ve bizim birligimizden qorxan dushmanlarimizin kishkirmalariyla, iki ayri teshkilata bolunmush durumdadir.

Hepimiz görürüq ki ve biliriq ki, birlikten quvvet dogar, güch dogar. Bolunup parchalandikca, gücümüz azalar ve giderek yox olariq.

Güney Azerbaycanli partiyalarin, milli guclerin, 21 Azer’de yaptiklari Amsderdam Diyaloq toplantisi, bir olmanin, güchlü olmanin zamaninin geldigini bizlere göstermishtir.
Toplantida, indiye qadar DAK’a bashqanliq etmish, idare heyetlerinde yer almish, Güney Azerbaycanli dostlarimizin bir arada olmasi, Amsterdam Toplantimiza ve halqimiza guc vermishdir.

Amsterdam Dialoq toplantisi bize göstermishdir ki, bashda DAK’lar olmak üzere, tüm diaspora teshkilatlari, bir chati altinda toplanmali, bir yumruk olmalidir.
Diaspora teshkilatlarinin bir chati altinda toplanmasinin ilk addimlarinden birisi, DAK’larimizin birleshmesidir.
Herkes, öz mencilligini, kenara qoymali, eteklerdeki dashlar dökülmeli ve birlik ichün ne gerekli ise yapilmalidir.

Saygi deger dostlar, teshkilat bashkanlari, diasporacilar ve cok deyerli halqimiz, butun herkesi sag duyulu olmaya, birlik ve beraberligimizi korumak, yuceltmek ve yashatmak icin tek yurek olmaya davet ediriq.

Bizlerin Asil ve Boyuk Türk Milleti oldugumuzu gösterme zamani gelmishdir. Halqimizin bizlerden chox beklentileri oldugunun farqinda olmaliyiq.

Birlik ve beraberligimizi saglarsak, chox isler gorecegimiz ashikardir. Azerbaycan halqinin sikintilari, dertleri chox fazladir.
Qarabagda ishgal edilmish topraklarimizin azad edilmesi mücadelesi, Güney Azerbaycanda halqimizin yashadigi, var olma mücadelesi…

Görürüq ki, bu mücadelelere destek olmamiz üchün, bizim birleshmeden bashqa yolumuz yoxtur.

Kim ki, birleshmeyi degil, bölünmeyi, bölünmüshlügün devamini savunarsa, o, halqimiza hesap vermek zorundadir.
Kim ki, mevkii ugruna, öz mencilligi ugruna, ayriliqlarin davamini isterse halqimiza hesap vermelidir.

Atalarimizin dedigi gibi “dilde birlik, fikirde birlik, iste birlik” yaratmaliyiz. Bu söz boshuna soylenmemishtir. Eger birligimizi hayata geciremezsek hic bir problemimiz chozulmeyecek, parchalanmalar devam edecek, dushmanlarimiz, icimize nifak tohumlari sokarak bizleri yok etmege chalishacakdir.

Sizleri 31 Aralik (Dekabir) günü, serhadlari parchalayip bir olma arzusunu ortaya qoyan halqimiz gibi, hemrey olmaya, birlik olmaya, tek yumruk, tek ürek, tek bayrak, tek vatan, olmaya davet ediriq.

Birlikten yana olan, teshkilatlarimizi, dostlarimizi, sesimize, ses vermeye davet ediriq

Hörmetle.

IZMIR AZERBAYCAN KULTUR MERKEZI BASKANI
CEMAL MEHMETHANOGLU
00905332714949
cemalmehmethan@gmail.com

AZERBAYCAN BELCIKA DOSTLUK CEMIYET BASKANI
AYHAN DEMIRCI
0032484645376
ayhan_dmrc@hotmail.com

Azerbaycan Kültür Merkezi

3 Ocak 2010 Pazar

Çəngiz Bəxtavər sözdə, fikirdə və işdə cəsarətli idi


Elçin Urmulu
11/10/1388
Dey ayının 6- da (27 Dekabr) Azərbaycan çox dəyərli bir milli siyasi insanını itirdi. Güney Azərbaycan milli məsələsi ilə maraqlanan hər kəs Çəngiz Bəxtavərin adi ilə tanışdır. o illər boyu insan haqları və özgürlük uğərunda istibdada qarşı mücadilə verdi və bu mücadilədə heç bir zaman yorulmaq belə bilmədi. Vaxtsız həm də şübhəli ölümü millətimizi və milli fəallarımızı üzüb sarsıtdı. o, Azərbaycanımızın milli mənafeyi uğrunda verdiyi mücadilə üçün unudulmazdır. İzi qalargı və yolu gedərli olsun.
Çəngiz bəyin ölümü Azərbaycanı və özəl olaraq möhətəşəm Təbrizi sarsıtdı. Bunun anlamını hər kəsdən artıq ana şəhərimiz Təbrizdə fəaliyyət edən milli fəallarımız duya bilərlər! Onun bir çox milli mədəni işlərdə önəmli rolu var idi. Çətin və ağır zamanların insanı idi. Yalnız düşmən qarşısında qolaycasına sınmayanlar çətin aşamaları aşa bilirlər. O belə bir insan idi. Bu sifət isə insanın inamından doğar. Onun Azərbaycan haqlarının tələbi yolunda inamı Səhənd kimi uca idi. Dəfələrlə tutuqlanıb həbsə alındı da, işkəncələrə, basqılara məruz qaldı da ama yolundan dönmədi. Azərbaycana sevəgisi tükənməz idi. Bu sevəgi və inam onu cəsarətli, dönməz və sınmaz edirdi. Dönə dönə millət yolunda göstərdiyi cəsarətə çoxumuz şahid olduq. Onu ulu Babək-in möhtəşəm qurultaylarında görməliydin. Onu Babək qalasının yolunu kəsn hərbi qüvvələrlə mücadilə verdiyində görməliydin. Milli insanlarımızın dəfn mərasımındə cəsarətlə milli şuarlarımızı səsləndirib və susqunluğu sındıranda görməliydin!
Cəsarəti ilə yanaşı günün siyasi olaylarına baxışı çox iti idi. O, dünya və bölgənin siyasi olaylarını dəqiqliyi ilə seyr edər və bu arada bəzilərinin tənqid və etirazına rəğmən Azərbaycan qurtuluşunu İrançı fikir və planlarda deyil, yalnız Azərbaycançılıq və Türkçülükdə görürdü. Bəli o sözdə, fikirdə və işdə cəsarətli birisiydi.
Çəngiz Bəxtavər və ona tay onlarca milli insanımız tariximizdirlər. onlar millətimizin siyasi yaddaşına salınmalıdırlar. Bu arada rəhəmətlik Çəngiz bəyin yaşayış və mübarizəsinin daha artıq tanıtdırılmasında onun yaxın fikirdaşlarının üzərinə çox böyük və önəmli məsuliyyət düşməkdədir.
Azerbaycan Kültür Merkezi

29 Aralık 2009 Salı

Urmiyeden, Azerbaycanlı dostların, Hemreylik Günü Mesajı


Dünya Azərbaycanlılarının Həmərəylik Günü, Bütün Azərbaycanlılara qutlu ulsun

Birlik və bütövlük hər bir millətin arzısı və diləyidir. Tarixin acı hadisələri sonucunda ikiyə bölünmüş millətlər hər an birləşmək arzısıyla yaşayırlar. Keçmişdə ikiyə bölünmüş millətlərin neçəsi birləşsə də üzüntülər olsun ki bügünəcən parça parça olmuş Azərbaycan ayrılıq həsrətinə son qoya bilməmişdir. Bununla belə milyon milyon Azərbaycan Türkünün ürəyi bütövlük umudu ilə çırpınır və bütövlük düşüncəsı günü gündən dirçəlir. Bu yalnız sözdə idda deyil. Bunu hər kəs bügünkü nəsilin çeşidli mərasimlərdə bağırdığı şuarlarda duyub eşidə bilər.
Biz Urmunun bəzi milli fəalları 31 Dekabr "Dünya Azərbaycanlılarının Həmərəylik Günü" münasibətilə dünyanın hər hansı bucağında yaşayan Azərbaycanlıları ürəkdən təbrik edir və millətimizə bütövlük və aydın gələcək diləyirik.

Bu dəyərli günü qutlamaq üçün milli fəallar Urmu şəhərinin çeşidli yerlərində - bütövlük düşüncəsini də özündə əks etdirən - Güney Azərbaycan milli siməgəsini yaymışlar.

Güney Azerbaycan Azadlıq Mücadelesinin öncü neferlerinden Çingiz Behtaver Tebriz'de büyük bir törenle defn edildi.


Önceki gün, kaybettiğimiz, Güney Azerbaycan azadlıq mücadelesinin, öncü neferlerinden Çengiz Behtavar, 29.12.2009 günü, 2000'den çok kişinin katılımıyla, Tebriz'de defn edildi.
Defin töreninde, Çengiz beyin qohumları ve milli haraketin tanınmış simaları konuşmalar yaptılar. Törende milli marşlar okundu ve milli mücadelenin sloganları atıldı.
Tören sonrası, dağılanlar üzerine, İran devletinin güçleri göz yaşardıcı bombalar atarak hücum etti. 4 kişi göz altına alındı.
Konuşmacılardan biri olan, Abbas Lisani, defn merasimi sonrası, geçen yıl trafik kazası süsü verilerek öldürülen Mühendis Amani'nin mezarını ziyaret etmek isterken, devlet güçleri tarafından saldırıya uğradı.
Çengiz Behatver'in, 21 Azer (12 Aralık 2009) günü Tebrizde yaptığı konuşmayı aşağıda belirtilen linkten dinleyebilirsiniz.

28 Aralık 2009 Pazartesi

Güney Azerbaycan Milli Mücadelesinin öncülerinden, Çengiz Bextaver Vefat etti.

Güney Azerbaycan Milli Mücadelesinin önderlerinden, Çengiz Bextevar, dün (27.12.2009) ofisinde ölü bulunmuştur.
Ölüm sebebiyle ilgili bilgi alamadığımız Çengiz Bextaver'in ölümü, Güney Azerbaycan'da büyük üzüntü yaratmıştır.
Defalarca heps edilen, işkence gören, Çengiz Bextaver, Güney Azerbaycan Milli mücadelesinde, her zaman yaşayacak.

31 Aralık Dünya Azerbaycanlılarının Hemreylik (Birlik ve Dayanışma) günü kutlu olsun

Kuzey ve Güney Azerbaycanın birleşme, bir olma, hemrey olma, arzusunun dile getirildiği gün olan, Dünya Azerbaycanlılarının Hemreylik Günü Kutlu Olsun.

İptal

İzmir, Azerbaycan Kültür Merkezinin, Hemreylik günü nedeniyle organize ettiği, kokteyl ve konser, o günün, Aşure gününe denk gelmesi nedeniyle iptal edildi.
Dostlarımızı, İzmir'de tahsil olan, Azerbaycanlı öğrencilerin düzenlediği, Hemreylik Kutlamasına katılmaya davet ediyorum.
Öğrencilerimizin etkinliği, 30 Aralık 2009 Çarşamba günü, Konak'ta, Halit Ziya Bulvarında yer alan, Karacan Kültür Merkezinde, saat 19,00'da gerçekleşecektir.

26 Aralık 2009 Cumartesi

Samsunda, Fikret Amirovun "1001 Gece Masalları" balesi ve Üzeyir Hacıbeyovun "Arşın mal alan" operettasının prömyeri oldu.


Bu günlerde Samsunda çox sevindirici gösteriler oldu.
Kasım ayında, Samsun Opera ve Bale teatrında Fikret Amirovun "1001 Gece Masalları" balesi sahneleştirildi.
Geçen hafta, Üzeyir Hacıbeyovun "Arşın mal alan" operettasının prömyeri oldu. Azerbaycan Opera ve Bale teatrının baş rejisörü Hafiz Quliyev terefinden ustalıkla sehneleştirilen operetta izleyicilerden böyük alkış aldı. Dahi bestekarlarımızın eserlerini izlemek hamımızı qürurlandırdı ve çok sevindirdi.
Samsun Azerbaycan Kültür Derneği
Feride Kasımzade

22 Aralık 2009 Salı

İzmirde, Hemreylik günü kutlaması

31 Aralık Dünya Azerbaycanlıları Hemreylik Günü Kutlu Olsun.

İzmir Azerbaycan Kültür Merkezi, Dünya Azerbaycanlıları Hemreylik (Birlik ve Dayanışma) gününü kutlamak amacıyla, 26 Aralık 2009 Cumartesi günü, Kokteyl ve Konser düzenlemiştir.
Konserimize, derneğimizin dostları, Piyano sanatçısı Terane Abbasova ve Solist Elgün Quliyev katılacakdır.
Etkinlik ücretsizdir. Etkinliğe katılacak dostlarımızın, rezervasyon yapması gerekmektedir. (Konser ve Kokteyl salonununun 110 kişilik olması nedeniyle)

Tarih :26 Aralık 2009
Saat : 18.30 kokteyl, 20.00 Konser
Rezervesyon için 0533 2714949

21 Aralık 2009 Pazartesi

Amesterdam Dialoq Toplantısının Qadınlar haqqında bildirişi

1945-ci ildə Güney Azərbaycan Milli Hüküməti qurulanda, birinci dəfə olaraq qadınlarımız kişilərlə bərabər huquqa sahib olmuşlar və böyük məqamlara əl çatıb, siyasi mübarizədə öz təşkilatları ilə iştirak etmishlər. Təəssüf ki xarici ölkələrin yardımı və fars faşizminin hücumilə Azərbaycan Milli Hüküməti bir ildən artıq dəvam gətirmədi və əldə edilən bütün milli nailiyyətlər aradan qaldırıldı. Pəhləvi rejiminin hakimiyyət illərində Azərbaycan Türk qadını daha da öz sosial yerini itirdi.Faşist İslam rejiminin qurulmasilə qadın haqqları daha artıq aradan aparıldı. Bir sıra orta əsrin irticai qanunları qadınların yaşamına kölgə saldı. Ancaq , buna baxmayaraq Güney Azərbaycan türk qadını ayaqdan düşməyib, həbsdən və ölümdən qorxmayır və bugünki özgürlük mübarizəsində şirket edir.Mərkəzi pan-iranist rejimin tərəfindən milli zülmə məruz qalan qadınların aynı zamanda patrialkal zülmlərdən de qurtulmaları gərəkir.Gənəl olaraq İran İslam cümhuriyyətinin anayasasında açıqcasına cinsi apartayda rəsmiyyət və qanuniyyət verilir. Cinsi apartayd və qadınların təhqir edilməsi İran İslam cumhuriyyetinin dünya görüşünün təməlidir. Bununla birlikdə Türk qadınları milli kimliklərinə görə iki qat daha artıq zülmə və şiddətə məruz qalıb və toplumda 4-cü derece vətəndaş hesab olurlar.
Amesterdam Dialog Toplantısı Aşağıdakı Prənsiplərə Dayanmaqdadır:
- Qadınların əleyhinə olan bütün yazılı və şəfahi qanunların qaldırılması gərəkir. Bu qanunlar toplumun bütün sahələrində öz əkslərini tapmalılar.- Qadın-kişi bərabərliyi toplumun bütün sahələrində qanuniləşməlidir.- Azərbaycan türk qadınları öz müsteqil təşkilatlarını qurmaq haqqına malik olmalılar.-Azerbaycan türk qadınlarının toplumun bütün sahələrində aktiv və qərar verici bir şəkildə qatılmaları dəstəklənməlidir.- Azərbaycan türk qadınlarının öz milli kimliklərini qoruyaraq yurd içi və yurd dışı təşkilatlarla iş birliyi etmələri dəstəklənməlidir.- Yurd içində və uluslararası sahədə Azərbaycanlı türk ictimai-siyasi fəal, sənətçi, yazar vb.qadınlar tanıtılmalı, məruz qaldıqları eşitsizliklər ifşa olunmalıdır.
Yaşasın Azərabaycan!Yaşasın Azərbaycan türk qadınları.Amsterdam21 Azər 1388/12 dekabr 2009/

15 Aralık 2009 Salı

21 Azer-12 Aralık 2009 Güney Azerbaycan milli faallerinin Amsterdam Dialoq Toplantısı



Güney Azərbaycanda 1945-46-ci il Milli hökümətin 64-ci il dönümü munasibətilə Güney Azərbaycan milli hərəkatının xaricdə olan təşkilat və fəalları işbirliyi və dialoq amacı ilə Hollondiyanın Amesterdam şəhərində bir araya gəldilər. Dünyanın dörd bir guşəsindən gələn, 263 nəfərin iştirakı ilə keçirilən Konfrans 12 Dekabr 2009-ci il tarixində Amesterdam Kollecinin binasinda saat 10.00-da öz işinə başladı.(Ünvan: Junior Gollege West. Schipluidenlaan 12. 1062 HE Amsterdam , Nederland)
Günün birinci yarısında toplantı iştirakçıları Güney Azərbaycan Milli hərəkatında aktiv olan təşkilat və quvvələri necə, hansı platforma əsasında iş birliyinə cəlb etməyə nail ola bilmələri mövzusunda təkliflər irəli sürüldü.
Günün ikinci hissəsində iştirakçılar birliyə mane olan məsələ və problemləri dialoq yolu ilə həll etməyi qərara aldılar.
Daha sonra qarşıya qoyulan məsəllərin həlli məqsədi ilə 20 nəfərdən ibarət Divan üzvü və Koordinasiya Şurası seçildi. Təşkilat nümayəndələri, iştirakçılar və o cümlədən prof. G. Səbri Təbrizi, Maşallah Rəzmi, Əhməd Obalı, Mahmud Bilgin, Məhəmməd Azadgər , Siddiqə Ədaləti, Hidayət Sultanzadə, və digər soydaşlarımız 21 Azər hərəkatı və günümüzdəki milli hərəkatın durumu haqda öz fikirlərini iştirakçılarla birlikdə müzakirə etdilər.
Sonunda Hollandiya Icra heyyəti tərəfindən hazırlanmış gözəl musiqi konserti keçirildi. Xatirladaq ki, son musiqi ifası Güney Azərbaycanın taninmış ozanı Araz Elsəs tərəfindən səsləndirildi və tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Amsterdam Konfrasının davamı 13-14 dekabr 2009-ci il tarixində də davam etmişdir.
Konfransda aşağıdakı 12 maddədən ibarət fəaliyyət proqramı qəbul edilmişdir.
21 Azər, Güney Azərbaycan milli hərəkatının lideri Seyid Cəfər Pişəvərinin öz millətinə güvənərək, tarix yaratdığı doğma milli bir günüdür. Bu tarixi gün münasibəti ilə vətənimizin qurtuluşu ilə bağlı qərara gəlmək, milli birlik nümunəsi göstərmək heç də təsadüfi deyildir.
Milli hərəkatın geniş miqyaslı olduğunu qəbul edən 21 Azər Amsterdam Dialoq Konfransı bütün fərqli görüşləri nəzərə alaraq, aşağıdakı maddələri ortaq prinsiplər olaraq qəbul edir:

1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır.
2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.
3. Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.
5. Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabər yolunda mübarizə aparır.
6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.
7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.
8. Milli Hərəkat Aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinənin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır.
9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.
10. Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir.
11. Güney Azərbayan Milli Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.
12. Amsterdam Dialoq Konfransı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır.

Yaşasın Azərbaycan
Yaşasın Milli Birliyimiz


Amsterdam 21 Azər (12 Dekabr 2009)

18 Aralık İzmir, Araz Elses Konseri

Azerbaycan Kültür Merkezi başkanı, Cemal Mehmethanoğlu, Araz Elses ile birlikte,
12 Aralık Amsterdam

18 Aralık günü, Güney Azerbaycanın Özgürlük Sesi, Araz Elses, İzmir, İsmet İnönü Kültür Merkezinde konser verecek
Konser, saat 19,30 da gerçekleşecek, Tüm dostlarımızı konserimize davet ediyoruz. Konser halka açıktır. (ücretsizdir)

10 Aralık 2009 Perşembe

Tebrizli Aşıq Cingiz ve Dalga Müzik grubu

Dostlar, bu mektubumda, Tebrizli ashiq Cingiz ve Dalga Müzik Grubuyla ilgili, www.Gunaz.tv internet sitesinde oxudugum bir yaziyi sizlerle paylashacam.
Bu yay’da Tebriz seyahatimde, bir dostum meni Ashiq Cingiz ile tanısh etti. Cingiz’le ayak üstü tanishdik.
Sonra, dostlarim, mene Ashik Cingiz ve Dalga Grubunun bir DVD’sini gönderdi.
DVD elime kechtikten sonra, 2-3 ay ichinde, belkede 10 defa, Dalga Grubunu izledim. Her izledigimde böyük zövk oldım.
2010 yılında yapacagimiz 3. Azerbaycan Novruz Festivalinin Tebriz Gecesine de Dalga Grubunu davet etmeyi düshünüyorum.
Dalga grubunun Bakı konseriyle ilgili yazıyı, sizlerle paylaşıyorum.
Alttaki yaziyi mutlaka okumanizi rica ediyorum.
http://www.gunaz.tv/makaleler/tebriz-bakiya-qovusdu-aygun-diridagli

Aşagidaki adresten dinliyebilirsiniz:
http://videoizle.video75.com/zFTKOrg0fAt/koroglu-asiq-cingiz-asiq-mehbub-dalga-group/

TRT agentliyinin xüsusi müxbiri Sərdar Ünsal: Güney Azərbaycanda alovlanan Türklük duyğusu siyasi vəziyəti dəyişəcək (MÜSAHİBƏ)

“Yeşil İğdır” qəzetinin və TRT-agentliyinin xüsusi müxbiri Sərdar Ünsalın GünAz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.
- Sərdar bəy xöş gördük Sizi! İlk sualımızı Güney Azərbaycanla başlamaq istərdim. Bir Azərbaycan türkü və mediya işcisi olaraq orada gedən proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?
- Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Sizin vasitənizlə bütün Türk dünyasına salamımı çatdırıram. Mən illərdir istər Güney, istər Quzey Azərbaycandakı proseslərlə yaxından maraqlanıram.Güney Azərbaycanda Türklük ve müstəqillik duyğusu məhz Quzey Azərbaycanın müstəqillik əldə etməsilə baş qaldırdı. Əvvəllər Güney Azərbaycanlılar Türkəm deməzdilər. 1-12 ildir Türkəm deyirlər. Güney Azerbaycanlıyam deyirlər, bu da çox sevindiricidir...Türklük duyğusu inkişaf edir. 35 Milyon Azərbaycan Türkü ana dilində təhsil almalıdır. Türk dilində yayımlanan yerli televiziya olmalıdır. Lakin buna icazə verilmir. Ancaq belə davam etməyəcək, çünki artıq ürəklərdə Türklük duyğusu alovlanır. Güney Azərbaycanın durumuna hür dünya da səssizdir. Bu da məncə azad dünya üçün bir qarşıdurmadır. Güney Azərbaycan üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir.Mən bu mübarizəyə könül verib şəhid olanlara Allahdan rəhmət diləyirəm. Zindanda olanlara səbir,mübarizə aparanlara qüvvət və birlik arzu edirəm. Sizləri də bu məqsədlə mübarizə apardığınız üçün təbrik edirəm... 20 milyonluq fars hakimiyyətinin 40 milyon türkü idarə etməsi təzadlı deyilmi?Dünyada bənzəri yoxdur.
- İğdırda yaşayan Azərbaycan türkləri İranda otuz beş milyondan çox Azərbaycan türkünün yaşadığı haqda məlumatlıdırlarmı?
- Təəssüf ki, çox az bir qismi xəbərdardır. Güney Azərbaycanla maraqlananlar Türkçü düşüncəyə sahib olan insanlardır. Digər Azərbaycan türkləri isə mövcud vəziyyətə dini nöqteyi-nəzərdən baxırlar.Bəziləri bu gün İranda Güney azərbaycanlıların hər sahədə söz sahibi olduqlarının əsas gətirərək bunları düşünməkdən boyun qaçırırlar. Halbuki həqiqət bundan ibarət deyil. İran dövləti Güney Azərbaycanlıların istəklərini yerinə yetirməlidir.Bundan zərərli çıxmaz. Güney azərbaycanlılara, başqa sözlə desək İran türklərinə hər kəs dayaq olmalı,onların səsinə səs verməlidir.

9 Aralık 2009 Çarşamba

Iğdır, Türk Anneler Derneği'nden Azerbaycan Kars Başkonsolosu Hasan Sultanoğlu'na, Teşekkür Plaketi

Türk Anneler Derneği Iğdır Şubesi, Azerbaycan Kars Başkonsolosu Hasan Sultanoğlu'nu makamında ziyaret ederek, Türkiye Azerbaycan ilişkilerinin geliştirilmesine ve Türk Anneler Derneği'ne yapmış olduğu daimi katkılarından dolayı teşekkür plaketi verdi.
Türk Anneler Derneği Iğdır Şubesi Başkanı Şeker Bilen ; "Azerbaycan Kars Başkonsolosu Hasan Sultanoğlu'nun derneğimize büyük katkıları olmuş, bölgemizde Azerbaycan Türkiye sevgisini doruk noktalara ulaştırmıştır. Yönetim kurulu kararımızla kendilerine teşekkür plaketi vermek istedik. Başkonsolos Sultanoğlu'nun Azerbaycan ve Türkiye ilişkilerini geliştirme çabaları, bizlere de heyecan vermiş, gerek Iğdır da, gerek Kars'ta ve diğer bölgelerde, Türk Anneler Derneği olarak Azerbaycan'ın kederine ve sevincine ortak olma mutluluğunu yaşadık. Ve büyük önderin dediği gibi " Azerbaycan'ın sevinci bizim sevincimiz, kederi bizim kederimizdir." Bu duygu ve düşüncelerle, Azerbaycan Kars Başkonsolosu Hasan Sultanoğlu'nu tebrik ediyor, başarılarının devamını diliyoruz." dedi.

Azerbaycan Kars Başkonsolosu Hasan Sultanoğlu ise Iğdır ilimizden Kars'a gelip Başkonsolosluğumuzu ziyaret eden ve plaket veren Türk Anneler Derneği Iğdır Şubesi Başkanı Şeker Bilen'e ve yönetim kuruluna teşekkür ederek, hem Kars'ta, hem Iğdır'da hem de Türkiye'de, Türkiye - Azerbaycan sevgisinin daima doruk noktalarda olacağını ve bu sevginin hiç bitmeyeceğini söyledi.

8 Aralık 2009 Salı

DAK fəxri sədri Prof.Q.S.Təbrizinin yeni çapdan çıxmış kitablarının təqdimatı keçirildi

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" kulubunda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, DAK fəxri sədri prof. Q.S.Təbrizinin yeni çapdan çıxmış iki şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Yazıçılar Birliyinin rəhbərliyi ilə yanaşı DAK İH üzvləri, Azərbaycanın görkəmli yazıçı və şairləri, ictimai və siyasi xadimlər prof.Təbrizinin həyat və yaradıcılığı haqda məruzə və çıxışlar etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli şair və Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Abbas Abdulla açaraq prof.Təbrizinin həyat və yaradıcılığında ana vətənimiz Azərbaycan, özəlliklə Güney Azərbaycan türklərinin milli azadlıq hərəkatı əsas mövzulardan oluğunu bildirdi. Professor Təbrizi - bu ad qələm sahiblərinə çox tanışdır. Ona görə ki, bu insan ən azı 40 il qurbətdə Azərbaycanın həsrətilə yaşamış və mədəniyyətimizi, dilimizi və tariximizi təbliğ etmişdir. Sonra söz xalq şairi Balaş Azəroğluya verdi. Balaş müəllim öz çıxışında bildirdi: "Cənab Səbri Təbrizi ilə mən 1994-ci ildən yaxından tanış olmuşam. Amma mən bu müdrük insanı qiyabən çox qədimdən tanıyırdım və onun vətənpərvərliyindən xəbərim var idi. Bu insan ömrünü vətəninə və millətinə həsr edən bir insan olduğunu dəfələrlə subut edib. İstər humanistliyi, istərsə də vətənpərvərliyi çoxları üçün örnəkdir". Balaş müəllim əlavə etdi ki, Səbri bəyin şeir üslubu özünəməxsusdur, bu insanın qələmə aldığı şeirlər qısa həcmili olmasına baxmayaraq dərin mənaları özündə əks etdirir. Vətənə sevgi və qurbətin acı xatirələri Səbri bəyin bütün əsərlərində özünü biruzə verib. Mən bir daha cənab Təbriziyə öz təşəkürümü bildirirəm ki, mənin bu günə qədər iki kitabımı çap etdirib və bu yaxında da daha bir kitabımın çap olmasına öz köməkliyini əsirgəməyir. Ona görə ki, bu insan öz millətinin butun təbəqələrini, özəliklə şair və yazıçılarının dəyərini bilir və onlara hər zaman öz köməyini əsirgəmir. Allahdan arzu edirəm ki, Səbri Təbrizinin ən böyük arzusu olan Güney Azərbaycanın azadlığını görməyi nəsib etsin. Tədbir zamanı prof.Vaqif Sultanlı, Marif Teymurlu, Sabir Nəbioğlu, Ənvər Börüsoy, görkəmli şair və yazıçılar prof. Səbri Təbrizinin həyat və yaradıcılığı haqqında geniş məruzə və çıxışlar etdilər.
Hatırlatıyım ki, Prof Səbri Təbrizi, İzmir 2. Azerbaycan Novruz Festivalinin, Tebriz gecesinin, qonağıydi

7 Aralık 2009 Pazartesi

Ankara, "21 AZER ve Güney Azerbaycan’da İnsan Hakları İhlalleri Konferansı"

Güney Azerbaycan’da bağımsızlık hareketinin öncüsü olarak 12 Aralık 1945’te kurulan Milli Hükümet’in 64. Yıldönümü münasebetiyle düzenlediğimiz konferans, Türk Dünyasında bir ilk olarak 28 Mayıs 1918 tarihinde kurulan Milli Demokratik Azerbaycan Cumhuriyeti’nin kurucusu büyük önder Mehmet Emin Resulzade’nin muhacerette kurdurduğu bir ocak olan Azerbaycan Kültür Derneği ve Türk Dünyası İnsan Hakları Derneği’nin himayelerinde aşağıdaki yer ve saatte yapılacaktır. Onurlandırmanızı ve katkılarınızı dileriz.
Saygılarımızla,
Tertip Heyeti.

ADRES: Azerbaycan Kültür Derneği
Bayındır Sok. 37 /6 Yenişehir Ankara
12 Aralık 2009
Saat: 13.30
Tel: 0312 435 37 06
Faks: 0312 435 37 05
e-posta: Azerbaycan@azerbaycankulder.org

29 Kasım 2009 Pazar

18 Aralık, Araz Elses İzmir Konseri

Güney Azerbaycan'ın Özgürlük Sesi, Ozan Araz Elses, 18 Aralık 2009 günü saat 19,30'da, Azerbaycan Kültür Merkezinin konuğu olarak, İzmir Büyükşehir Belediyesi Külür Müdürlüğünün, Fuar, İsmet İnönü Kültür Merkezinde, İzmir'de ilk konserini verecek.
Konser halka açıktır. Tüm dostlarımızın en geniş şekilde katılımını bekliyoruz.

28 Kasım 2009 Cumartesi

İran mediasında Günaz.TV Kabusu və Türk gəncliyinin Azəri adlandırması

Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi

- Hazırda İran İslam Respublikasında Güney Azərbaycan Televiziyasının kabusu yaşanmaqdadır. Bu günlərdə www.parcham.ir və "tabnak" saytları və "Azəri gənclərinin Türkiyə mühacirətinda artım” yazı dərc edilməsi diqqəti çəkməyə bilməz. Yazıda qeyd olunur ki, bir sıra pantürkist qruplar və peyk vasitəsi ilə yayımlanan kanalların təbliğatı nəticəsində Azəri gənclərinin təhsili güclənib. "O cümlədən Türkiyə universitetlərində təhsili üçün alınacaq pulda güzəştə gedir” bu prosesdə GÜNAZ.TV nin təsiri isə xüsusi vurğulanır. Görünən odur ki, İran dövləti artıq Azərbaycan türk gəncliyinin ayıq olması bərk narahat etməyə başlayıb. Saytlar İran dövlətindən bunun qarşını alınmasını istəyirlər.

- Heç kimə sirr deyil ki, bu gün Güney Azərbaycan Milli Hərakatının önündə gənclik gəlir və onlar şüurlu olaraq öz milli haqqlarını, hüquqlarını tələb edirlər və təqiblərdən qorxmayaraq sistemin üzərinə gedirlər. Buna görədə İran mediası Azərbaycan türk gəncliyini sıradan çıxartmaq üçün müxtəlif vasitələrdən istifadə edir. İran dövləti uzun illərdir ki, yürütdüyü radikal dini təbliğatının heç bir təsir imkanlarına malik olmadığını görür və son illər baş verən hadisələrdə sistemin çürüklüyünü ortaya çıxardır. - Həm daxildə demokartik dəyişiklər uğrunda gedən proses və bununla yanaşı Milli Hərakatın baş qaldırması İranda ciddi təşviş yaratmaqdadır. Məhz buna görədə bu məsələdə Milli Hərakatın stimullaşmasında Günaz.TV- ni əsas səbəb kimi görürlər. Ancaq İran mediasının nə deməsindən asılı olmayaraq

- Milli Hərakat İranda gündən günə yüksəlməkdədir. Hərakat dinamik formada inkişaf edir. Rejim hərakatın qarşını inzibatı-amirlik sistemi və qorxu psixologiyası almaq strategiyası effekt vermir. - Hər şeydən öncə onu bildirik ki, İran mediasının türk gəncliyini Azəri adlandırması fars ideologiyasının tarixi iftirasıdır. İranda Türk gəncliyinin milli şüurunda çaşqınlıq yaratmaq üçün yalançı Azəriçilik konsepsiyanı ortaya atıblar. Ancaq bu xətti heç bir zaman ayaq tutub yerimədi və yeriyədə bilməz. İranda yaşayan Azərbaycan türkləri özlərini məğrurla TÜRK adlandırırlar. Bəli, Azərbaycan türk gəncliyi savadını və intellektual dünyagörüşünü artırmaq üçün dünyanın müxtəlif universitetlərində, elm ocaqlarında təhsil alırlar. Çünki, İranda türk gəncliyi öz dillərində təhsil almadıqlarına və təqiblərə məruz qaldıqlarına görə məcburiyyət qarşısında qalıb başqa ölkələrə üz tuturlar. İran rejimi müxtəlif yollarla bunun qarşını almaq istəyir. Ona görə İran mediasının qəzəbinin əsas nüvəsində bu faktor dayanır. Nə üçün gənclik başqa ölkələrə üz tutur və İranın təhsil sisteminə maraq göstərmir. Yuxarıda deyilən amillər və üstəlik İranın təhsilində fars ideologiyasının hakim olması, türk gəncliyinin maraq dairəsindən uzaqlaşdırır.

- Günaz. TV Güney Azərbaycan Milli Hərakatında tarixi missiyanı həyata keçirdiyinə görə İran teokratik rejimi bərk narahatdır. Bu gün Dünya xalqlarının mübariz sistemində medianın, internet portallarının böyük rol oynadığı bir faktdır və bunun üçün də despotik rejimlər bu üsulların qarşısını almaq üçün müxtəlif metodların istifadə edirlər.

- Günaz. TV-nin yaranması və güclü şəkildə fəaliyyət göstərməsi İran rejiminə xidmət edən media orqanlarını təşvişə salıb. Güneydə gedəb həbslər, təqiblərin baş verməsini ilk olaraq Günaz.TV nın ekranlarında işıqlandırılması, dünya içtimaiyyətinə çıxmasında səbəb olur və İran rejiminin mahiyyətini ortaya çıxardır.